Su ile gәlәn mәdәniyyәt (8)

Anadolu bölgәsi bәşәriyyәt tarixinә öz damğasını vuran sivilizasiyaların yaşadığı bir çoğrafiyadır.

1513208
Su ile gәlәn mәdәniyyәt (8)

Anadolu bölgәsi bәşәriyyәt tarixinә öz damğasını vuran sivilizasiyaların yaşadığı bir çoğrafiyadır. Eralar әrzindә müxtәlif dövlәtlәrә, müxtәlif mәdәniyyәtlәrә ev sahibliyi edәn Anadolu coğrafiyası mәdәni irsi ilә bәnzәrsiz zәnginliklәr tәqdim edir. Anadolu coğrafiyası zәngin tarixi ilә diqqәtlәri cәlb edir. Bölgә bir-birindәn gözәl vә orjinal su bәndlәrinә, anbarlara, quyulara vә hovuzlara ev sahibliyi edir.

İnsan üzlәşdiyi çәtinliklәrdәn yorulmayıb vә onlara bir hәll yolu tapmaq mәsәlәsindә hәr zaman qәtiyyәtli olub. Elm vә texnologiyadakı irәlilәyişi, bu gün әhәmiyyәtsiz hesab etdiyimiz çәtinliklәrә vә ulu babalarımızın hәmin çәtinliklәrin öhdәsindәn gәlmәsindәki qәtiyyәtinә vә inamına  borcluyuq. İnsan digәr canlılardan fәrqli olaraq su ilә olan münasibәtini  inkişaf etdirib. İnsanlar uzun zamandır su ehtiyacını tәmin etmәk üçün hovuzlar, su bәndlәri inşa edir vә quyular qazır. Antik dördә isә su kameraları inşa edib. Bu sayedә çox uzaqda yerlәşәn bir mәnbәnin ya da bir çayın suyunu şәhәrlәrә daşıya biliblәr. Yunan vә Roma şәhәrlәrindә su qıtlığı  problemi yaşanıb. Su ümumiyyәlә şәhәrin xaricindә yerlәşәn çaylardan gәtirilib. Suyun şәhәrlәrә daşınması çox problemli bir prosesmiş. Bu sәbәbdәn  dövrün mühәndislәri  su kәmәrlәri inşa edәrәk  bu problemin qarşısını alıb. Bәhs ettiyimiz kәmәrlәr sunu müxtәlif yollardan şәhәrlәrә daşıyırdı. Әrazi şәrtlәrinә görә bir vә ya birdәn çox mәrtәbәli kәmәr inşa edilirdi. Suyun kәmәrin ortasında yer alan kanaldan problemsiz  bir şәkildә axa bilmәsi üçün çox hәssas bir sistemә ehtiyac vardı. Yaradılan sistemin heyrәtә gәtirәcәk qәdәr uğurlu bir şәkildә işlәdiyi bildirilir.

Suyun kirlәnmәmәsi üçün kanalların üzәri  daşlarla örtülürdü. Su kanalının şәhәrә çatdığı nöqtәdә bulaqlar inşa olunurdu. Su kәmәrlәri memari baxımdan әhәmiyyәtli olsa da, antik Romadakı mühәndislәr müxtәlif  tәnqidlәrә mәruz qalırdı. Bu kәmәrlәrә ehtiyac olmadığı vә çox bahalı olduğu deyilirdi. Günümüzәdәk gәlib çatmış  vә şәhәrin su ehtiyacını hәlә dә qarşılayan su kәmәrinin biri dә İspaniyanın Seqovia şәhәrindә yerlәşir. Türkiyәdәki  Roma dövrünә aid әn qәdim  su kәmәri Pollio su kәmәridir.

Efes antik dövrün әn әhәmiyyәtli vә görkәmli liman şәhәrlәrindәn biridir. Efes Aralıq dәnizinin siyasi  vә ticari mәrkәzi olub. Şәhәr  Asiya vә Avropa arasındakı әn әhәmiyyәtli nöqtәlәrdәn biridir. Roma İmperiyasının Asiya әyalәtinin paytaxtı olan Efes 200 minlik әhalisi ilә dövrün әn böyük şәhәrlәrindәn biri olub.  Şәhәr hәr sahәdә sürәtlә inkişaf edib. Şәhәr Bizans vә Osmanlı dövründә  dә insanların әn çox yerlәşmәk istәdiyi yerlәrdәn biri olub.

Müxtәlif sivilizasiyalara ev sahibliyi edәn Efes antik şәhәri günümüzdә UNESKO dünya irsi  siyahısında yer alır. Antik şәhәr şahidlik etdiyi dövrlәri bu gün dә ziyarәtçilәrә tәqdim edir. Efes antik dövrün yeddi möcüzәsindәn biri olaraq qәbul edilәn Artemida mәbәdi, İsgәndәriyyә vә Berqamadan sonra antik dövrün әn әhәmiyyәtli kitabxanalarından biri olan Selsius  kitabxanası vә 25 min nәfәrlik teatrı ilә diqqәtlәri cәlb etmәyә davam edir.

Efes antik şәhәri hәr dövrdә su problemi ilә üzlәşәn şәhәr olub. Bu problemin hәll edilmәsi üçün müxtәlif sәylәr göstәrilib. Paytaxt olduqdan sonra әhәmiyyәti hәr ötәn gün artan Efesә   daha çox insan yerlәşmәyә başlayıb vә şәhәr daha da böyüyüb. Bu sәbәbdәn suya olan tәlәbat artıb.  Bu problemin qarşısının alınması mәqsәdilә Pollio su kәmәri inşa edilib. Pallio su kәmәri antik dövrdә Marnas olaraq bilinәn monumental bir strukturdur. Su kәmәri memari baxımdan sәnәt әsәri hesab edilir. Su kәmәrinin hәr iki tәrәfindә kәmәri inşa edәn şәxslәrin anıldığı yazılar yer alır. Anadolu coğrafiyasında buna bәnzәr su kәmәrlәrinә rast gәlmәk mümkündür. Hamısını görә bilmәk mümkün olmasa da, günümüzәdәk gәlib çıxmış qalıqları belә hәyәcanlandırır insanı.Proqramımızın bu günkü hissәsindә Roma dövrünә aid Anadoludakı әn diqqәt çәkәn Pallio su kәmәrindәn bәhs etdik.



Әlaqәli Xәbәrlәr