Gürcüstanda keçirilәn parlament  seçkilәri

‘‘Avrasiya gündәmi’’  proqramının bu günkü hissәsindә Gürcüstanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

1525904
Gürcüstanda keçirilәn parlament  seçkilәri

 

‘‘Avrasiya gündәmi’’  proqramının bu günkü hissәsindә Gürcüstanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

 2020-ci ilin 31 oktyabr tarixindә Gürcüstanda parlament seçkilәri keçirildi. Şeçkilәrdә 3,5 milyon seçicidәn 2 milyonu iştirak edib. Seçkilәrin keçirildiyi gün 6 min jurnalist, 47 min yerli vә xarici müşahidәçi, 80 mindәn çox partiya tәmsilçisi seçkilәrә nәzarәt etdi.

Gürcüstan Mәrkәzi Seçki Komissiyasının mәlumatına görә, seçkilәrә qatılan 48 partiya vә 2 seçki blokundan 1 %-zi seçki baryerini keçib.İqtidardakı ‘‘Gürcü Arzusu-Demokratik Gürcüstan’’ sәslәrin 48 %-ni toplayaraq qәlәbә qazandığını elan etdi. Müxalifәtdәki ‘‘Vahid Milli Hәrәkat Partiyası’’ sәslәrin 27 %-ni toplaya bildi.

Seçkilәrin nәticәlәrinә etiraz edәnlәr seçki nәticәlәrinin lәğv edilmәsi üçün noyabrın 1-dәn etibarәn etiraz aksiyaları keçirir. Müxalifәt partiyalarının böyük mitinqi isә noyabrın 8-dә keçirildi. Parlament seçkilәrindә deputat mandatları әldә edәn partiyaların tәmsilçilәri növbәdәnkәnar seçkilәrin keçirilmәsini vә Mәrkәzi Seçki Komissiyasının rәhbәrinin istefa vermәsi ilә siyasi mәhbusların azadlığa buraxılmasını tәlәb edirlәr. Birgә bәyanat imzalayan müxalifәt partiyaları parlamentdә tәmsil olunmaqdan imtina etdiklәrini, iqtidarın  tәlәblәrini yerinә yetirmәyәcәyi tәqdirdә hәrәkәt planı açıqlayacaqlarını bildiriblәr.

Mәclisin fәaliyyәtlәrinә başlaya bilmәsi üçün seçilәn millәt vәkillәrinin yarısından çoxunun mandatlarını alaraq mәclisdәki iclaslarda iştirak etmәlidir.

Gürcüstan parlamenti 150 millət vəkilindən ibarətdir. 150 deputatdan 120-si proporsional sistemə, 30-u çoxluq sisteminə görə təyin olunur. İkinci tur 21 noyabr tarixində çoxluq sisteminə görə seçilmiş 16 seçki dairəsində keçiriləcək.

 ‘‘Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası’’ seçkilәrdә qәlәbә qazandı. İqtidarın xüsusilə epidemiya başladığı gündәn etibarәn gördüyü qabaqlayıcı tәdbirlәr partiyaya verilәn sәslәrin artmasına sәbәb oldu. Payız aylarında epidemiyanın yayılması ölkә iqtisadiyyatına da mәnfi tәsir göstәrdi. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili isә uzun illәrdir ölkәsinә qayıda bilmir. Seçkilәrin nәticәlәrinә baxıldıqda ölkәdә ciddi islahatlar hәyata keçirәn Mixail Saakaşvilinin ölkәsinә  geri qayıtması qarşıdakı 4 il әrzindә mümkün olmayacaq.

Gürcüstan Kәşfiyyat İdarәsi noyabrın 6-da keçmiş tәhlükәsizlik qüvvәlәri tәmsilçilәrindәn ibarәt vә konstitusional sistemi devirmәk istәyәn bir qrupun olduğu ilә bağlı bәyanat yayımladı.

İqtidar partiyaları  hәr gün ‘‘Covid-19’’a yoluxanların sayının 3 minә çatdığını bildirәrәk 9 noyabr tarixindәn etibarәn böyük şәhәrlәrdә tәdbirlәri artırıb. Epidemiya vә tәdbirlәr müxalifәtin aksiya keçirmәsinә mane olacaq.

Gürcüstanda parlament üsul-idarәsi olduğu üçün parlament seçkilәri böyük әhәmiyyәt kәsb edir. Bu sәbәbdәn müxalifәt partiyaları mübarizәsini davam etdirәcәk.

 



Әlaqәli Xәbәrlәr