Türkiyәnin ‘‘Mavi bayraq’’ standartına cavab verәn 486 çimәrliyinin olduğunu bilirsinizmi?

‘‘Mavi bayraq’’ çimərliklər və qayıqların yan aldığı sahilә verilən beynəlxalq ekoloji mükafatdır.

1445527
Türkiyәnin  ‘‘Mavi bayraq’’ standartına cavab verәn 486 çimәrliyinin olduğunu  bilirsinizmi?

 

Türkiyәnin  ‘‘Mavi bayraq’’ standartına cavab verәn 486 çimәrliyinin olduğunu  bilirsinizmi?

‘‘Mavi bayraq’’ çimərliklər və qayıqların yan aldığı sahilә  verilən beynəlxalq ekoloji mükafatdır. Bu mükafat yalnız çimərliklərә deyil, qayıqların yan aldığı sahilә  və yaxtalara da  verilir. ‘‘Mavi bayraq’’  çimәrlik vә qayıqların yan aldığı sahildәki әtraf mühitә әhәmiyyәt verildiyini, dәniz suyunun tәmizliyini, çimәrlik vә qayıqların yan aldığı sahili istifadә edәnlәrin  ehtiyaclarına cavab verdiyini göstәrir.

Mәrkәzi Danimarkanın paytaxtı Kopenhagendә yerlәşәn Beynəlxalq Ətraf-Mühit Vəqfinin mәlumatına görә, Türkiyә   İspaniya və Yunanıstandan sonra dünyada әn çox Mavi bayrağa sahib olan üçüncü ölkәdir. Türkiyәdә bu il ‘‘Mavi bayraq’’ standartına cavab verәn çimәrlik sayı 486-ya yüksәlib. Bu çәrçivәdә 7 yaxta vә 22  qayıqların yan aldığı sahil dә bu mükafata layiq görülüb.

Türkiyәnin ‘‘Mavi bayraq’’ standartına cavab verәn çimәrliklәri vә sahillәri Antalya, Muğla, Aydın, İzmir, Balıkesir, İstanbul, Samsun, Çanakkale, Kırklareli, Kocaeli, Düzce, Ordu, Mersin və Vanda yerlәşir.



Әlaqәli Xәbәrlәr