Hatay beynəlxalq qastronomiya şəhəridir

Hatayın UNESCO Yaradıcı Şəhərlər Şəbəkəsində "Qastronomiya şəhəri" adını qazandığını bilirsinizmi?

1469619
Hatay beynəlxalq qastronomiya şəhəridir
Hatay yemekleri_02.jpg

 

  Türkiyənin 8000 illik tarixə malik Hatay bölgəsində kültür və dini müxtəliflik mövcuddur ki, bu da xas bir yemək mədəniyyətinin ortaya çıxmasına səbəb olub.

  Tarixi Ədviyyat Yolu və İpək Yolu üzərində yerləşən Hatay Mesopotamiya və Orta Şərqə açılan bir qapıdır eyni zamanda. Bölgənin zəngin mətbəx mədəniyyəti, əsrlərdir istifadə etdiyi ləvazimatı və yerli reseptləri nəsildən nəsilə keçərək bu günə qədər gəlib-çatıb.

  Hatay Aralıq dənizi iqliminin yaşandığı və bu yerlərin özünəməxsus bitki örtüyünə malik bir yerdir. Bu səbəbdən Hatay mətbəxi təzə-tər tərəvəz, zeytun yağı və paxla bitkilərinin istifadə edildiyi tipik bir Aralıq dənizi mətbəxidir.

  Hatay mətbəxini digər mətbəxlərdən ayıran ən mühüm xüsusiyyətlərdən biri yeməklərdə müxtəlif ədviyyatlardan çox istifadə edilməsidir. Ənənəvi üsullarla hazırlanan Hatay yeməklərini bir dəfə dadan adamlar bu yerlərin tarixi və təbii zənginliklərilə yanaşı mətbəx mədəniyyətini də unuda bilmirlər.

  2017-ci ilin iyun ayında UNESCO Yaradıcı Şəhərlər Şəbəkəsinin qastronomiya bölümünə müraciət edən Hatay həmin ilin noyabrından UNESCO-nun “Qastronomiya şəhəri” ünvanına sahibdir. Bir sözlə, Hatay zəngin mətbəx mədəniyyətiylə beynəlxalq arenada qeydiyyatdan keçmiş bir bölgədir.

 



Әlaqәli Xәbәrlәr