Qlobal dəyişmə sancısı

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Qlobal dəyişmə sancısı”adlı analitik yazısı.

1430097
Qlobal dəyişmə sancısı

Yeni koronavirus epidemiyası bütün dünyanı şoka saldı. Bu şok ABŞ-dakı nümayişlərlə daha da dərinləşdi. Bəzilərinin fikrincə, epidemiya İkinci Dünya Müharibəsindən bəri beynəlxalq ictimaiyyətin gördüyü ən geniş böhrandır.

Böhran qlobal ictimai sağlamlıqla əlaqəli olsa da, beynəlxalq siyasətin uzun müddətdir müzakirə olunan mövzularından biri-dünyanın nizamı ilə bağlı fikir mübadiləsini yenidən gündəmə gətirdi. Bəziləri epidemiyanın Çin tərəfindən idarə edilən yeni bir dünya nizamını ortaya qoyacağını proqnozlaşdırırlar; digərləri isə ABŞ idarəetmə sisteminin yox olmasına gətirib çıxaracağını iddia edirlər. Bir çoxları epidemiyanın qloballaşmaya son qoyacağını deyir; başqaları isə qlobal əməkdaşlıq üçün yeni bir dövrün başlanacağına ümid edirlər. Proqnozlar bunlarla da məhdudlaşmır. Epidemiyanın qlobal miqyasda millətçiliyin güclənməsinə, qlobal ticarət şəbəkələrinin zəifləməsinə və müxtəlif ölkələrdə rejim dəyişikliyinə səbəb olacağı proqnozlaşırılır. Beynəlxalq siyasətin bu genişmiqyaslı dəyişiklik küləyindən töhfə almayacağı mümkünsüz görünür. Korona epidemiyasının qlobal nizamda özü ilə köklü bir dəyişiklik gətirəcəyini iddia etmək olduqca çətindir. Mövcud böhran qlobal güc imkanlarının yenidən parçalanmasına problem olmaqla yanaşı, qlobal idarəetmənin üzləşdiyi bir böhran kimi ortaya çıxıb və belə də davam edir. Çox güman ki, bu böhran mövcud qlobal nizamın dəyişməsi prosesinə daha sərt təzyiq göstərəcək. Bununla birgə, koronadan sonra dünya nə yeni Çin sülhü, nə də Amerika sülhünün yenidən yüksəlməsinin şahidi olacaq. Əksinə, hər iki güc dövləti bir-biri ilə yarışda məhvə doğru gedəcək və zəifləyərək daha balanslı bir dünya nizamının ortaya çıxması üçün böyük fürsət yaranacaq. Daha da əhəmiyyətlisi ondan ibarətdir ki, ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi mübarizənin məzmunu və əhatə dairəsindən asılı olaraq, beynəlxalq sistemin ümumi xarakteri və regional alt sistemlərdəki geosiyasi rəqabət yeni dövrdə fərqlənəcək. Beynəlxalq miqyasda böhran, konkret olaraq iqtisadiyyat üzərində qlobal miqyaslı bir daralma və kiçilmə formasında hiss ediləcək. Qlobal iqtisadiyyatın bərpa və dirçəliş müddəti isə epidemiyanın tam bitəcəyi tarixədək davam edəcək. Digər tərəfdən, ABŞ-Çin rəqabətinin bir sıra geosiyasi nəticələri olacaq. ABŞ-ın Çinə qarşı sərtləşmə münasibəti sərgiləyərək daha təvazökar bir strategiya qəbul etməsi, Asiya-Sakit Okean miqyaslı geosiyasi və təhlükəsizlik məsələlərinin dərinləşməsi, eləcə də beynəlxalq saziş və qurumlardan çıxaraq qlobal miqyaslı dərinləşən idarəetmə məsələlərinin daha da şaxələndirilməsinə səbəb olacaq. Çin də oxşar formada ABŞ strategiyasını tarazlayacaq yenidən yerləşdirmə strategiyasını qəbul etdikcə, Asiya-Sakit okean mərkəzli qeyri-müəyyənliklər daha da artacaq. Bu rəqabət nəticəsində qlobal geosiyasi mühit kövrək bir quruluş alacaq. ABŞ-Çin mərkəzli sərt rəqabətin digər regional alt sistemlərə mənfi təsir göstərməsi də böyük ehtimallar arasında yer alıb. Bu səbəbdən Avropa İttifaqı, Trans-Atlantik münasibətlər, Orta Şərq və Cənubi Asiya miqyasındakı geosiyasi dalğalanmanın yaşanacağı qaçılmazdır. Ancaq bütün bunlar dünya nizamının sonunu elan etmək üçün kifayət deyil. Korona epidemiyasının dünyanı necə dəyişəcəyi ABŞ-da baş verəcək hadisələrlə birbaşa bağlıdır. Son nümayişlərlə birgə ortaya çıxan nöqsanlar ABŞ-ın qlobal liderliyini daha da zəiflədəcək. Koronanın təsiri ilə yeni bir siyasi baza formalaşıb. Bu baza Amerikada irqçilik əleyhinə nümayişlər şəklində ortaya çıxsa da, digər bölgələrdə başqa səbəblərdən də ortaya çıxa və geniş yayıla bilər.



Әlaqәli Xәbәrlәr