Osmanlı İmperiyası dövründә ‘‘Paxlava alayı’’ adlı  rәsmi mәrasimin olduğunu bilirsinizmi?

Günümüzdә sevilәrәk istehlak edilәn paxlava Osmanlı Sarayında әn çox istehlak edilәn sirniyyatlarından biri idi.

1493328
Osmanlı İmperiyası dövründә ‘‘Paxlava alayı’’ adlı  rәsmi mәrasimin olduğunu bilirsinizmi?

Osmanlı İmperiyası dövründә ‘‘Paxlava alayı’’ adlı  rәsmi mәrasimin olduğunu bilirsinizmi?

Günümüzdә sevilәrәk istehlak edilәn paxlava Osmanlı Sarayında әn çox istehlak edilәn sirniyyatlarından biri idi. Paxlavayla bağlı qәlәmә alınan  әn qәdim qeyd  Fateh dövrünә aiddir. Hәmin qeydlәr  Topqapı Sarayının mәtbәxinin dәftәrindә yer alır. XVII әsrin ortalarında Bitlis Bәyinin qonağı olan Evliya Çәlәbi dә paxlava yediyini yazıb. Mәlumata görә, paxlava Osmanlı İmperiyası dövründә daha çox sarayda, malikanәlәrdә, ziyafәtlәrdә vә tәdbirlәrdә istehlak olunub. Әn bacarıqlı  paxlava ustәlәri sarayda işlәyirmiş. Paxlava rәsmi mәrasimlәr zamanı da çox istehlak olunan şirniyyatdır. XVIII әsrin әvvәlindә paxlava alayı әnәnәsi çәrçivәsindә Ramazan ayının ortasında saraydan ‘‘Yeniçeri Ocağı’’na paxlava göndәrilirdi. İstanbul xalqı paxlava alayını izlәmәk üçün küçәlәrә axışırdı. Paxlavanı Osmanlı səltənətinin simvoluna çevirәn  bu ənənə ‘‘Yeniçeri Ocağı’’ ləğv edilənə qədər davam etdi.



Әlaqәli Xәbәrlәr