Monqolustanda keçirilәn parlament seçkilәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Monqolustanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

1447647
Monqolustanda keçirilәn parlament seçkilәri

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Monqolustanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

2020-ci ilin 24 iyun tarixindә Monqolustanda parlament seçkilәri keçirilib. Seçkilәrdә 13 partiya, 4 koalisiya vә müstәqil namizәdlәr olmaqla 606 namizәd mübarizә aparıb. Namizәdlәrdәn 13-ü qadın olub.  Hakim Monqolustan Xalq Partiyası 76 yerlik parlamentә 62 millәt vәkili göndәrә bilib. Monqolustan Demokrat Partiyası isә parlamentdә  yalnız  11 yer tuta bilib. 3 yeri dә digәt koalisiyalar paylaşıblar.  Mәlumata әsasәn, seçkilәrdә әhalinin 73%-i iştirak edib.

Seçki prosesinin problemsiz keçmәsi üçün  23-25 iyun tarixlәrindә Ulan-Batorda alkoqollu içkilәrin satılması qadağan edilib. Mәlumatda seçicilәrin pandemiyaya baxmayaraq seçki prosesinә böyük әhәmiyyәt verdiyi bildirilib.Seçki mәntәqәlәrindә seçicilәrә tibbi maska vә әlcәk paylanıb. Seçkilәrin sakit mühitdә keçdiyi bildirilib. Seçkilәrdә Monqolustan Xalq Partiyası qәlәbә qazanıb.

Qeyd edәk ki, Monqolustan koronavirus epidemiyası yayılmağa başladığı gündәn etibarәn ciddi qabaqlayıcı tәdbirlәr görmәyә başlayıb vә bu prosesi müvәffәqiyyәtlә davam etdirib. Ölkәdә epidemiyaya yoluxanların sayı 219-a çatsa da virusdan ölüm faktı qeydә alınmayıb.

Monqolustan Baş naziri Uhnagiyn Hürelsühünu  seçkilәrdә әldә edilәn qәlәbәyә baxmayaraq ciddi iqtisadi problemlәr gözlәyir. Pandemiya dövrundә başlayan iqtisadi problemlәr qarşıdakı dövrdә  daha da artacaq. Yeri gәlmişkәn qeyd edәk ki, Monqolustan prezidenti Haltmagiyn Battulqa Monqolustan Demokrat Partiyasının üzvüdür. Monqolustan prezidenti iyunun 26-da sәslәrin yenidәn sayılmasını istәyib. Monqolustan Demokrat Partiyasının sәdri Sondomzundui Erdene seçki prosesindәn sonra tutduğu vәzifәdәn getdiyini bәyan edib.

Monqolustanda keçirilәn parlament seçkilәrindә bәzi problemlәr dә yaşanıb. Pandemiya sәbәbindәn bu seçkilәrdә xaricdәki vәtәndaşlar iştirak edә bilmәyiblәr. Seçkilәrdә qәlәbә qazanan Monqolustan Xalq Partiyası seçkiqabağı tәşviqat kampaniyalarında  ‘‘sosial dövlәt’’ süarını sәslәndirib. Partiya keçirdiyi kampaniyalarda sәhiyyә başda olmaqla vәtәndaşlara daha çox xidmәt edәcәyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr