Azərbaycan və Ermənistan arasındakı münaqişə

"Avrasiya gündəmi" proqramının bugünkü buraxılışında Azərbaycan və Ermənistan arasındakı münaqişədən danışacağıq.

1459717
Azərbaycan və Ermənistan arasındakı münaqişə

Avrasiya gündəmi_30

"Avrasiya gündəmi" proqramının bugünkü buraxılışında Azərbaycan və Ermənistan arasındakı münaqişədən danışacağıq.
12 iyul 2020-ci ildə Ermənistan atəşkəsi pozduqdan və Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hücuma keçərək təxribat törədib. Həmin təxribatdan sonra Azərbaycan-Ermənistan sərhədində münaqişə baş vermişdir. Azərbaycanın Tovuz bölgəsindəki münaqişə hələ də davam edir. 2016-cı ilin aprelində iki ölkə arasında böyük bir qarşıdurma yaranıb. Bu günə qədər Azərbaycan bir general və 1 mülki olmaqla 12 əsgərin şəhid olduğunu açıqlayıb. Erməni tərəfi 4 əsgərin öldüyünü bildirsə də, Azərbaycan Silahlı Qüvvələrinin paylaşdığı videolardan məlum olur ki, bu rəqəmlər həqiqəti əks etdirmir. Ermənistanın sərhəd bölgələrdəki münaqişəni Dağlıq Qarabağdan kənara çıxarmaq istəməsi rəsmi İrəvanın yeni çirkli oyunlara əl atdığının göstəricisidir.
Şəhidlərin dəfn mərasimlərindən sonra Azərbaycan xalqı küçələrə çıxaraq Qarabağı geri almaq üçün böyük mitinqlər keçirib. Yaxın günlərdə könüllü olaraq əsgərə yazılan vətəndaşların sayı 25 mini keçib. Azərbaycanlılar Qarabağı geri almaqda son dərəcə qətiyyətlidirlər. Dağlıq Qarabağın beynəlxalq terrorun mərkəzinə çevrildiyi və son illərdə Orta Şərqdən gələn hərbçilərin orada təlim keçməzi iddiaları gündəmdədir. Bu iddiaları ciddi qəbul etmək və araşdırmaq lazımdır. Əks təqdirdə, Azərbaycan Ordusu gələcəkdə dünyanın müxtəlif yerlərindən muzdlu qatillərlə mübarizə aparmalı olacaq. 
Sərhəddə baş verənlərdən sonra Prezident İlham Əliyev Xarici İşlər naziri Elmar Memmedyarovu vəzifəsindən azad etdi. 2004-cü ildən bəri bu vəzifədə olan Memmedyarovun işdən çıxarılması rəsmi Bakının daha təsirli xarici siyasət yürütmək və xarici siyasətdə, xüsusən də Qarabağ probleminin həllində, yeni addımlar atmaq istədiyinin göstəricisidir, 
Baş verən qarşıdurmalardan sonra Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi ala bilmədi. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) Azərbaycanı dəstəkləyən bəyanatını yayımladı. İranı çıxmaqla digər qonşuları ilə münaqişəli olan Ermənistan ehtimal olunan müharibə şəraitində bir dövlət olaraq daha çətin vəziyyətə düşə bilər. Dağlıq Qarabağın işğalından bəri bölgədə və dünyada çox şey dəyişdi. Azərbaycan müdafiə sahəsində Ermənistandan xeyli üstündür. Türkiyə toqquşma olacağı təqdirdə Azərbaycana lazım olan bütün dəstəyi verəcəyini açıqladı. Türkiyənin son vaxtlar xaricdə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar bütün dünyanın məlumudur.
Rusiya ilə Ermənistan arasındakı münasibətlərin Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə durğunlaşdığı müşahidə olunur. Rəsmi İrəvan münaqişə olacağı təqdirdə şimaldakı tərəfdarından ümid etdiyi dəstəyi götürməyə bilər. Buna görə işğalçı Ermənistan təxribatçı addımlar atarkən yaxşı düşünməlidir. Qarabağ problemini həll etmək üçün yaradılan Minsk Qrupunun axırına gəlib çatdığı aydındır. Problemin həlli üçün Türkiyənin daxil edildiyi yeni beynəlxalq mexanizminin yaradılması vacibdir. Məsələn, Astana üçlüyü bu problemi həll edə bilər. Çünki Qarabağ məsələsi hər üç ölkəni birbaşa maraqlandırır. Xülasə desək, haqq-ədalət yerini tapana, Qarabağ geri alınana qədər bu mübarizə davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr