Pəncə-Qartal əməliyyatı

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun "Pəncə-Qartal əməliyyatı" başlıqla yazısını təqdim edirik.

1443908
Pəncə-Qartal əməliyyatı

Türkiyə Suriya və Liviya daxilində hərbi əməliyyatlar həyata keçirərkən, digər tərəfdən də PKK terror təşkilatı ilə mübarizəni davam etdirir. Bu çərçivədə İraqın şimal bölgəsində Türkiyə sərhədinə paralel dağlıq ərazilərdə Pəncə-Qartal adı altında həm hava, həm də quru əməliyyatı keçirərkən, Türkiyə komandoları (xüsusi təlim keçmiş hərbi birləşmə) hava əməliyyatı ilə bir çox hakim təpəyə nəzarəti ələ keçirib. Türkiyə son illərdə yeni bir təhlükəsizlik doktrinası anlayışı ilə təhdidləri sərhəddən kənarda aradan qaldıra bilmək üçün terror təşkilatını İraq və Suriya kimi yerləşdiyi bölgələrdə hədəf alır.  
Türkiyə uzun illərdir Marksist-Leninist ideologiya sahib terror təşkilatı PKK ilə mübarizə apararkən, son illərdə yeni bir təhlükəsizlik doktrinası mənimsəyərək hərbi strategiyasını dəyişib. Türkiyənin terror təşkilatına qarşı bu yeni strategiyasında təşkilat üzərinə götürdüyü sərhəddən kənardakı bölgələrdə birbaşa hədəf alınaraq təhdid Türkiyəyə çatmadan məhv edilmək istənir. Burada  xüsusilə terror təşkilatının bölgədəki xaosdan istifadə edərək İraq və Suriyada geniş bir ərazidə yayılayaraq yerləşməsi də həlledici mövqedədir. Bu çərçivədə Türkiyə həm PKK-nın əraziyə nəzarəti təmin etməsini, həm də sərhəddən kənarda logistika imkanlardan isitfadə edərək Türkiyə daxilində terror aktları həyata keçirə biləcək bir zəminə qovuşmasına mane olmağa cehd göstərir.

Türkiyə son illərdə xüsusilə "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh çeşməsi" adı ilə genişmiqyaslı hərbi əməliyyatlar təşkil edərkən, digər tərəfdən də terror təşkilatı PKK-nı birbaşa İraqda hədəf alır. Qətiyyətlilik əməliyyatı ilə başlanan bu proses Pəncə əməliyyatları və axırda son başlanan Pəncə-Qartal əməliyyatı ilə davam edir. Türkiyə İraqın şimalında təşikaltın yerləşdiyi dağlıq əraziləri hədəf alarkən, burada təşkilatın logistika infrastrukturunu məhv etməyə cəhd göstərir. Həmçinin bölgədəki hakim təpələrə nəzarəti təmin edərək təşkilatın İraq-Türkiyə və İraq-Suriya xəttlərində  asanlıqda hərəkət etməsinə, fəallığına mane olmağa cəhd göstərir. Yenə terror təşkilatı PKK-nın Qəndil dağında mühasirəyə alınaraq zərərsizləşdirilmək istənir. 
Əlbətdə ki, genişmiqyaslı hərbi əməliyyatlar aparılarkən, sahədən təsirli kəşfiyyatla aşkarlanan təşkilatın yuxarı səviyyədəki  terror başçıları da zərərsizləşdirilir. Burada xüsusilə Türkiyənin milli müdafiə sənayesi tərəfindən hazırlanan çox səmərəli istifadə olunan silahlı pilotsuz uçuş aparatlarının olduğunu görürük. Bu aparatlarla Türkiyə PKK terror təşkilatına qarşı keçmişlə müqayisədə daha təsirli mübarizə aparır. 



Әlaqәli Xәbәrlәr