Qız Qüllәsinin 2500 illik  keçmişә malik olduğunu bilirsinizmi?

Qız Qüllәsi antik dövrdәn bəri İstanbul Boğazının cәnub girişində yerləşən kiçik  adadakı  bir qüllədir.

1498125
Qız Qüllәsinin 2500 illik  keçmişә malik olduğunu bilirsinizmi?

Qız Qüllәsinin 2500 illik  keçmişә malik olduğunu bilirsinizmi?

Qız Qüllәsi antik dövrdәn bəri İstanbul Boğazının cәnub girişində yerləşən kiçik  adadakı  bir qüllədir. Qüllә İstanbulun simvollarından biri hesab edilir.

Qız Qüllәsinin  yerlәşdiyi qayalardan ilk dәfә E.Ә. 410-cu ildә bәhs edilib. Bu tarixi Boğaza gәlәn gәmilәrә nәzarәt edәn afinalı bir komandan bu kiçik qaya üzәrindә qüllә inşa etdirir. Hәmin qayalıqlarda 1110-cu ildә Roma imperatorunun göstәrişi ilә müdafiә mәqsәdi ilә bir qüllә inşa edilib. Qız Qüllәsi İstanbul fәth edildiyi zaman venesiyalılar tәrәfindәn baza olaraq istifadә edilib. İstanbul fәth edildikdәn sonra Fateh Sultan Mehmedin göstәrişi ilә hәmin qayalıqların üzәrindә kiçik qüllә inşa edilir vә әtrafına toplar yerlәşdirilir.

Cümhuriyyәt elan edildikdәn sonra  Qız Qüllәsindә müxtәlif bәrpa işlәri aparılıb. 2000-ci ildә ziyarәtә açılan Qız Qüllәsi sәhәr saatlarında  kafe, axşam saatlarında isә restoran olaraq fәaliyyәt göstәrir.



Әlaqәli Xәbәrlәr