Ermәnistandakı siyasi proseslәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ermәnistandakı siyasi proseslәri qiymәtlәndirәcәyik.

1534834
Ermәnistandakı siyasi proseslәr

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ermәnistandakı siyasi proseslәri qiymәtlәndirәcәyik.

 2020-ci ilin 10 noyabr tarixindә Ermәnistan Dağlıq Qarabağda gedәn döyüşlәrdә mәğlub olduğunu etiraf edәrәk üçtәrәfli razılaşmanı imzaladı.Әldә olunan razılaşmadan etibarәn Ermәnistanda gәrginlik davam edir.İrәvanda müxalifәt Baş nazir Nikol Paşinyanın istefa vermәsini tәlәb edir.Tәhlükәsizlik qüvvәlәri dә müxaliflәrin çevriliş etmәk  istәdiyini irәli sürәrәk aksiyalarda iştirak edәn müxaliflәri saxlayır. Yeri gәlmişkәn qeyd edәk ki, Ermәnistan daxili işlәr, xarici işlәr, tәhsil, elm vә idman nazirlәri istefa verdilәr. Ermәnistan fövqәladә hallar vә әmәk naziri vәzifәdәn kәnarlaşdırıldı. Bir neçә millәt vәkili dә  istefa verdiyini  açıqladı. İrәvandakı siyasi böhrana Azәbaycandan Ermәnistana qaçan yüz mindәn çox ermәni qaçqının problemi dә әlavә olundu. Bu çәrçivәdә Ermәnistanın gәlәcәyinin necә fomalaşacağı bilinmir.

Ermәnistanda müxalifәt Nikol Paşinyan istefa verәnәdәk etiraz aksiyalarını davam etdirәcәyini bildirir. Prezident Armen Sarkisyan da növbәdәnkәnar seçkilәri dәstәklәyәrәk Paşinyanı istefa vermәyә  dәvәt etdi.

Noyabrın 21-dә Rusiyanın müdafiә, xarixi işlәr vә  sәhiyyә nazirlәri ilә digәr rәsmi şәxslәrdәn ibarәt nümayәndә heyәti İrәvana sәfәr edib. Paşınyanın iqtidara gәlmәsi ilә İrәvan-Moskva münasibәtlәri pozulmuşdu. Rusiya nümayәndә heyәtinin  gündәmindә Dağlıq Qarabağdakı vәziyyәt olsa da, arxa planda Ermәnistan rәhbәrliyi ilә münasibәtlәrin gәlәcәyini müzakirә etmәk vardı. 

Rusiya xarici işlәr naziri Sergey Lavrov ‘’Dağlıq Qarabağda Azәrbaycan vә Ermәnistan arasındakı qarşıdurmaları dayandıran razılaşmada rol oynamadıqları düşüncәsi ilә ABŞ vә Fransa incidilәr’’ ifadәlәrini işlәdib. Fransa prezidenti Emmanuel Makron beynәlxalq nәzarәt missiyasının Qarabağda fәaliyyәt göstәrmәsini istәdi.

Ermәnistan 28 illik işğala görә Azәrbaycana tәxminәn 50 milyard dollar tәzminat ödәmәk mәcburiyyәtindәdir. Bu mәblәğә yeraltı mәdәnlәrә verilәn ziyan daxil deyil.

Qeyd etmәk lazımdır ki, Ermәnistanda gәrginlik davam edir. Yaxın gәlәcәkdә ölkәdә yenidәn seçkilәrin keçirilmәsi gündәmә gәlә bilәr. İrәvan rәhbәrliyinin Moskva vә Parisdәki müttәfiqlәrinә, müxtәlif ölkәlәrdәki diasporlara etibar etmәyib, ilk öncә qonşuları ilә münasibәtlәrini normallaşdırmalıdır. Әgәr ermәnilәr ‘‘Boyük Ermәnistan’’ vә ‘‘dirnaqarası soyqırım’’ iddialarından vaz keçәrlәrsә qısa müddәt әrzindә iqtisadi baxımdan inkişaf edә bilәrlәr.



Әlaqәli Xәbәrlәr