Türkiyәnin paytaxtı Ankarada Tarixi Tәbiәt Muzeyinin olduğunu bilirsinizmi?

Türkiyәnin ilk vә әn böyük tәbiәt muzeyi 1968-ci ildә Ankarada Mәdәn Baş İdarәsi yanında fәaliyyәt göstәrmәyә başlayıb.

1515951
Türkiyәnin paytaxtı Ankarada Tarixi Tәbiәt Muzeyinin olduğunu bilirsinizmi?

Türkiyәnin paytaxtı Ankarada Tarixi Tәbiәt Muzeyinin olduğunu bilirsinizmi?

Türkiyәnin ilk vә әn böyük tәbiәt muzeyi 1968-ci ildә Ankarada Mәdәn Baş İdarәsi yanında fәaliyyәt göstәrmәyә başlayıb. Muzeydә Türkiyәnin vә  dünyanın müxtәlif yerlәrindәn gәtirilmiş çox sayda qalıq, qaya vә minerallar sәrgilәnir. Muzey üç mәrtәbәdәn ibarәtdir. Muzeyin ilk mәrtәbәsi ziyarәtçilәri ‘‘kosmosa sәyahәt’’ mövzusu ilә qarşılayır. Muzey  günәş sistemindәki planetlәri yaxından izlәmәk,ay daşı, ildırım daşı  vә meteoridlәri araşdırmaq üçün bir fürsәt verir. Muzeydә müxtәlif bitki vә heyvan qalıqlarına rast gәlmәk mümkündür. Muzeyin bu mәrtәbәsindә müxtәlif alәtlәr nümayiş olunur. Muzeyin bu hissәsindә hәmçinin Türkiyәnin vә dünyanın müxtәlif yerlәrindәn gәtirilmiş minerallar, daşlar, qayalar ilә Türkiyәnin madәnçilik tarixi ilә bağlı nümunәlәrә rast gәlmәk mümkündür.Muzeydә görmә qüsurlu insanlar üçün xüsusi bölmә dә mövcuddur.



Әlaqәli Xәbәrlәr