Türkiyənin ilk xüsusi etnoqrafya muzeyi

Kazdağlarında Türkiyənin ilk xüsusi etnoqrafya muzeyinin olduğunu bilirsinizmi?

1462012
Türkiyənin ilk xüsusi etnoqrafya muzeyi

 

  Kazdağlarında Türkiyənin ilk xüsusi etnoqrafya muzeyinin olduğunu bilirsinizmi?

  Türkiyənin Balıkesir rayonunun Edremit qəsəbəsinə bağlı Tahtakuşlar kəndində ilk xüsusi etnoqrafya muzeyi var.

  Tahtakuşlar kəndində dünyaya gəlmiş müəllim Alibey Kudar türkmən kültürünü unutdurmamaq məqsədiylə qurduğu muzeydə Orta Asiyadan bu günə qədər gələn Taxtaçı türkmənlərin mədəniyyət mirası sərgilənir. Bunların arasında türkmən paltarları, istifadə etdikləri çadır, xeybə, kilim, pul kisəsi və digər qədim ev-məişət əşyaları var.

  Diqqət çəkən maraqlı əşyalardan biri içi doldurulmuş ən böyük dəri kürəkli dəniz tısbağasıdır. Əslində Cənubi Amerika sahillərində yaşayan bu çanaqlı tısbağa yolunu azaraq Egey sahillərinə gəlib və 1997-ci ildə balıqçıların toruna ilişərək ölüb. 360 kilo ağırlığında və 197 santimetr uzunluğunda olan bu tısbağanın görüntüsü pozulmasın deyə hər il xüsusi maddə ilə yenilənir. Bir gəmi pərvanəsinə dəyərək yaralanan 105 yaşlı başqa dəniz tısbağası da bu böyük çanaqlı tısbağanın yanında sərgilənir.

  Tahtakuşlar kəndindəki bu ilk xüsusi etnoqrafya muzeyinin içindəki otaqlardan birində incəsənət qalereyası kimi xüsusi türkmən ədəbi-bədii əsərləri də sərgilənir.

 



Әlaqәli Xәbәrlәr