Suriya sahəsində vəkillik müharibəsi

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun Suriyada" vəkillik müharibəsi” başlıqlı yazısı.

1492594
Suriya sahəsində vəkillik müharibəsi

 

Hörmetli dinleyiciler, Heftenin analizi bölümünün bu gükü hissesinde Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun Suriyada" vəkillik müharibəsi” başlıqlı yazısını teqdim edirik.

2011-ci ildə başlayan Suriya inqilabı tədricən yalnız vətəndaş mübarizəndən savayı regional və qlobal güc mübarizəsinin mərkəzlərindən birinə çevrildi. Ölkə ərazisindəki mübarizə bir çox güvvənin kənardan müdaxiləsi ilə vəkil müharibəsinə çevrildiyi üçün digər qüvvələri və sahədəki əlaqələri də dəyişdi. İnqilabın başlanğıcından bəri, Suriya siyasətində ən sabit ölkələr isə Türkiyə, Rusiya və İran olaraq ön plana çıxdılar. Türkiyə Suriya müxalifətini dəstəkləyir, Rusiya və İran isə Əsəd rejiminin yanında olmağa davam edir. ABŞ isə Suriya siyasətində Suriya inqilabının ilk illərində ABŞ başda olmaqla qərb ölkələri rejimə qarşı Suriya müxalifətinə dəstək verdilər, ancaq DEAŞ-ın özünə sahə qazanması və Rusiyanın müdaxiləsilə müxalifəti dəstəkləməkdən vaz keçdilər. ABŞ terror təşkilatı PKK-nın Suriyadakı təşkilatlanması olan YPG və siyasi qolu olan PYD ilə hərbi əlaqə saxlayaraq, xüsusilə ölkənin şimal-şərqində bir nüfuz sahəsi yaratdı. Digər qərbli ölkələr isə hələ də Suriya müxalifətini qanuni hesab etsələr də, artıq konkret dəstək vermirlər. ABŞ isə Suriya siyasəti ilə mövzusunda dolanbaçlı yollara üz tutdu. Obama dövründə qırmızı xətlər elan edərkən, sonra zamanlarda Obamanın əslində xüsusilə Rusiyanın 2015-ci ilin sentyabrında Suriyaya hərbi müdaxiləsi üçün yer açdığı ortaya çıxdı. Tramp dövründə isə ABŞ əsgərlərini geri çıxarmaq istəyi olsa da sahədə CENTCOM və ABŞ-dakı müxtəlif məqamlar Trampı tamamilə geri çəkilməkdən çəkindirə bilməyi bacardılar. Burada neft kartı Trampa qarşı əhəmiyyətli bir kozır kartına çevrildi. Hazırda ABŞ əsgərləri Fəratın şərqində Rimelan bölgəsindən  Deyr əz Zora qədərki neft zəngini bölgələrə nəzarətini davam etdirirlər. Ayrıca SDG çətiri altında PYD/YPG-ni də dəstəkləməyə davam edir. Rusiya isə Dəməşq rəhbərliyi ilə müxtəlif problemlərə baxmayaraq dəstək verməyə davam edir. 
Rusiya isə rəsmi Dəməşqlə müxtəlif problemlər yaşamaqla yanaşı dəstəkləməkdə davam edir. Ölkəyə nəzarətin tamamilə Əsəd rejiminə keçməsinin vacibliyini ara yerə gətirsə də bunun həqiqi siyasət baxımından qeyri-mümkün olduğunu gördüyü üçün Türkiyə ilə Astana prosesi çərçivəsində siyasi/hərbi siyasətini davam etdirir. İdlib üzərində hərbi təzyiq yaradaq Türkiyəni öz əleyhinə müxtəlif addımlar atmağa məcbur edir. ə ilə Astana prosesi çərçivəsində siyasi/hərbi siyasətini davam etdirir. İdlib üzərində hərbi təzyiq yaradaq Türkiyəni öz əleyhinə müxtəlif addımlar atmağa məcbur edir. Digər tərəfdən, xüsusilə Tel Rıfat və Münbiç bölgəsi başda olmaqla YPG ilə müxtelif seviyyvlerde əlaqələrini davam etdirir. Ayrıca ABŞ ile de Fəratın şərqində, xüsusilə Malikiye-Fişhabur xəttində ciddi bir güc mübarizəsinə üz tutub. Burada tez-tez patrul xidməti yaradaq ABŞ əsgərləri ilə birbaşa qarşı-qarşıya gəlir. Addım-addım ABŞ-ı bu bölgədən çıxaracaq taktiki bir tendensiyaya üz tutulub. Rusiya üçün Suriya sahəsində əhəmiyyətli olan digər vacib məsələ İranla yaşadığı rəqabətdir. Müxalifətə və qalan DEAŞ mövcudluğuna qarşı İranla İttifaq qurmağa davam etsə də digər tərəfdən də İranın nəzarət və nüfuz sahəsini zəiflətməyə cəhd edir. Reijm üzərindəki təsirini İran əleyhinə gücləndirməyə səy göstərir.



Әlaqәli Xәbәrlәr