Belarusdakı son vәziyyәt

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Belarusdakı son vәziyyәti qiymәtlәndirәcәyik.

1495906
Belarusdakı son vәziyyәt

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Belarusdakı son vәziyyәti qiymәtlәndirәcәyik.

2020-ci  ilin 9 avqust tarixindә Belarusda keçirilәn prezident seçkilәrindәn etibarәn ölkәdә  etiraz aksiyaları davam edir. Aradan bir ay yarım keçmәsinә baxmayaraq tәrәflәr arasında dialoqun başlamadığı müşahidә olunur. Belarusda son bir ayda yaşanan önәmli proseslәrә nәzәr salaq.

Avqust ayının ikinci yarısında Belarusdakı böyük fabriklәrin işçilәri tәtil elan ediblәr. Eyni günlәrdә müxalifәt iqtidarla dialoq aparmaq üçün Koordinasiya Şurası yaradıb. Ölkәdәki mövcud iqtidar  bu şuraya üzv olanları milli tәhlükәsizliyә tәhdid tәşkil etdiklәri iddiası ilә saxlayıb. Şuraya üzv olanların bәzilәri isә xaricә göndәrilib.

Avqustun 28-dә Ukrayna Xarici İşlәr Nazirliyi Belarus ilә diplomatik münasibәtlәrini dayandırdığını açıqlayıb.

Avqustun 31-dә Litva, Latviya vә Estoniya Aleksandr Lukaşenko daxil olmaqla 30 Belarus rәsmisini ölkәlәrinә girişini qadağan etdiklәrini açıqlayıb.

Sentyabr ayının әvvәlindә müxalifәt lideri Svetlana Tixanovskaya Avropa Parlamenti vә BMT Tәhlükәsizlik Şurasının iclasında  onlayn qaydada çıxış edib. Tixanovskaya Lukaşenkonun legitimliyini itirdiyini irәli sürüb.

Sentyabrın 10-da BVF pandemiya dövründә Belarusa 940 milyon dollar maliyyә dәstәyi vermәklә bağlı  tәklifi rәdd edib. Sentyabruın 14-dә Lukaşenko Soçidә Vladimir Putin ilә görüş keçirib. Görüşün sonunda Rusiyanın Belarusa  1,5 milyard dollar maliyyә dәstәyi verәcәyi açıqlanıb. Polşa Baş naziri Mateusz Moraveik Avropa İttifaqına Belarusa Marşal Planı çәrçivәsindә 1 milyon avro maliyyә yardımı verilmәsini tәklif edib.

Sentyabrın 14-dә Belarusun qәrbindә ‘‘Slavyan Qardaşlığı 2020’’adlı  hәrbi tәlimlәr başlayıb. Hәrbi tәlimә rus hәrbçilәri qatılıb. Serbiya qәrbin tәziqlәri sәbәbindәn son anda tәlimә qatılmaqdan imtina etdiyini bildirib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  Belarusda insan haqlarının pozulmasını araşdırmaq üçün 17 ölkənin nümayəndələri ilə bir araşdırma komissiyası yaradıb. Avropa Parlamentinin 574 millәt vәkili Aleksandr Lukaşenkonu aksiyaçılara tәtbiq etdiyi şiddәt sәbәbindәn tanımama vә sanksiya tәtbiq etmәklә bağlı qәrar qәbul edib. Qәrbin bu qәrarı qarşısında Lukaşenko Litva vә  Polşa sәrhәdlәrini bağlayacaqlarını, Ukrayna sәrhәdindә isә nәzarәti artıracağını bildirib.

Belarusdakı  tәrәflәrin  dialoqdan çox gәrginliyin sәviyyәsini artırdığı müşahidә olunur.  Qərb Lukaşenko administrasiyasına təzyiq göstərmək istəsə də, Kreml Lukaşenkoya dəstək verməyin tərəfdarıdır. Qeyd etmək lazımdır ki, Aleksandr Lukaşenkonun sərhədləri bağlamaq cəhdini dərhal həyata keçirmәsi imkansız görünür. Sərhədlər bağlanarsa  bu yalnız Belarusa deyil, Şәrq ilә Qәrbә dә mәnfi tәsir göstәrәcәk. Lukaşenko andiçmә mәrasiminә hazırlanarkәn müxalifәt onun postundan getmәsini tәlәb edir.



Әlaqәli Xәbәrlәr