Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları

Dr. Telman Nüsrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1534428
Qarabağın Alban kilsələri və bitməyən Erməni yalanları

Dağlıq Qarabağın ətrafında yerləşən və Birləmiş Millətlər Təşkilatının  qəbul etdiyi qətnamələrə görə də 27 il əvvəl Ermənilər tərəfindən işğal edilmiş  Azərbaycan əraziləri olduğu təsdiq edilən  Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı , Kəlbəcər rayonlarında  məktəblər, məscidlər, kitabxanalar, mədəniyyət mərkəzləri, muzeylər başda olmaqla insan nəfəsi dəyən bütün məkanları  misilsiz bir vandallıqla  yer üzündən silən Erməni işğlçılarının  IX əsrdən bu yana Azərbaycan Türklərinin zəngin tarixi-mədəni irslərinin, insanlıq mirasının bir parçası olaraq görüb göz bəbəyi kimi qoruyaraq günümüzə qətirdikləri Alban Xudavəng ( Dadıvəng) Monastırı üzərindən yeni qlobal manipulyasiyaya başladıqlarına şahid oluruq. Əvvəlcə qeyd edək ki, bu kilsə kompleksi ətrafında erməni yalan makinası işə düşməmişdən illər əvvəl tarixi davamlılıq içində Azərbaycan Türk mədəniyyət ənənələrinin də ruhuna  uyğun olaraq  Xudavəng monastrının qorunmasıyla bağlı Azərbaycan  Mədəniyyət Nazirliyi önəmli qərarlar almış, Xudavəng ölkə ərazisindəki dünya əhəmmiyətli abidələr siyahısın daxil etmişdi.  Fəqət monastırın yerləşdiyi Kəlbəcər rayonu ermənilərin işğalı altına düşdüyü üçün oranın muhafizəsi faktiki olaraq təmin edilə bilməmişdi.  

Qarabağın işğaldan azad edilməsiylə birlikdə Murovdağ yaylasında yerləşən Azərbaycan Albanyası dövrünün mükəmməl memarlıq incilərindən sayılan bu monastır külliyəsinin də üzərinə azadlıq günəşi doğmuş, əsl sahibinə qaytarılmışdır. Nəhayət Azərbaycan dövlətinin önündə o məkanları şovinist Erməni dini komitələrinin silahlı mübarizə mərkəzləri olmaqdan çıxararaq   bütün insanlığa açıq etno-turizm, multukultural dəyərlər məkanı halına gətirmək imkanı doğmuşdur.  Lakin Alban  kilsələrini silah deposu halına gətirən Erməni keşişlərin son yalan kampanyası “məzlum qədim millət” qiyafətinə bürünərək Cənubi Qafqazın Xristiyanlıq tarixini də ciddi şəkildə saxtalaşdırıb nüvəsində Ermənilərin yer aldığı bir insanlıq və xristiyanlıq tarixi uyduran Erməni yalanlarını  qlobal səviyyədə ifşa etmək üçün də bizlərə fürsət vermişdir.  

 Ermənilərin məkrli niyyətlərlə özününküləşdirməyə çalışdığı Qarabağ Alban monastırlarının tarixinə bir az sonra toxunacağıq, amma bütün dünyanın gözü önündə cəryan edən əsrimizin mədəniyyət düşmənçiliği, barbarlıq hadisəsi  üzərində də  durmaq lazımdır. Üçtərəfli anlaşma Bəyanatından sonra Azərbaycana geri qaytarılan 200 min əhalisi olan  Ağdamı 28 il sonra yenidən ziyarət edən dünyaca məhşur “National Geografic” jurnalının fotoreportyoru  Reza Deqati gördüyü mənzərədən dəhşətə gələrək şəhəriatom bombası nəticəsində məhv edilmiş Yaponiyanın Hirosima şəhərinə bənzətmişdir. İşğaldan azad edilmiş Füzuli şəhərini ziyarət edən Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, hərbi attaşelər də yerlə-yeksan edilmiş şəhər mənzərəsi qarşısında heyrətlərini gizlədə bilmədilər. İşğalçılar tərəfindən dağıdılan, talan edilən bütün o şəhərlər, kitabxanalar, muzeylər Azərbaycan torpaqlarındadır. Ermənistanı idarə edənlər də Dağlıq Qarabağ ətrafındakı o yeddi rayonu guya təhlükəsizlik tədbirləri çərçivəsində işğal etdiklərini etiraf etmişdilər. Azərbaycana geri qaytarılan Ağdamı ziyarəti sırasında prezident İ. Əliyev bütün bu vandallıqlara etiraz edərək sanki buralardan vəhşi bir qəbilə keçib demişdi.

Şəhərlərimizi, kəndlərimizi viran qoyanları, Zəngilan, Qubadlı, Ağdamdakı məscidləri heyvan tövləsinə çevirənləri görməməzlikdən gələn Rusiya və Qərbdəki  dairələrin Erməni  yalan və alqı makinalarının paralelində hərəkət edərək Azerbaycanın öz tarixi-mədəni  mirası olan Qarabağdakı Alban (Ağvan)  kilisələrinin idarəsiylə  bağlı bir qaşıq suda fırtına qoparma cəhdləri, o monastırların qoruma altına alınmasıyla bağlı  UNESCO-ya edilən müraciətlər də dünyada ikili standart siyasətinin gəldiyi nöqtəni göstərmək baxımından mühümdür. Ancaq ədalətin yer üzündə mühafizə edilməsi, Erməni yalanlarının ifşa edilməsi adına tarixi həqiqətləri israrla insanlığın vicdanına duyurmaq məcburiyyətindəyik.

Hər kəs bilməlidir ki, Laçın rayonundakı Ağoğlan monastrı, Kəlbəcərin Xudavəng (Dadıvəng) külliyəsi, Ağdərə rayonundakı Müqəddəs Yelisey məbəd kompleksi, yenə eyni rayondakı Gəncəsər (Qandzasar) monastrı Cənubi Qafqazın ilk xristiyan dövləti olan, irmidən çox Türk və Qafqaz soylu xalqı bayrağı altında birləşdirmiş, Azərbaycan Türklərinin etnogenezinin formalaşmasında da mühüm rol oynayan Qafqaz Albaniyasının tarixi mirasıdır. E. ə. IV əsrdən başlayaraq min illik bir dövlətçilk yolu keçən Albaniya dövlətiylə bağlı başda bölgənin tarixini aydınlatan Moisey Kalankatuklunun ilk mənbə əsəri Ağvan Tarixi olmaqla zəngin tarixi ədəbiyyat formalaşmışdır. 313-314- cü illərdə Alban (Ağvan) çarı Urnayır Roma İmperiyasıyla eyni vaxtda Xristiyan dinini qəbul etmişdir. Azərbaycan torpaqlarında açılan ilk kilisələr, monastrlar işğal dövrü Çarlıq Rusiyasının arxiv sənədlərində də göstərildiyi kimi Erməni Qriqoryan kilsəsi kimi sektant xarakterli deyil Apostol kilisələridir. Memarlıq üslubu, kilsə iyerarxiyası və ayin sistemiylə də tamamən Ağvan tarixi-mədəni ənənəsi üzərində inkişaf edən Mehranilərin tikdirdiyi Gəncəsər (Qandzasar) monastırı da əsrlər boyu bölgənin xristiyanlıq mərkəzi olma misyasını davam etdirmişdir. 1441-ci ildə yenə bir Azərbaycan Türk dövləti olan Qaraqoyunluların himayəsi altında Kilikya bölgəsindən Eçmiədzinə köçən Erməni kilsəsinin də uzun dövr Gəncəsərin dini təsir dairəsində fəaliyyətinə davam etdiyi də Erməni tarixçilərinin qəbul etdiyi tarixi həqiqətdir. Hətda 1766-cı ildə Həştərxan yeparxiyası da Gəncəsərə (Qandzasar) tabe olmaq haqqında qərar almışdır. Lakin  imperialist mərkəzlərin  Anadolu və Qafqaz coğrafiyasında Erməni kartından aktiv istifadə etmə siyasəti çərçivəsində Eçmiədzin kilsəsinin önəmi artınca 1836-cı ildə yenə Tiflisdə Ermənilərdən ibarət bir heyətinin təklifi üzərinə Çar fərmanıyla Alban katolikosluğu ləğv edilərək  Alban kilsələri  Erməni Qriqoryan kilsəsinə bağlanınca bu monastırlar üzərində də Erməniləşdirmə oyunları başlamışdır. Azərbaycanın müstəqilliyinə qovuşması prosesiylə birlikdə Qəbələdə yaşayan Alban-Udin Xristyan icması da zəngin Alban dini-mədəni irsinin varisi olaraq güclü şəkildə fəaliyyətinə davam etməyə başlamışdır. Hazırda icmanın tabeçiliklərində müqəddəs Yelisey, Kiş məbədi kimi bir neçə tarixi Alban məbədi də bulunmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, oralarda görülən üçləçəkli, yarımdairəvi xaçlar tamamən Alban kilsələrinə özgündür. Tarixi–mədəni aspektdə Qarabağdakı Alban kilsələriylə bağlı vəziyyət açıq bir şəkildə ortada ikən, böyük Türk xoşgörüsü, yaradılanı Yaradandan ötrü sev fəlsəfəsi çərçivəsində  İslami dövrdə də Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Osmanlı, Əfşarlar kimi Türk  dövlətləri Alban kilsələri də daxil olmaqla  hakimiyyət sahələri içində yer alan bütün kilsə və  məbədləri ehtiramla qoruyub  saxlayaraq günümüzə çatdırmışkən cəmi 27 il əvvəl var olan şəhər və kəndləri bütün mədəniyyət abidələriylə birlikdə yox edən Ermənistan və havadarlarının  Azərbaycana mədəniyyət dərsi keçməsi tarixi ironya deyilmi? Çarlıq rejimindən Sovetlərə bir nəfər də olsun Erməninin yaşamadığı işğal edilmiş Cəbrayıl rayonunda 2017-ci ildə tikilən kilsə binasında işğal sonrası Azərbaycanlıların əzan oxuma görüntülərini dünyaya servis etmək hansı hiyləgər ağla xidmət edir görəsən? Xüsusiylə Avropada Erməni yalanlarına uyaraq haqsız hay-həşir salan Farnsaya elə özlərinin məhşur tarixçisi Jean- Paul Rouxun sözləriylə cavab vermə ehtiyacı hiss etdim. O, “Türklərin Tarixi, Sakit Okeandan Aralıq Dənizinə 2000 il“ adlı əsərində yazırdı: “Türklərin insanlıq tarixindəki yeri təməl xarakterlidir, onlara böyük bir yer ayırmadan insanlıq tarixini yazmaq, Babür Hindistanındakı Tac Mahaldan Osmanlı Balkanlarındakı Mostar körpüsünə qədər böyük mədəniyyətlərinin  izlərini görmək mümkün deyildir”.  



Әlaqәli Xәbәrlәr