İdlibdə təxribat

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun mәsәlә ilә bağlı analitik yazısı.

1460462
İdlibdə təxribat

Suriya bölgəsində genişmiqyaslı qarşıdurmalar olmadığı vaxtlarda belə hər an əhəmiyyətli hadisələr baş verməkdə, bir çox xarici və daxili güclər öz maraqlarına uyğun hərbi və siyasi addımlar ataraq  əllərini gücləndirməyə cəhd göstərirlər. Səkkiz ili arxada buraxan Suriyadakı vətəndaş müharibəsi dinamik bir şəkildə davam edir. Bəzi güclər oyunları öz xeyrinə qurmağa çalışsalar da, digərləri bunun qarşısını alacaq addımlar ataraq ölkədəki xaosa sərmayə qoymağa davam edirlər. Bu yaxınlarda İdlibdə Türkiyə-Rusiya birgə patrulunun hədəf alınmasına həmin çərçivədə nəzər salmaq mümkündür.

Müxalifətin son qalası olan və təxminən 3,5 milyon insanın yaşadığı İdlib rejimin və tərəfdarlarının hədəfi olub, yüz minlərlə insan didərgin düşüb, minlərlə insan ölüb. Bu müdaxilələr nəticədə Türkiyənin müdaxiləsi ilə dayandırıla , Türkiyə ilə Rusiya arasında bir atəşkəs əldə edilə bilib. Türkiyə və Rusiya əsgərləri strateji M4 şose yolu üzrərində  patrul xidmətinə başladılar, bu sahə addım-addım genişləndirilirdi. İdlib bölgəsindəki 20-ci birgə patrul Badama çatdıqdan sonra, 21-ci birgə patrul xidmətinin isə Moskvada təyin olunan bütün patrul yolunu əhatə etməsi və birgə patrul xidmətlərinin uğurlu olacağı nəzərdə tutulurdu. Ancaq Rusiya əsgərlərinə qarşı minalanmış avtomobillə hücum edildi və Rusiya ilə Türkiyə arasında razılaşdırıldığı kimi patrul marşrutu tamamlana bilmədi.

Hücumun məsuliyyətini “Hattap Şişani” adlı bir təşkilat üzərinə götürdü. Təşkilatın istifadə etdiyi "Hattap Şişani" adı Rusiya üçün son dərəcə mənalıdır. Əslində bu təşkilat çeçenlərə istinad edir; Rusiyaya birbaşa mesaj verir. Həm İdlibdə, həm də Suriyanın digər müxalif bölgələrində "Hattap Şişani" adlı bir təşkilatın olmadığını qiymətləndirdiyimiz zaman qarşımıza önəmli sual işarələri ortaya çıxır. Kağız üzərində qurulduğu aydın olan bu təşkilatın Hurasəddin adlı Əl-Qaidə ilə əlaqəli təşkilat adından bu hücumu həyata keçirə biləcəyinin mümkünlüyü söz mövzusu ikən, Türkiyə-Rusiya razılaşmasını pozmağı məqsəd götürən üçüncü bir gücün hərəkəti ola biləcəyi də ağla gələn şübhələri doğurur. Əslində Rusiya hava qüvvələri İdlibdəki hücumdan sonra bir çox hava əməliyyatı təşkil etdi, İdlibdəki müxalif ünsürləri bombalayan vaxtda, Bab şəhərini də vurdu, bir neçə dinc vətəndaşın ölümünə səbəb oldu. Rusiyanın əsgərlərinə istiqamətli hücumdan bir fürsət kimi istifadə edərək, Türkiyənin siyasətini dəstəkləyən mülayim müxalifəti bombalaması Moskva razılaşmasının nə qədər kövrək olduğunu ortaya qoyarkən, Suriya sahəsində Türkiyə və Rusiyanın plan qurmasına mane olmağa cəhd göstərən daxili və xarici güclərin də boş dayanmadığı və təxribatçı əməliyyatlarla prosesi manipulyasiya etməyə çalışdığı bir daha ortaya çıxdı.



Әlaqәli Xәbәrlәr