Kəklikotunun faydaları və zərəri

Mənşəyi Şərqi Aralıq dənizi bölgəsi olan və Türkiyədə cürbəcür növləri yetişən kəklikotunun sağlıq üçün çox istifadə edildiyini bilirsinizmi?

1449237
Kəklikotunun faydaları və zərəri

 

  Xəstəliklərdə bitkilərin istifadə edilməsi bəşər tarixi qədər qədimdir.

 

  Kəklikotu xalq təbabətində çox əski çağlardan bəri istifadə edilən bir bitki növüdür.

  Yağlı və ağır yeməklərin dadına dad qatan, həzmi asanlaşdıran kəklikotu şəfalı bitki olaraq xalq arasında geniş yayılıb.

  Kəklikotu ağciyər, bronxlar, mədə və bağırsaq narahatlıqlarının aradan qaldırılmasına yardım edir. Öskürək və üst tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə olunur. Şişi aradan qaldırmağa kömək edir. Qan dövranını nizamlayır, qanda şəkəri salır, bağırsaq parazitlərinə qarşı təsirli rol oynayır.

  Antiseptik təsirə malik kəklikotu dəri problemlərində də sıx istifadə edilir.

  Saysız-hesabsız faydası olan kəklikotundan necə gəldi istifadə edilməsi isə zərərli ola bilir. Tiroid narahatlığı olanlara və hamilə qadınlara mənfi təsir göstərir.

  Kəklikotu yağının qaraciyərə zərəri var, ona görə diqqətli istifadə olunması məsləhətdir.



Әlaqәli Xәbәrlәr