Türkiyәnin Türk Cümhuriyyәtlәri ilә enerji sahәsindәki әmәkdaşlığı

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә Türkiyәnin Avrasiya bölgәsindәki Türk Cümhuriyyәtlәri ilә enerji sahәsindәki әmәkdaşlığını qiymәtlәndirәcәyik.

1480158
Türkiyәnin Türk Cümhuriyyәtlәri ilә enerji sahәsindәki әmәkdaşlığı

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә Türkiyәnin Avrasiya bölgәsindәki Türk Cümhuriyyәtlәri ilә enerji sahәsindәki әmәkdaşlığını qiymәtlәndirәcәyik.

Әziz dinlәyicilәr 2020-ci ilin 21 avqust tarixindә prezident Rәcәb Tayyib Әrdoğan Qara dәnizdә tәbii qaz yatağı kәşf etdiklәrini açıqlayıb. İlkin mәlumatlara әsasәn, kәşf edilәn tәbii qaz ehtiyatı 320 milyard kubmetr hәcmindәdir. Bu kәşf Türkiyә Cümhuriyyәti üçün böyük әhәmiyyәt kәsb edir. Enerji mәsәlәsindә xaricdәn asılı olan Türkiyә son illәrdә bu sahәyә yatırdığı investisiyalarla artıq tәbii qaz  vә neft istehsal edә bilәn ölkәlәr sırasına daxil olacaq.

Türkiyә strateji mövqeyindәn istifadә edәrәk ölkәsini  Şәrq ilә Qәrb arasındakı tranzit  enerji  marşrutuna çevirmәyә nail oldu. Avrasiya ölkәlәrindәn olan Rusiya, Azәrbaycan vә İran ilә bu sahәdә ciddi әmәkdaşlıq imkanları yaradan Türkiyә yeni dövrdә digәr qardaş ölkәlәrlә dә enerji sahәsindә әmәkdaşlığını inkişaf etdirmәlidir. Müstәqillik illәrindә Türkiyә Avrasiya bölgәsindәki Türk Cümhuriyyәtlәri ilә enerji sahәsindә әmәkdaşlığı nәzәrdә tutan müxtәlif müqavilәlәr imzaladı. Başqa bir sözlә Türk Cümhuriyyәtlәri arasında enerji sahәsindә әmәkdaşlıq üçün lazımi hüquqi infrastruktur hazırdır. Türk Cümhuriyyәtlәri enerji sahәsindә ikitәrәfli vә regional sәviyyәdә bir-birlәri ilә әmәkdaşlıq edir. Mәsәlәn, Mәrkәzi Asiya Regional İqtisadi Әmәkdaşlığına üzv dövlәtlәrim enerji nazirlәri ilk toplantını 2019-cu ildә Özbәkistanda hәyata keçirdilәr. Türkiyә Türk Cümhuriyyәtlәrinin dә üzv olduğu Şanxay Әmәkdaşlıq Tәşkilatının Enerji Klubunun dönәm sәdri vәzifәsini dә icra etdi. Ancaq Türk Dünyasında enerji sahәsindәki әmәkdaşlığın istәnilәn sәviyyәyә çatdırılması üçün Türk Şurası çәtiri altında konkret addımlar atılmalıdır. Məsələn, bu addımlara bütün Türk Cümhuriyyәtlәrindә  mövcud olan  elektrik şəbəkələrini birləşdirmək vә  elektrik enerjisindən birgə istifadə kimi  fəaliyyətlərlə başlamaq lazımdır.

Әziz dinlәyicilәr Türkiyә Cümhuriyyәti enerjiyә olan tәlәbatını ödәmәk vә enerji  mәnbәlәrini şaxәlәndirmәk üçün müxtәlif enerji sahәlәrinә investisiya yatırır. Türk Cümhuriyyәtlәri Türkiyә ilә neft vә tәbii qazın Qәrbә nәqli üçün uzun illәrdir müzakirәlәr aparır.Bu çәrçivәdә Trans Xәzәr boru xәttinin inşası böyük әhәmiyyәt kәsb edir. Türküstanda yerlәşәn Türk Cümhuriyyәtlәri nüvә enerji stansiyalarında istifadә edilәn uran istehsalında dünyada ilk sıradadırlar.

Türkiyә Avrasiya bölgәsindәki Türk Cümhuriyyәtlәri ilә birlikdә Çin, Cәnubi Asiya ölkәlәrinәdәk olan enerji xәtlәrinә ortaq investor olaraq qatılmalıdır. Enerji sahәsindә әmәkdaşlığın inkişaf etdirilmәsi Türk Şurasının mövqeyini dә güclәndirәcәk.



Әlaqәli Xәbәrlәr