Su ilә gәlәn mәdәniyyәt (4)

Bəşəriyyat  tarixinin mərhələlərini araşdıranlar suyun bu proses әrzindә әhәmiyyәtli rol oynadığını  anlayar.

1495433
Su ilә gәlәn mәdәniyyәt (4)

Bəşəriyyat  tarixinin mərhələlərini araşdıranlar suyun bu proses әrzindә әhәmiyyәtli rol oynadığını  anlayar. Çünki su yalnız həyatımızın asılı  olduğu bir mәnbә deyil, bütün sivilizasiyaların tarixini formalaşdıran amildir.

Anadolunun  da içindә olduğu Mesopotamiyadakı sivilizasiyalar haqqında  danışmağa davam edәk. Mesopotamiyadakı sivilizasiyalar üçün torpaq ilahә, su isә tanrı olaraq qәbul edilirdi. Torpaq doğan, su isә can verirdi...Bu sәbәbdәn su ilә torpağı  yaşadıqları dövrdә tanrı olaraq  qәbul etdilәr. Suyun vә torpağın qәzәbindәn qorunmaq, bol mәhsul әldә edә bilmәk üçün qurban kәsirdi insanlar. Yaşamaları torpaq vә suya bağlı idi, ilkin mәqsәdlәri qidalanmaq vә sığınacaqdı...Sivilizasiyanın  bu iki tәbii mәnbә ilә formalaşacağını illәr sonra belә әhәmiyyәtini itirmәyәcәyini, hәtta artaraq davam edәcәyini heç oyrәnәmәyәcәklәrdi.

Әvvәlki sivilizasiyanın izlәrini tәqib edib üzәrinә yenilәrini әlavә edәrәk inkişaf etdilәr  illәr әrzindә. İstilalarla yerlә yeksan edilmәyә çalışılan  heç bir  sivilizasiya tamamilә yox olmaz, hәtta sonraki  sivilizasiya vә mәdәniyyәtlәrә tәsir göstәrmәyә davam edәr. Hәmin  mәhsuldar torpaqlarda, Mesopotamiyada  bir-birinin ardınca dövlәtlәr quruldu. Sivilizasiyalara böyük töhfәlәr verәn Mesopotaniyanın әn әhәmiyyәtli sivilizasiyası olan Şumer dövlәtindәn sonra  Akkad dövlәti dә  tarixin sәhnәsindә öz yerini tutdu. Assuriya vә Babil xalqlarının atası hesab edilәn  döyüşçü bir dövlәtmiş Akkad dövlәti. Onlar şumerlilәr dövründә işçi olaraq işlәyirdi. Daha sonra üsyan edәrәk öz dövlәtlәrini qurdular. Akkadlılar güclü mәrkәzi idarәetmә sisteminә malik dövlәt  qurublar. Bu sәbәbdәn akkadlılar tarixdәki ilk mәrkәzi krallığı quran dövlәt olaraq tarixә keçib. Akkadlılar tarixin  әn güclü ordusuna da sahib olub. Bu idarәetmә sistemi sayәsindә sәrhәdlәrini asanlıqla genişlәdiblәr vә tarixin әn böyük imperiyasına sahib olublar.

Akkadlılar  axar suların ticarәtdәki әhәmiyyәtininin dә fәrqindә olub. Fәrat çayının Fars körfәzindә ticarәti tәmin edәn әn önәmli marşrut olduğunu anlayıblar. Akkadlılar ticarәtlә zәngin olmaq әvәzinә çay boyunca qurulan yaşayış mәntәqәlәrinә hücum edәrәk öz ölkәlәrinin sәrhәdlәrini genişlәdiblәr. Belәliklә qısa müddәt әrzindә hәm sәrhәdlәrini genişlәndiriblәr, hәm dә zәngin olurlar.

Anadolunun mәdәnlәr baxımından zәngin olduğunu öyrәnәn akkadlılar  bu bölgәyә hücum  edib. Kitabәlәrdәn әldә etdiyimiz mәlumatlara görә, Akkadlılar  Amanos dağlarını vә Tavr dağları nәzarәtinә keçiriblәr. Anadoluda böyük bir mәrkәzi dövlәt qurmaq әvәzinә bir biri ilә döyüşәn şәhәr dövlәtlәrinin qurulması işlәrini asanlaşdırıb. Akkadlılar bu sayәdә bölgәyә hakim güclü dövlәt  qurublar.

Abakın (hesab taxtası) Babil sivilizasiyası tәrәfindәn icad  edildiyini bilirsinizmi? Abak saymağı bilmәyәn sivilizasiyalar  üçün böyük әhәmiyyәt kәsb edirdi.  Bәs  babillilәr  kimdir? Akkadlılardan sonra bölgәdә aktiv rol oynayan qәdim bir sivilizasiyadır. ‘‘Bab’’ vә ‘‘ilu’’ sözlәrindәn ibarәt olan  Babil sözü ‘‘tanrının qapısı’’ mәnasına gәlir.Onların bәşәriyyәtә verdiklәri töhfәlәr haqqında danışmaq  vaxt tәlәb edә bilәr, çünki babillilәrә  çox borcluyuq.  Babillilәr Pi әdәdini ‘‘3,12’’ olaraq hesablayıblar. Babillilәr suvarma sistemini inkişaf etdirәrәk suyun yüksәkdәn axmasını tәmin edәn sistem yaradıblar. Şumerlәrdәn tәhvil aldıqları mәlumatları inkişaf etdirәrәk ulduzların vә planetlәrin nә vaxt göründüyü ilә bağlı xәritәlәr hazırlayan babillilәrin astrologiyanın tәmәlini qoyduğu bildirilir.Tarixin ilk yazılı qanunları şumerlilәrә  aiddir. Şumer İmperiyasından sonra qurulan Babil İmperiyası isә 282 maddәdәn ibarәt  tarixin ilk konstitusiyasını hazırlayıb. Babil İmmperiyasının Kralı Hammurabi ‘‘Qisasa qisas’’  olaraq bilinәn bu sәrt qanunlarla ölkәsinin birliyini vә nizamı tәmin edib. Tәxminәn 2 metr hündürlüyündәki bir daşa yazılan bu qanunlarda mülkiyyәt anlayışı ön plana çıxarılıb. Suyun çox qiymәtli olduğu bu torpaqlarda suyla bağlı maddәlәr dә var.

Semiramidanın (Babilin)  asma  bağları vә Babil Qüllәsi dә çox mәşhurdur. Babilin asma bağları Antik dövrün yeddi möcüzәsindәn biri  olaraq hesab edilir. Hәyata keçirilәn arxeoloji qazıntılar zamanı әhәmiyyәtli tapıntılar әldә olunsa da,  dәqiq yeri bu gün dә mәlum deyil. Arxeoloji qazıntılar zamanı bağların tәbәqә-tәbәqә olduğu vә bağları suvarmaq üçün xüsusi kanalların inşa edildiyi  tәxmin edilir. Bağların yüksәk dirәklәr üzәrindә yerlәşdiyi vә bağda  böyük bitkilәrin vә ağacların yetişmәsinә imkan verәn böyük cuxurların olduğu bildirilir. Babillilәr hәmin bağda  qüllә dә  inşa ediblәr. Bu möhtәşәm güllә Fars istilası zamanı dağılıb. Mәlumata әsasәn, şәhәr özünün tәnәzzül dövrünü yaşasa da, әzamәti ilә İsgәndәri dә  heyrәtlәndirib. Bu sәbәblә İsgәndәr güllәnin yenidәn inşa edilmәsi ilә bağlı göstәriş verib. Babil qüllәsi ilә bağlı әn mәşhur hekayә belәdir: İnsanlar tanrıya çatmaq üçün  uzun qüllә inşa etmәyә qәrar verirlәr. Bu qәrar tanrını qәzәblәndirir. Tanrı  qüllәni inşa edәn hәr bir fәhlәyә ayrı bir dil verәrәk cәzalandırır onları. Belәliklә insanlar arasındakı әlaqәni dayandıraraq qüllәnin inşa edilmәsinә son verrir.  Qüllәni inşa edәnlәr öz dillәrindә danışan insanlar tapmaq üçün dünyanın müxtәlif ölkәlәrinә gedirlәr. Bu yalnız  bir hekayә  olsa da, Babil Qülləsi bir tərəfdən insanların özünü göstərmək marağını, digər tərəfdən dә istedadını və qətiyyətini göstərməsi ilə simvolik bir məna daşıyır.

 

 



Әlaqәli Xәbәrlәr