Trampdan sonra Orta Şərq

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Trampdan sonra Orta Şərq” adlı analitik yazısı.

1526738
Trampdan sonra Orta Şərq

3 noyabr 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra Respublikaçı Tramp postunu Demokrat Bayden təhvil verdi. Seçkinin rəsmi nəticələri hələ açıqlanmasa da, Bayden qələbəsini elan etdi, lakin Tramp etirazlarını davam etdirir. Trampın əsas iddiası seçkilərdə qanun pozuntularının olmasıdır. Respublikaçılar ikiyə ayrılır. Bəziləri Trampın məğlubiyyəti qəbul etməsinin lehinə olduqda, digərləri Trampın seçki nəticələrini qəbul etmədən mübarizəni davam etdirməsi üçün bir mövqe ortaya qoydular. Trampın məhkəmə prosesini başlatması, ehtimal ki, seçki nəticələrini dəyişməyəcək və Bayden 2021-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti olaraq vəzifəni təhvil alacaq. Bayden seçkini son əsrdəki seçkilər nəzərdə tutulduqda ən yüksək səslə qazandı. İlk baxışda bu, böyük bir qələbə deməkdir; bununla yanaşı Baydenin qarşısında çox çətin bir proses var.
Bu çətin proseslərin ən başında koronavirus epidemiyasına qarşı mübarizə dayanır. Bayden seçki kampaniyası davam edərkən pandemiya ilə mübarizə strategiyasını elan etmişdi. Ancaq ABŞ-da koronavirusa yoluxma gündən-günə artmağa davam edir. Həyatını itirənlərin sayı gündə min nəfəri keçib. Bu, Baydeni prezidentliyinin ilk ilini koronavirusla mübarizəyə həsr edəcəyini ortaya qoyur. Baydenin pandemiya ilə birlikdə həll etməli olduğu digər bir vacib məsələ də iqtisadiyyatdır. Amerika iqtisadiyyatı korona epidemiyası səbəbindən ciddi bir daralma ilə üzləşib. İşsizlik rəqəmləri, hökumətin təşviq paketləri və qlobal iqtisadiyyatda durğunluq kimi amillər Amerika iqtisadiyyatına təzyiqi artırdı. Baydenin ilk ilində məşğul olacağı mövzular bunlarla məhdud deyil. Bayden Tramp dövrünün ağır ictimai qütbləşməsini yumşaltmalıdır. Bu mövzu ilə əlaqəli qarşısında izdihamlı bir kütlə var. Floyd hadisələri ilə başlayan irqçilik mübahisələri Bayden üçün tam meydan oxuma xüsusiyyəti daşıyır. Seçki kampaniyası dövründə bu problemlə məşğul olacağına və həll yollarını tapacağına dair ciddi vədlər verdi. Ancaq bu məsələni bir anda həll etmək asan olmayacaq. Baydenin prezidentliyi dövründə ən çox maraqlanılacaq digər mühüm məsələ xarici siyasətdir. Bayden öz dövrünü Amerika gücünün və liderliyinin bərpası kimi xarakterizə etdi. Başqa sözlə, Bayden Tramp dövründə nüfuzunu və nüfuz dairəsini itirən ABŞ-a yenidən nüfuz qazandırmağa çalışacaq və beynəlxalq siyasətdə Vaşinqtonun təsirinin yenidən hiss edilməsi üçün addımlar atacaq. Bu çərçivədə Bayden Trampın geri çəkildiyi Paris iqlim dəyişikliyi müqaviləsinə vəzifəsinin icrasına başladığı anda dərhal ABŞ-ın geri qayıdacağını açıqladı. Yenə Trampın Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına yardımını azaltmaq qərarını sürətlə ləğv etməsi qərarı Baydenin ilk xarici siyasət seçimlərindən biri olacaq. ABŞ-ın Orta Şərqdəki yeni xarici siyasəti nə olacaq, maraq mövzusudur. Baydenin Trampın xarici siyasət xəttini izləməyəcəyi tamamilə aydındır. Əslində İranın nüvə məsələsi ilə bağlı əvvəlki açıqlamalarında İran siyasətinin işarələrini verdi. İran Nüvə Müqaviləsinə qayıtmaq bu seçimlərdən biridir. Bəs, bu necə bir razılaşma olacaq? İsrail məsələsində Trampın “İsrailə açıq çek” siyasətindən də imtina edəcəyi ehtimallar arasındadır. Baydenin rəhbərliyi altında İsrailin manevr yeri çox dar ola bilər. Açıq çek siyasətindən təsirlənəcək digər bir ölkə Səudiyyə Ərəbistanıdır. Xaşoqçi qətlinin Baydenin Səudiyyə Ərəbistanına münasibətində təsirli olacağını deyə bilərik. BƏƏ və Misir kimi güclər də mövqelərini yenidən tənzimləməli ola bilərlər. Baydenin Suriya ilə bağlı hərtərəfli bir strategiya elan etməsi ehtimallar arasındadır. ABŞ və Türkiyə arasındakı münasibətlərdə bu məqam ağla gəlir. Bir çox analitik, Türkiyə-Amerika münasibətlərindəki böhranın daha da dərinləşəcəyini söyləyir. Ancaq bunu demək hələ tezdir. Bölgənin geosiyasətində köklü dəyişikliklər oldu. Bayden istəsə belə, bu dəyişikliyi geri çevirib ABŞ-ı yenidən Orta Şərqdə prestijli bir gücə çevirə biləcəkmi, bunu görəcəyik. Lakin onun işinin heç də asan olmadığını deyə bilərik.



Әlaqәli Xәbәrlәr