Türkiyənin palçıq vannaları

Palçıq vannasının bir çox xəstəlikdə tamamlayıcı müalicə olduğunu və Türkiyənin palçıq vannası baxımından çox üstün coğrafi bölgədə yerləşdiyini bilirsinizmi?

1461993
Türkiyənin palçıq vannaları

 

  Palçıq vannasının bir çox xəstəlikdə tamamlayıcı müalicə olduğunu və Türkiyənin palçıq vannası baxımından çox üstün coğrafi bölgədə yerləşdiyini bilirsinizmi?

  Türkiyənin müxtəlif bölgələrində zənginliklərilə tanınan SPA mərkəzlərinə (kaplıca) mineral bulaqlar, mənbə suları, dağlardan torpaq tərkibində minerallar və çaylardan xüsusi qarışıqlar axıb gəlir. Bu xüsusi palçıqlar və təbii suların harmoniyası ilə qarışan palçıq vannaları bir çox xəstəliyə çarə olur.

  Hüceyrə yenilənməsi, hormonların tarazlanması, qan dövranının normallaşması, immunitetin gücləndirilməsi kimi faydaları olan palçıq vannaları həm də yorğunluq, stress, həddindən artıq yüklənmə və revmatizmdən yaranan əzələ və sümük problemlərini aradan qaldırmağa yardım edir.  

  Türkiyənin ən məşhur palçıq vannaları Muğla, Afyonkarahisar, Çanaqqala və Manisa rayonlarındadır.

  Əks təsiri olmayan palçıq vannalarından Türkiyədə həm yerli sakinlər, həm də xarici qonaqlar faydalanır.



Әlaqәli Xәbәrlәr