Volkan Bozkırın BMT Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsi

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin namizәdi Volkan Bozkırın Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsini qiymәtlәndirәcәyik.

1443157
Volkan Bozkırın BMT Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsi

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin namizәdi Volkan Bozkırın Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsini qiymәtlәndirәcәyik.

2020-ci ilin 17 iyun tarixindә sәfir Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Onun lehinә 178 ölkә sәs verib. Türk әsilli diplomatın bu vәzifәyә seçilmәsi gürür mәnbәyidir. Bozkırın ifadә etdiyi kimi seçki prosesi asand keçmәyib.

Türkiyә Böyük Millәt Mәclisinin xarici әlaqәlәr komissiyasının sәdri vәzifәsini icra edәn Volkan Bozkır 1972-ci ildәn etibarәn müxtәlif vәzifәlәrdә işlәyib. Bozkırın daha çox Qәrb ölkәlәrindә vәzifәsini icra etmәsinә baxmayaraq Avrasiya ölkәlәrindә dә fәaliyyәtlәr aparıb. O, hәmçinin Türk-Rus Sosial Forumunun hәmsәdri vәzifәsini dә icra edib.  

Türkiyә Böyük Millәt Mәclisinin xarici әlaqәlәr komissiyasının sәdri olaraq Avrasiya ölkәlәri ilә ikitәrәfli vә üçtәrәfli iclasların keçirilmәsini tәmin edib. Avrasiya ölkәlәrinin Türkiyәdәki sәfirlәri ilә fәaliyyәtlәr aparıb vә bölgәdәki ölkәlәrә sәfәrlәr edib. Avrasiya ölkәlәrinin parlament tәmsilçilәri ilә ikitәrәfli münasibәtlәri yüksәk sәviyyәyә çatdıracaq görüşlәr hәyata keçirib. Türkiyә-Azәrbaycan-Gürcüstan, Türkiyә-Rusiya-İran Mәclisinin xarici әlaqәlәr komissiyasının tәmsilçilәri ilә üçtәrәfli görüşlәr keçirib.

Volkan Bozkırın BMT Baş Mәclisinin sәdri vәzifәsinә tәyin edilmәsi Ermәnistandan başqa bütün Avrasiya ölkәlәrindә müsbәt qarşılanıb vә bununla bağlı xәbәrlәr yayılıb.

Hәmkarları , regional vә beynәlxaql tәşkilatlar Volkan Bozkıra tәbrik mәktubları ünvanlayıblar. Türk Şurası, TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mәdәniyyәt vә İrsi Vәqfi kimi Türk dünyasının ortaq beynәlxalq tәşkilatları da Volkan Bozkırı yeni vәzifәsi münasibәtilә tәbrik edib.

2020-ci ilin iyun ayında Türk Şurasının baş katibi Baghdad Amreyev Volkan Bozkırı tәbrik edәrәk tarixdә ilk dәfә Türk dünyasının bir rәsmisinin Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin sәdri vәzifәsinә seçilmәsinin tarixi hadisә olduğunu vurğulayıb. Türk dünyasının beynәlxalq tәşkilatlarının bundan sonra BMT ilә әlaqәlәrinin daha da güclәnәcәyini deyә bilәrik.

Qeyd edәk ki, Qazaxıstanın hazırki prezidenti Kasım Coomart Tokayev 2011-2013-cü illәrdә BMT baş katibinin kömәkçisi vәzifәsini icra etmişdi. Volkan Bozkır Krımın ilhaqı, Uyqur problem, Şimali Kıbrıs Türk Cümhuriyyәtinin tanınması kimi Türk dünyasının BMT nәzdindә müzakirә edilәcәk problemlәrin hәllinә töhfә verәcәk. Pandemiyanın davam etdiyi bu fövqәladә dövrdә vәzifәsini icra edәn Volkan Bozkırı BMT-dә qlobal iqtisadi böhran, qaçqın problem kimi ciddi problemlәr gözlәyir.



Әlaqәli Xәbәrlәr