Vladimir Zelenskinin Türkiyәyә etdiyi sәfәr

''Avrasiya gündәmi'' proqramının bu günkü hissәsindә Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyәyә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

1517994
Vladimir Zelenskinin Türkiyәyә etdiyi sәfәr

 

''Avrasiya gündәmi'' proqramının bu günkü hissәsindә Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyәyә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

2020-ci ilin 16 oktyabr tarixindә Ukrayna prezidenti Vladimir Zelenski Türkiyәyә sәfәr edib.İstanbulda prezident Racәb Tayyib Әrdoğanla tәkbәtәk görüşüb vә heyәtlәr arası baş tutan görüşlәrdә sәdrlik edib. Görüşlәrdәn sonra iki ölkәnin müdafiә nazirlәri tәrәfindәn Hәrbi Çәrçivә Müqavilәsi imzalanıb, hәmçinin Türkiyә ilә Ukrayna prezidentlәri tәrәfindәn birgә bәyanat imzalanıb. Sәfәr çәrçivәsindә iki ölkәnin müdafiә nazirlәri hәmçinin bir göüş dә keçirdilәr. Görüşdә regional mәsәlәlәr, ikitәrәfli müdafiә vә tәhlükәsizlik mәsәlәlәri müzakirә olundu.

İki ölkәnin prezidentlәri tәrәfindәn imzalanan birgә bәyanatda Türkiyәnin Ukraynanın NATO-ya üzv olmasını dәstәklәdiyi bildirildi. Qeyd etmәk lazımdır ki, Ukrayna NATO-nun Güclәndirilmiş Fürsәtlәr Tәrәfdaşı bir ölkә olaraq xarakterizә edilir.Ukrayna vә Türkiyә Qara dәnizdә birgә patrul xidmәti icra edir.Hәmçinin vurğulamalıyıq ki, çox sayda Ukrayna hәrbçisi Türkiyәdә tәlim keçir. Sözügedәn bәyanatda Ukraynanın başlatdığı ‘‘Krım Platforması’’nın  Türkiyә tәrәfindәn  dәstәklәnәcәyi açıqlanıb. Krım Platforması beynәlxalq arenada Krım xalqının hüquqlarının müdafiә edilmәsi vә yarımadanın işğaldan izad edilmәsi üçün fәaliyyәtlәr aparacaq. Türkiyә Ukraynanın Türk Şurası vә islam Әmәkdaşlıq Tәşkilatına müşahidәçi olmasını dәstәklәyir.

İstanbulda keçirilәn görüşdә Ukrayna vә Türkiyә ‘‘2+2’’ formatında illik iclaslar keçirmәklә bağlı qәrarlar qәbul etdi. Bundan sonra iki ölkәnin Müdafiә vә Xarici İşlәr Nazirliklәri birgә iclaslar keçirәrәk müvafiq mәsәlәlәri daha effektiv hәll etmәyә başlayacaqlar.

Ukrayna Baş nazirinin müavini vә Strateji İndustriyalar üzrә naziri Oleq Uruski oktyabrın 23-dә İstanbulda iki ölkә prezidentlәrinin Mriya tәyyarәsini birgә tamamlamaq mәsәlәsini müzakirә etdiklәrini açıqlayıb.

Ukrayna prezidenti Vldimir Zelenski İstanbula etdiyi sәfәrdәn sonra Ukrayna Mәclisindә etdiyi çıxışında deyib: ‘‘Ukrayna vә Türkiyә arasındakı münasibәtlәr yüksәk sәviyyәdәdirlәr.Hәqiqәtәn dә, iki ölkә arasındakı münasibәtlәr son dövrdә çox yaxşı inkişaf edir. Ukrayna Türkiyәnin silahlı PUA-larını birgә istehsal etmәk istәyir. İstanbulda imzalanan müqavilәlәr bu sahәdә әmәkdaşlığı yolunu açır.Pandemiyaya rәğmәn bu il 500 min ukraynalının Türkiyәdә istirahәt etmәsi, bәzi mәhsullar üçün vergilәrin aradan qaldırılması, qarşılıqlı ‘‘Mәdәniyyәt günlәri’’nin tәşkil eilәcәyinin açıqlanması kimi proseslәr ikitәrәfli münasibәtlәrin müxtәlif sahәlәrdә inkişaf etdiyini göstәrir. Zelenskinin Türkiyәyә etdiyi sәfәrin ikitәrәfli münasibәtlәrin daha da inkişaf etmәsinә töhfә verәcәyini söylәyә bilәrik.

 

 

 



Әlaqәli Xәbәrlәr