Türkiyəsiz Qarabağ masası mümkün deyil

Dr. Telman Nusrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1518545
Türkiyəsiz Qarabağ masası mümkün deyil

Erməni silahlı dəstələrinin yeni torpaq işğalı  həvəsiylə Tovuz və Qarabağ  provakasiyasını həyata keçirməsindən sonra Azərbaycan dövlət ağlının zərgər dəqiqliyiylə regional və qlobal güc balansını  hesablayıb kontr əməliyyatın  zamanlamasını  , hədəflərini  dəqiq müəyyənləşdirərək  hərərkətə keçməsindən bir aya yaxın vaxt keçir. Bu müddət ərzində  Azərbaycan ordusunun  işğaldan azad etdiyi şəhər, qəsəbə, kənd və yüksəkliklərə hər gün  bir yenisi əlavə edilməkdə, Ali Baş Komandan İ. Əliyev tərəfindən  mütəmadi olaraq xalqa məlumat verilməkdədir.  Döyüşlərin  müharibənin talehinin həlli baxımından kritiq  əhəmmiyətə sahib olan, Ermənistandan Dağlıq  Qarabağa silah və canlı qüvvənin də daşındığı  iki əsas yol olan Vardanes- Kəlbəcər və stratejiq  Laçın dəhlizi ətrafında cəryan etdiyi sir deyil. Erməni qüvvələri  böyük canlı qüvvə və texnika itkisi verərərk  geri çəkilməyə davam edir.  Xüsusuiylə Ağbənd qəsəbəsinin işğaldan azad edilməsiylə  İranla  olan dövlət sərhəddinin  tam nəzarətə götürülməsi əməliyyatın ən önəmli və çətin   hərbi- siyasi hədəflərindən birinin həyata keçiririldiyini  göstərdi.   

Qarabağdakı terrorçulara silah və yanacaq  ötürülməsinin əngəllənməsi baxımından olduqca vacib olan Ağbənd hadisəsiylə paralel olaraq Araz  çayının sahili boyu İran ərazilərində yaşayan Türk kökənli əhalinin  Azərbaycan ordusunun irəliləyişini sevinclə  qarşılaması bölgədəki  prosesləri diqqətlə izləyən güc mərkəzlərinin də diqqətindən qaçmayacağını düşünürəm. Hərb meydanında  Azərbaycan ordusunun uğurlu irəliləyişiylə birlikdə diplomatiq cəbhədə də düşmən təbliğatını təsirsizləşdirmə, işğal altındakı torpaqların azadlığının təmin edilməsi nöqtəsində Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırmasıyla bağlı müxtəlif həmlələr həyata keçiriir. Ermənistan üçün  bütün yönləriylə proseslər qırılma nöqtəsinə doğru gedir. Azərbaycan ordusu qarşısında ciddi məğlubiyətlər yaşayan Ermənistanın hərbi  münaqişəyə üçüncü ölkələri də daxil edərək Cənubi Qafqazı tamamən destabilizə etmək cəhdləri iflasa uğramaqdadır. Ermənistan ərazisindən Gəncə, Mingəçevir , Xızıya fırladılan, onlarla məsum insanın ölümünə səbəb olan raketlərin Azərbaycanı cavab tədbirlərinə təhrik etmək məqsədi  güddüyü çox açıqdır.  Bakının Ermənistandakı bu raket sisitemlərini  vurması halında   Yerevanın Moskvaya üz tutaraq Ermənistanla Rusiya arasında bağlanmış hərbi ittifaq haqqındakı müqaviləni xatırladaraq müdaxiləyə çağıracağı da aydındır. Paşinyanın  başından bəri Rusya lideri Putin başda olmaqla  müxtəlif dünya dövlətlərinin başçılarına zəng edərək onlardan Azərbaycanı dayandırmalarını istəməsi  də heç bir nəticə verməməkdədir.  Valday konfransındakı çıxışı zamanı Rusiya lideri Putinin həm Türkiyə Cümhuryiyəti cumhurbaşqanı Ərdoğanı etibarlı, sözünün sahibi tərəfdaş adlandıraraq  yaranan geopolitiq şəraitin də diqtəsiylə  Türkiyə - Rusiya əməkdaşlığı və dialoqunun alternativinin olmadığını ortaya qoyması,  həm də Azərbaycan dövlətinin  torpaqlarının işğal altında qalmasına uzun müddət dözməsinin mümkün olmadığını ifadə etməsi macerapərəst Paşinyan və Erməni idarəçilərin Moskvanın hərbi əməliyyatların gedişatına  müdaxilə edəcəyiylə bağlı son ümüdlərini də puç etmişdir. Şübhəsiz  Azərbaycanın haqlı davasına başından bəri qətiyyətli bir şəkildə dəstək verən, proseslərə hər hansı bir xarici müdaxilə olacağı təqdirdə öz ordusunu Qarabağa göndərməkdən çəkinməyəcəyini bəyan eddən NATO üzvü Türkiyənin Cənubi Qafqazdakı artan təsiri geopolitiq oyunçulara oyun planlarını yüz ölçüb bir biçmək nöqtəsində ciddi məsajlar da  vermişdir. Rusiyanın da Erməni maraqlarına görə Cənubi Qafqazın ən böyük gücü, yaxşı qonşuluq münasibətlərinin, siyasi- iqtisadi əlaqələrinin olduğu, ən önəmlisi beynəlxalq hüquqa görə də yüzdə yüz haqlı olan Azərbaycanla qarşı qarşıya gəlməsi, Bakını itirməyi gözə alması rasyonal bir gözlənti deyildir. Ermənistanı idarə edənlər hər zaman olduğu kimi yenə öz milli imkanlarını , güclərini düzgün dəyərləndirə bilməmiş, Cənubi Qafqazda Türkiyənin də aktiv bir şəkildə proseslərin içində yer almasıyla yaranan yeni  qüvvələr balansını görməməzlikdən gəlmişdir. Qarabağ məsələsinin Azərbaycanın milli maraqları, ərazi bütövlüyü prinsipinə sadiq qalınaraq, Rus- Türk uzlaşması çərçivəsində həll edilməsi bu əməkdaşlığın daha geniş areala yayılmasının da yolunu aça bilər. Regionda yaranan hazırkı geopolitiq şəraiti, pandemiya sonrasında formalaşması ehtimal edilən yeni dünya nizamının da konturlarını təsəvvür etdikdə hər iki dövlətin bu əməkdaşlıq və uzlaşma mühitinə ehtiyac duyduğu açıqdır. Bu bağlamda Ermənistan istəsə də istəməsə də yeni qurulacaq Qarabağ masasında Ankara yer almalıdır. Gürcüstanın başından bəri  öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməməs ,  Qarabağa açılan İran sərhədlərinin də  tamamən Azərbaycan ordusunun  nəzarəti altına keçməsiylə oradan qaçaqmalçılıq yoluyla belə olsa Ermənilərə silah və yanacaq göndərilməsinin əngəllənəcəyi, İran Türklərinin etirazları fonunda  Mehri sərhəddindən də Ermənistana küllü miqdarda silah göndərilməsinin çətinləşdiyi, tək  hava koridoruyla savaşı sürdürmənin imkansız olacağı Ermənistanın qəbul etməsi gərəkən başqa bir acı reallıqdır. Ermənistanın iqtisadi vəziyyətinin ağırlığını, içəridəki siyasi münasibətlərin antoqanist xarakter almasını da düşünündə bu saatdan sonra Yerevanı məğlubiyyətdən ancaq möcüzə xilas edə bilər. Azərbaycan hərbi məqsədlərinə addım addım yaxınlaşdıqca sülh masasanın qurulması məsələsi də daha da  aktuallaşmağa başlayır. Məsələ ətrafında intensivləşən diplomatiq təmasları da bu çərçivədə dəyərləndirmək lazımdır. Bu danışıqlarda Azərbaycanın tələblərindən biri regionda yaranan real güc balansının, geoplitiq mənzərənin danışıqlar masasına da əks olunması və münaqişənin Astana prosesi bənzəri bir proseslə Rusya- Türkiyə - Azərbaycan-Ermənistan formatında aparılmasıdır. Rusiyanın bu formata loyal yanaşacağı ehtimal edilir.  Artıq Fransa  kimi tərəfsizliyini itirmiş, Türkofob refleksləriylə bilinən, bölgədə və dünyada təsir imkanları azalan bir ölkənin  danışıqlar masasında yer alması anlamsızdır. Prezident İ. Əliyevin də ifadə etdiyi kimi Türkiyəsiz nə Qarabağ məsələsinin nə də regiondakı başqa məslələlərin həll edilmısi mümkün deyildir.   Ərdoğan – Putin, Ərdoğan – Ruhani danışıqlarının da əsas mövzusu hər iki dövlətin Qarabağ məsələsində neytrallığını təmin etmək, regional əməkdaşlıq imkanlarını genişlətmək olmuşdur. Türkiyə mədəniyyət konsepsiyası çərçivəsində bölgəyə  çatışma deyil, işbirliyinin hakim olmasını istəyir.  Artıq bütün tərəflər Ermənistanın çatışmacı,  terror istehsal edən, qonşularına qarşı torpaq iddiasını irəli sürən paradiqmasının bu işbirliyinin önündə əsas əngəl olduğunu anlayır.   Qarabağ  əməliyyatını da böyük prosesin başlanğıcı olaraq görmək, Türkiyəsiz nə Qafqaz nə də Türküstanda sabit  bir nizamın, əməkdaşlıq mühitinin qurulmasının imkansız olacağını qəbul etmək lazımdır.



Әlaqәli Xәbәrlәr