Türkiyәnin yürütdüyü tarazlıq siyasәti

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun mәsәlә ilә bağlı qәlәmә aldığı analitik yazısını  tәqdim edirik.

1484273
Türkiyәnin yürütdüyü tarazlıq siyasәti

 

Dünyanın liberal sistemi pozularkәn yerinә başqa bir sistemin inteqrasiya oluna bilmәdiyi bir dövrdәyik. Bu çox sayda geosiyasi qırılma xәttinә tәsir göstәrir. Münaqişәlәrin vә xaosun hökm sürdüyü bir dövrdәyik. Belә bir dövrdә xüsusilә Türkiyәnin әtrafındakı İraq , Suriya, Liviya vә Şәrqi-Aralıq dәnizi kimi bir çox bölgәdә qaraşıdurmalar yaşanır. Bu birbaşa Türkiyәnin milli maraqlarına tәsir göstәrir. Türkiyә isә belә bir dövrdә yalnız Qәrbdәki aktyorlarda deyil Rusiya vә Çin kimi inkişaf edәn güclәrlә yeni tәrәfdaşlıqlar quraraq milli maraqlarını maksimum sәviyyәyә çatdırmağa çalışır.

Son illәrdә Türkiyәnin xarici siyasәtini formalaşdıran bir neçә әhәmiyyәtli hadisә yaşanıb. Bu hadisәlәrin  әn başında 15 iyul çevriliş cәhdi, Suriya mәsәlәsi vә Şәrqi Aralıq dәnizindәki proseslәrin olduğunu deyә bilәrik. Türkiyә  2016-cı ildә  çevriliş cәhdi ilә sarsıldı. Qәrb ölkәlәrinin  FETÖ terror qruplaşmasını sahiblәnmәlәri Türkiyәni narahat etdi. Türkiyә bu vәziyyәtin müttәfiqlik münasibәtlәri ilә üst-üstә düşmәdiyini vurğuladı.. Müvafiq ölkәlәrә xüsusilә dә ABŞ vә Almaniyaya olan etibarını itirdi. Türkiyә ABŞ-ın terror tәşkilatı PKK-nın Suriyadakı qoluna bir terror dövlәti qurdurmaq  üçün sәylәr göstәrdiyini müşahidә etdi vә hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bu vәziyyәtә birbaşa  müdaxilә etdi. Bu proses әrzindә Türkiyә tarazlıq siyasәti yaratmaq üçün Rusiya vә Çin ilә münasibәtlәrini inkişaf etdirdi.

Әlbәtdә Türkiyә Rusiya ilә hәr mәsәlәdә hәmfikir deyil. Rusiyanın Bәşәr Әsәd rejiminә olan dәstәyi, Liviyada general Xәlifә Hafter ilә hәrbi tәrәfdaşlığı vә  Krım mәsәlәsi kimi önәmli mövzularda tәrәflәrin  fәrqli mövqelәrә malik olduğu müşahidә olunur.

Liberal dünya sisteminin pozulduğu vә yeni sistemin inşa edilmәdiyi dövrdә Türkiyә tarazlıq siyasәti yürütmәyә çalışır. Türkiyә bu çәrçivәdә hәlә strateji sәviyyәdә olmasa da  Rusiya vә Çin ilә münasibәtlәrini inkişaf etdirmәyә davam edir.

 

 

 

 

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr