Su ilə gələn mədəniyyət (2)

Tarix, mədəniyyət və sivilizasiya kontekstində Anadoluda suyun keçmişdən bugünümüzə qədər olan yolculuğu...

1493353
Su ilə gələn mədəniyyət (2)

Şəhərdəmi yaşayırsınız, bir qəsəbə və yaxud da kənddəmi? Məhz bunu heç düşündünüzmü; yaşadığım yer mütləq su kənarında olmalıdır? Çox xüsusi bir maraq və ya seçiminiz yoxdursa, ehtimal ki, bu suala "yox" dediniz, çünki bu gün müasir dünyada iş, məktəb və ya ailə kimi faktorlar harada yaşayacağımızı müəyyənləşdirir. Lakin dünya səhnəsində göründüyü andan etibarən insanlar üçün ən təməl yaşayış yerlərindən biri suya yaxın yerlər olub. Ovlayıb-yığan kimi tanıdığımız ilk insanlar bəzən bataqlıqlardakı qamışlıqda sığınacaq yerlər qurub, bəzən də suyun üstündəki payalarda yaşayıblar. İçməli su təmin etmək, çoxlu sayda bitki və heyvan növünə sahib olduqları üçün qidalanma ehtiyacını təmin etmək və hücumlara qarşı müdafiə etmək asan olduğu üçün buralarda yerləşiblər. 
Zaman biraz irəlilədikdə insanlar kənd təssərüfatı həyatına üz tutublar. Əkib-biçmə və oturaq həyatın başladığı bu dövrdə də yenə çay sahilləri, göl və dəniz sahillərinə üstünlük verilib. Bu dövr insanın tarixin axışını sürətləndirəcək qabiliyyətlər qazandığı bir dövrdür. Bəzi mənbələr bəlkə də çoxumuzun heç düşünmədiyi bir obyektin su ilə münasibətimizi dəyişdirdiyini düşünürlər. Bu obyektin nə olduğunu təxmin edə bilərsinizmi? ... Bu gün asanlıqla əlçatan olan su o dövrdə bir yerdən digərinə necə daşındı? ... Bunun üçün əvvəlcə bostan və dərilər istifadə olunurdu, ancaq su yalnız məhdud miqdarda daşınırdı. Sonra insan budaqlardan, ağac liflərindən və qamışdan səbət toxumağı öyrəndi ... Səbəti torpaq və gil ilə suvadı, ancaq boşluqlardan su sızdı ... Fərqli bir şey tapmaq məcburiyyətində qaldı, tapdı ... İnsan küp düzəltdi. Budur əvvəlki sualımızın cavabı ... İndi küp sayəsində insanlar istədikləri yerə su daşıya və uzaq məsafələrə getməkdə daha cəsarətli ola bildilər. Çaylara nəzarət də eyni dövrə təsadüf etdi. Və bir insanın yetişdirəcəyi məhsullar üçün yağışın yağmasına ehtiyacı qalmadı və istədiyi vaxt istədiyi şeyi becərmə imkanı əldə etdi. Beləliklə insan təbiətdən asılı yaşamaq əvəzinə tədricən təbiətə hakim olmağa başladı və artıq təbii limanlarla, çayların yaxınlığında yerləşdi. Yavaş-yavaş amma təhlükəsiz şəkildə mədəniyyətə addım atılırdı. Beləliklə çaylar daşqınlarla insanları öldürən, qorxulu və naməlum obyektlər olmaqdan çıxdı. İnsanın o zamana qədər sadəcə qarnını doyurduğu yaxud da gücündən qorxaraq nəzirlər dediyi çayla qurduğu əlaqə xüsusiyyət dəyişdirdi. İnsan artıq ondan qorxmurdu, onunla maraqlanırdı. Qısa bir müddətdən sonra adi qayıqlar düzəltməyi bacardı, artıq nəzarət edə bildiyi çaylarda, küplərinə doldurduğu suyu yanında götürərək, ticarətin başlanğıcı sayılan mübadiləyə əsaslanan səyahətlər etməyə başlayacaq idi. Əlbətdə ki, bir müddət sonra bu məhdud səyahətlər insanlar üçün kifayət etməməyə başladı. Çayların bitdiyi möhtəşəm böyüklükdə, uzaqlara uzanan o duzlu sularla maraqlandı insan. Artıq naməlum olanla maraqlanmaq üçün açıq dənizlərdə hərəkət edə biləcəyi vasitələrə ehtiyacı vardı  İnsanlar yelkənli gəmilər, kiçik gəmilər, gəmilər tikməyə başladılar. Artıq qarşısında kəşf ediləcək görkəmli bir dünya vardı!...
Su ilə olan bu ünsiyyət tanış olduğumuz ilk mədəniyyətlərdən başlayaraq insanların su ehtiyatları ətrafında yerləşmələrinə və su ilə canlanan bir mədəniyyət yaratmalarına imkan verdi. Çaylar və dənizlər sayəsində insanlıq mühüm kəşflər etdi və mühüm hadisələrə imza atdı.

Bəşəriyyət tarixinə şahidlik edən qədim yaşayış yerlərinin demək olar hamısı su kənarlarında qurulub. Mədəniyyət suyun ətrafında yaranıb, insan suyla həyat tapıb, su insanla dəyişik bir mərhələyə çıxıb. Başqa sözlə, insan suyu təbiətdəki bir obyektdən çıxarıb, öz məqsədləri və ehtiyacları üçün istifadə etdiyi bir obyektə çevirib. Sulara bəndlər, arxlar, kanallar və hətta bəndlərlə nəzarət etməyi bacarıb. Bu inkişaflardan sonra, min illərdir öz axarında gedən bu suların kənarlarında bir çox kənd və ya şəhərlər salınıb.
Görəsən bunlar hansı kəndlər, şəhərlər olub? Hansı mədəniyyətlər? Aralarında hazırda da mövcud olanlar da var, dağılıb məhv olanlarla yanaşı və məhv olmasına baxmayaraq insanlığa verdiyi töhfələrlə təsirlərini davam etdirənlər də var. 

Üzərində yaşadığımız coğrafiyanın vacib bir hissəsi olduğu üçün əvvəl Mesopotamiya mədəniyyətindən danışmaq istəyirik. Mesopotamiyaya iki çay həyat verir: Fərat və Dəclə. Elamlar, Assuriyalılar, Babillər, Şumerlər və Akkadlar bu iki çayın kənarında fərqli dövrlərdə yaşayıblar ... Misirin can damarı olan Nil çayı belə bu qədər mədəniyyətləri bir araya gətirə bilməyib...

Mesopotamiyada yaşamış bu ilk mədəniyyətlərdən biri dünyanın ən qədim mədəniyyəti Şumerlərdir.
Şumerlərin bəşəriyyətə verdiyi töhfə çox böyükdür: çünki yazıdan ilk dəfə istifadə edən mədədiyyət şumerlərdir. Yazı bəşər tarixində cığır açan və ilk ünsiyyət vasitəsi kimi qəbul edilən bir kəşfdir... Şumerlər bataqlıqları qurudub, suvarma kanalları açıblar, daşqınların qarşısını alıblar. Beləliklə, əkinçilikdəki suvarma ilə əldə edilən qələbə nəticəsində istehsal artırıb və ticarətin inkişafına imkan yaranıb. Bununla da kiçik Şumer kəndləri böyük şəhərlərə çevrilib. Dünya tarixində Mesopotamiya mədəniyyətlərindən biri də təməlini Şumerlərin atdığı  Babililərdir. Babillər də ilk hərtərəfli konstitusiya kimi qəbul edilən “Hammurapi qanunları” nın ortaya çıxdığı bir mədəniyyət idi ... Suyun əhəmiyyətini çox yaxşı bilən babillər bu qanunlara su ilə əlaqəli maddələr əlavə ediblər. 

Təsirini hazırda da davam etdirən digər əhəmiyyətli bir mədəniyyət  Misir mədəniyyətidir. Bu mədəniyyət səhraya həyat verən Nil çayı ətrafında qurulub. Misirlilər səmadakı ulduzların günəşə dair mövqelərini müşahidə ediblər və günümüzdə istifadə etdiyimiz Qriqorian təqviminin rəhbəri sayılan Günəş təqvimini hazırlayaraq Nilin daşqın vaxtlarını müəyyənləşdiriblər. Bu bilik onlara təbiət üzərində üstünlük qazandırıb. Daşqınlardan sonra xarab olan tarla sərhədlərini yenidən çəkə bildikləri və suyun içməli olması üçün zəydən istifadə etdikləri məlumdur. Piramidalar, papiruslar və heroqlif bu mədəniyyətin dünyaya verdiyi hədiyyələrdən bir neçəsidir.

Aralıq dənizi isə bir çox çay, şirin su ehtiyatları və dəniz sayəsində tanınmış ilk mədəniyyətlərə ev sahibliyi edən bir bölgədir. Anadolunun qərb hissəsi də daxil olmaqla Aralıq dənizi mədəniyyətini təşkil edən mədəniyyətlər də təbii olaraq çayların suvardığı münbit sahələrdə qurulub. Dünyanın 7 möcizəsindən biri qəbul edilən Efes Artemis məbədinin tikildiyi İonya antik dövrün ən görkəmli şəhərlərindən Milet Böyük və Kiçik Menderes düzlüklərində pulu kəşf edən Lidyalılar, Gediz düzlüyündə yunanlar və fenikəlilər  Aralıq dənizi sahillərində qurulmuş mədəniyyətlərdir.
Dünyadakı başqa bir böyük mədəniyyət Çin mədəniyyətidir. Bu qədim mədəniyyət də iki böyük çayın Gökırmak və Sarıırmak kimi iki böyük çayın kənarında qurulub və inkişaf edib. Qədim mədəniyyətlərdən biri olan Hindistan mədəniyyəti münbit əkinçilik ərazilərinə və təmiz su ilə təmin edə bildiklərinə görə Hind və Qanq çaylarının sahillərində qurulub.
Bu proqramda dünyada insanların harada yaşayacaqlarına istiqamət qazandıran faktlar arasında ən vacib amil olan su ilə qurduğu əlaqəni qısaca izah etməyə çalışdıq...



Әlaqәli Xәbәrlәr