Sərt güc və Türkiyə

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1505508
Sərt güc və Türkiyə

Son vaxtlar tez-tez təkrarlanan Ermənistan-Azərbaycan münaqişəsi bu dəfə genişmiqyas alaraq iki ölkə arasında müharibəyə çevrildi. Belə bir vaxtda Türkiyənin Azərbaycanın yanında qətiyyətli mövqe nümayiş etdirməsi və hərbi texnikası ilə müharibənin gedişatını Azərbaycan ordusunun xeyrinə dəyişməsi, Türkiyənin inkişaf edən "sərt güc" dövləti olduğunu bir daha sübut etdi.

Türkiyə son on ildə müdafiə sənayesində böyük bir irəliləyişə nail olub. Xüsusilə 2016-cı ildəki çevriliş cəhdindən sonra təhlükəsizlik bürokratiyası və Türk Ordusu yenidən formalaşıb. Ankara artıq heç kimin gözardı edə bilməyəcəyi bir hərbi gücdür.

Türkiyə öz bölgəsində Qərb tərəfindən təvazökar bir güc kimi qiymətləndirilir. AK Partiyanın 2000-ci illərin əvvəllərində iqtidara gəlməsi ilə addımbaaddım dəyişikliyin şahidi olduq. Əvvəlcə Qərb dünyasında siyasi, iqtisadi və mədəni cəhətdən zəif güc dövlətindən daha iddialı bir gücə çevrilmək istiqamətində səy göstərilirdisə, Ərəb baharının yaratdığı yeni konyunktura Türkiyənin də hərəkət istiqamətini tamamilə dəyişdirdi.

Qərb dünyasının yeni Türkiyəni həzm edə bilməməsi AK Partiya hökumətinin hədəf alınması ilə nəticələndi. Nəticədə, Türkiyə 15 iyul 2016-cı ildə çevriliş cəhdinin şahidi oldu. Bu mərhələdən sonra Türkiyə qlobal siyasi əlaqələrində qərbin təsirindən tamamilə çıxıb, özünü mərkəzləşdirməklə Rusiya və Çin kimi ölkələrlə qərb ölkələrini tarazlaşdıran bir siyasət qurmağa çalışdı. Makro kontekstdə bu addımlar atıldığı vaxtda zəif güc olmaqdansa, sərt güc elementlərinə ciddi şəkildə sərmayə yatıraraq mühüm bir hərbi gücə çevrildi.

Müdafiə sənayesinə yatırılan investisiyalar, təsirli ar-ge (araşdırma-inkişaf) tədqiqatları ilə hərbi baxımdan dünyada lider ölkələrdən birinə çevrildi. Xüsusilə PUA (pilotsuz uçuş aparatı) və SPUA (silahlı pilotsuz uçuş aparatı) sahəsində ABŞ-dan sonra ən təsirli ölkə oldu. Türkiyə 2000-ci illərin əvvəllərində hərbi texnika ehtiyaclarının 80 faizini xaricdən idxal yolu ilə ödəyirdisə, bu gün bu rəqəm 20 faizə qədər aşağı düşüb. Türkiyə həmçinin müdafiə sənayesi sahəsində böyük ixracatçı ölkələr liqasında sürətlə irəlilədi.

Türkiyə yalnız müdafiə sənayesinə sərmayə yatırmaqla kifayətlənmədi, siyasi iradə nümayiş etdirərək, xüsusilə çevriliş cəhdindən sonra təhlükəsizlik bürokratiyasını tamamilə yenidən qurdu. Təsirli və peşəkar bir ordu yaradıldı, Milli Kəşfiyyat Təşkilatı bölgədəki ən təsirli kəşfiyyat təşkilatına çevrildi. Türkiyə bir neçə ildir yeni təhlükəsizlik doktrinası qəbul edərək təsirli hərbi qüvvəsini bölgə coğrafiyasında qaynar qarşıdurma sahələrində istifadə etməkdən çəkinməyib. Suriya və İraqda terror təşkilatı PKK və DEAŞ-ı hədəf alan, geniş sərhədləri aşan hərbi və kəşfiyyat əməliyyatları aparmaqla yanaşı, Liviyada qanuni Milli Həmrəylik Hökuməti qüvvələrini dəstəkləyərək müharibənin gedişatını dəyişdirməyi bacardı. Somalidə dövlət qurmağa çalışsa da, Qətərə qarşı işğal cəhdlərini məğlub etməyi bacardı. Həmçinin son vaxtlar Şərqi Aralıq dənizi enerji geosiyasətində donanmasından səmərəli istifadə edərək əhəmiyyətli bir güc kimi ortaya çıxdı. Nəticədə, Ermənistan-Azərbaycan müharibəsində Türkiyə əvvəllər Azərbaycan ordusunu təlimatlandıraraq verdiyi dəstəyi daha da irəli gedərək, təmin etdiyi SPUA-larla müharibəni Azərbaycanın lehinə dəyişməyi bacardı.

Bütün bu hərbi gedişlər və texnoloji baxımdan Türkiyənin yüksəldiyi mərhələ digər dövlətlər tərəfindən diqqətlə izlənilir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə cəsur və sarsılmaz siyasi iradəsi nəticəsində sərhədlərini aşan böyük bir güc dövləti kimi yüksəlməkdədir.



Әlaqәli Xәbәrlәr