Liviyada yaxınlaşan qələbə

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “Liviyada yaxınlaşan qələbə” başlıqlı yazısını təqdim edirik.

1421286
Liviyada yaxınlaşan qələbə

Liviyada uzun müddət davam edən qarşıdurmalar Milli Həmrəylik Hökuməti lehinə formalaşarkən general Haterə sadiq qüvvələr xüsusilə Liviyanın qərb bölgələri olmaqla bir çox bölgədən çəkilməyə başlayıb.
Liviyada olan bu dəyişiklikdəki ən əhəmiyyətli səbəb əlbəttə Türkiyənin Milli Həmrəylik hökuməti lehinə müdaxiləsi olmuşdur. Türkiyə və  Həmrəylik Hökuməti arasında qəbul edilən hərbi əməkdaşlıq və təlim razılaşmalarından sonra Türkiyə Silahlı Qüvvələri Tripoli və Mistarada yerləşdi və atdığı hərbi addımlarla isə Milil Həmrəylik Hökumətinin havada üstünlük əldə etməsinə imkan yaratdı.
General Hafterə sadiq qüvvələr başda BƏƏ, Misir, Fransa və Rusiyadan aldıqları dəstəklə Liviyanın əhəmiyyətli bir hissəsini ələ keçirməyə müvəffəq olmuş və Tripolini ələ keçirmək üçün hərəkətə keçmişdilər. Türkiyə isə 2011 inqilabından etibarən siyasi olaraq dəstəklədiyi BMT nəzdində legitimliyi olan Milli Həmrəylik Hökumətini Hafter və tərəfdarları qarşısında sadəcə siyasi olaraq deyil, hərbi baxımdandan da dəstəkləməyə başladı. Türkiyə müdaxil olmayacağı təqdirdə Liviyada da Misirdəkinə oxşar şəkildə bir hərbi diktatorluq qurulacağını nəzərdə tutmuş, bunun həm Liviya xalqı, həm də Türkiyənin milli maraqları cəhətdən təşkil etdiyi təhdidin həsaslığı ilə hərəkətə keçmişdir. 
Milli Həmrəylik Hökumətilə qəbul edilən hərbi razılaşmadan sonra Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri Tripoli və Misrata bölgələrinə yerləşdirilərək, Milli Həmrəylik Hökumətinin hərbi qüvvələrinə təlim keçməyə və hərbi texnika təmin etməyə başladı. Haftər qüvvelərinin xüsusilə hava hakimiyyətini ələ keçirməsi Milli Həmrəylik Hökumətini çətinliklə qarşı-qarşıya gətirərkən, Türkiyənin hava hücumundan müdafiə sistemləri və elektron müharibə metodlar ilə hava üstünlüyü təkrar Həmrəylik Hökuməti qüvvələrinin nəzarətinə keçməsinə imkan yaratmışdır. Yenə "TB2" pilotsuz uçuş aparatları ilə ön cəbhə xəttlərində Milli Həmrəylik Hökumətinin Hafterin qüvvələrinə qarşı  üstünlük əldə etməsi təmin edilmişdir.
Türkiyə öz milli imkanları ilə inkişaf etdirdiyi və həm PKK terror təşkilatına qarşı, həm də Suriya kimi münaqişə bölgələrində olan təcrübələrini Liviyaya apardığı müşahidə olunur. Bu çərçivədə BƏƏ-nin Hafter qüvvələrinə verdiyi Rusiya mənşəli "Pantsir" hava hücumundan müdafiə sistemlərinin demək olar ki, hamısı məhv edildi, 
Türkiyə Silahlı Qüvvələrinin dəstəyilə Liviya Milli Həmrəylik Hökuməti qüvvələri son həftələrdə qərbi Liviyada Tunis sərhəddinə qədər olan bölgənin, sonra isə strateji əhəmiyyətə malik Vatiyyə hava bazasının nəzarətini ələ keçirmişdir. Hafter qüvvələri əhval-ruhiyyələrini ciddi şəkildə itirsə də, Milli Həmrəylik Hökuməti qüvvələri Tarhuna və Sirte kimi əhəmiyyətli şəhərləri ələ keçirə bilmək üçün yeni hərbi əməliyyatları başladıblar.
General Hafteri dəstəkləyən BƏƏ və Fransa kimi ölkələr hərbi gedişatdan narahat olaraq siyasi həll yoluna çağırsalar da Milli Həmrəylik Hökuməti qüvvələrinin əhəmiyyətli şəhərlərin nəzarətini ələ keçirmədən əldə etdikləri hərbi hərəkətdən imtina etmələri ehtimalı görünmür.



Әlaqәli Xәbәrlәr