PKK-nın Suriyadakı təhdidi davam edir

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1530957
PKK-nın Suriyadakı təhdidi davam edir

Suriyadakı xaosdan istifadə edərək yenidən mövcudluğunu ortaya qoyan PKK terror təşkilatı Əsəd rejimi ilə razılaşaraq Afrin, Kobani və daha sonra Cəzirə kantonlarını elan etmiş, daha sonra DEAŞ ilə mübarizəndən vasitə kimi istifadə edərək ABŞ ilə hərbi sahədə imkanlarını birləşdirmiş və kontonları bir araya gətirərək Türkiyənin cənub sərhədini tamamilə kəsəcək şəkildə kiçik bir terror dövləti qurmaq üçün cəhd göstərmişdir. Türkiyə isə bu təhdidi görərək qabaqlayıcı addımlar atmış, ilkin planda "Fərat qalxanı", "Zeytun budağı" və axırda da Sülh çeşməsi" əməliyyatları ilə təhdidin səviyyəsini azalda bilmişdir. Ancaq PKK-nın bölgədəki mövcudluğu davam edir.
Terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD və YPG tərkibində ərəblərin də olduğu bir çərçivə olaraq Suriya Demokratik Qüvvələri konteksində Fəratın şərqində Ayn əl-Ərəbdən, Hasekiye, cənubda Raqqa və Deyr əz Zorda, qərbdə isə Münbic və Tel Rıfatdarakı mövcudluğunu davam etdirməktədir. Bu bölgələrdə inzibati bir quruluş yaratmaqla, ABŞ-ın himayəsində Suriyanın neft və təbii qaz ehtiyatlarının əhəmiyyətli bir hissəsinə nəzarət edirlər. Təşkilat eyni zamanda bölgədəki geniş əkinçilik ərazilərinə və ölkənin onsuz da az olan su ehtiyatlarına geniş miqyasda sahibdir. Nə qədər də Türkiyə son olaraq həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı ilə Tel Abyad və Rəsul Ayn kimi bölgələri xilas etməyi bacarsa da, terror təşkilatı hələ də 40 min kvadrat kilometrlik əraziyə defakto olaraq nəzarət edir.
"Sülh çeşməs" əməliyyatından sonra Türkiyə əvvəl ABŞ-la sonra isə  Rusiya ilə bölgəyə dair razılaşmalar əldə etdi, xüsusilə Soçidə Rusiya ilə Fəratın şərqilə əlaqəli içərisində vədlərin yer aldığı saziş imzalanmışdır.  Buna görə, terror təşkilatı Aynel Ərəbdə Malikiye-Fişhabur xəttinə qədər olan ərazidən cənuba tərəf 32 km geri çəkilməyi qəbul etdi. Ancaq bunun praktikada həyata keçirilmədiyi müşahidə olunur. Ayrıca teror təşkilatı Tel Rifat, İssa və Tel Tamir kimi bölgələrdən istifadə edərək Türkiyənin nəzarətindəki bölgələrdə davamlı olaraq terror hücumları həyata keçirir. Əsasən minalanmış maşınlarla həyata keçirilən bu hücumlarda yüzlərlə mülki vətəndaş həyatını itirdi. Təşkilat burada "azad edilmiş bölgələrin" sabitliyini hədəf alır. Buna görə Türkiyə baxımından terror təşkilatının Suriyadakı mövcudluğu təhdid olmaqda davam edərkən, təşkilatın sərhəd xəttindən 32 km cənuba çəkilməyəcəyi təqdirdə yeni əməliyyatların həyata keçirilməsi də mümkün görünür. Mövcud  şərtlərdə PKK-nın Suriyadakı mövcudluğu Fəratın həm şərqi, həm də qərbi üçün hər şəritdə təhdid yaratmağa davam edir.



Әlaqәli Xәbәrlәr