Dağlıq Qarabağdakı son vәziyyәt

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Dağlıq Qarabağdakı son vәziyyәti qiymәtlәndirәcәyik.

1508855
Dağlıq Qarabağdakı son vәziyyәt

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Dağlıq Qarabağdakı son vәziyyәti qiymәtlәndirәcәyik.

2020-ci ilin 27 sentyabr tarixindә Ermәnistanın hücum etmәsi ilә Qarabağda şiddәtli qarşıdurmalar başladı. Ermәnistan provokasiyalarına qarşı әks-hücuma başlayan Azәrbaycan Silahlı Qüvvәlәri ermәni әsgәrlәrini qaçmağa mәcbur etdi. İki hәftә әrzindә Azәrbaycan ordusu qırxadәk yaşayış mәntәqәsini işğaldan azad etdi. Ermәnistanın yüzlәrlә zirәhli texnikası mәhv edildi.Ermәnistanın 400-ә yaxın itki verdiyi bildirilir.

Ermәnistana bu dәfә dәstәk verilmәdi. Rusiya prezidenti Vladimir Putin qarşıdurmaların Ermәnistan torpaqlarında olmadığını açıqlayaraq İrәvan yerdım etmәyәcәklәrini bildirdi. Qeyd etmәk lazımdır ki, Ermәnistan Kollektiv Tәhlükәsizlik Müqavilәsi Tәşkilatının üzvüdür vә bir hücum vәziyyәtindә tәşkilata üzv dövlәtlәrin yardıma gәlmә öhdәliyi var. Ermәnistan rәhbәrliyi bundan istifadә edә bilmәk üçün Qarabağ xaricindәki Azәrbaycanın yaşayış mәntәqәlәrinә hücumlar edir. Ermәnistan Azәrbaycandakı mülki vәtәndaşlara fosfor ehtiva edәn raketlәr, döyüş tәyyarәsi bombası, ‘‘Smerç’’ raketi vә antitank raketlәrlә hücum etdi. İndiyәdәk 40 mülki vәtәndaş hәyatını itirdi. Ermәnistan mülki vәtәndaşlara hücum etmәklә hәrbi cinayyәt törәdir. Ermәnilәr Bakı-Tbilisi-Ceyhan neft boru kәmәri kimi beynәlxaql investisiyalara da hücum edәrәk terror aktları hәyata keçirir.

Dünyadakı ermәni diasporları hәr zamanki kimi qaralama kampaniyalarını davam etdirdilәr. Ermәnistan Azәrbaycanın DEAŞ terrorçularını gәtirdiyini iddia edir. Azәrbaycanın DEAŞ terrorçularına ehtiyacı olmadığını hәr kәs bilir. Azәrbaycan vәtәndaşları könüllü olaraq cәbhә xәttinә gedir. Digәr tәrәfdәn gәnclәri әsgәrә getmәyә mәcbur edәn Ermәnistanın PKK terrorçularını Qarabağda döyüşdürdüyünә dair müxtәlif mәlumatlar vә sәnәdlәr var.

Azәrbaycanın haqlı mübarizәsini müdafiә edәnlәr bu dәfә sәslәrini daha da ucadan çıxardılar. Türk Şurası qarşıdurmalar başladıqdan sonra Azәrbaycanın әrazi bütövlüyünü dәstәklәdiyini bildirdi. Bu açıqlamadan sonra İlham Әliyev şuraya üzv dövlәtlәrin prezidentlәrinә tәşәkkür mәktubu ünvanladı, hәmçinin TÜRKSOY, Türk Akademiyası, TürkPA vә Türk Mәdәniyyәti vә İrsi Vәqfi kimi Türk Dünyasının beynәlxalq tәşkilatları da Azәrbaycanı dәstәklәdilәr. Әfqanıstan, Pakistan, Macarıstan, Bosniya vә Herseqovina ilә Ukrayna Azәrbaycanı dәstәklәdiklәrini açıqladılar.

Türkiyә başdan bәri Azәrbaycanın yanındadır. İki ölkә arasında müdafiә sahәsindә әldә olunan müqavilәlәr çәrçivәsindә Türkiyә Azәrbaycan zabitlәrinә tәlim keçdi. Türkiyәnin istehsal etdiyi müdafiә sәnayesi mәhsullarını Azәrbaycan uzun müddәtdir alır. Әziz dinlәyicilәr oktyabrın 9-da Rusiyanın tәşәbbüsü ilә Azәrbaycan vә Ermәnistan xarici işlәr nazirlәri Moskvada bir araya gәlәrәk humanitar mәqsәdlәrlә atәşkәs rejimi elan etdilәr. Ermәnistan atәşkәs rejimini pozmağa ilk gündәn etibarәn  davam edir. 

 



Әlaqәli Xәbәrlәr