Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә attığı addımlar

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә xaricdәki vәtәndaşlarının problemlәrini hәll etmәk üçün atdığı addımları qiymәtlәndirәcәyik.

1420707
Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә attığı addımlar

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә xaricdәki vәtәndaşlarının problemlәrini hәll etmәk üçün atdığı addımları qiymәtlәndirәcәyik.

2020-ci ilin 7 may tarixindә Türk Şurasına üzv dövlәtlәr vә müşahidәçi ölkәlәrin Köç İdarәsi vә müvafiq qurumların başçılarının iştirakı ilә videokonfrans formatında iclas keçirilib. İclasa Azәrbaycan, Qazaxıstan, Qığızıstan, Macarıstan, Özbәkistan vә Türkiyә Köç İdarәsinin başçıları vә Türk Şurasının baş katibi qatılıb.Toplantıda Türk Şurasına üzv dövlәtlәrin yeni növ koronavirus epidemiyası sәbәbindәn ölkәlәrinә qayıda bilmәyәn vәtәndaşlarının müvәqqәti qeydiyyat icazәsi, vizaları vә köçlә bağlı digәr mәsәlәlәrin hәll edilmәsi üçün görülәcәk tәdbirlәr müzakirә olunub. İclasdan sonra tәraflәr arasında  viza vә qeydiyyat müddәtini  pozan vәtәndaşlar üçün qarşılıqlı inzibati və cinayət məsuliyyətinə cəlb edilməmə mәsәlәsindә razılıq әldә olunub.

Tәrәflәr hәmçinin immiqrasiya ilә bağlı şәrtlәri müvəqqəti yumuşaldmaq  qərarına gəldilər. Bu sahədə əməkdaşlığın davam etdirilmәsi vә güclәndirilmәsi  üçün Türk Şurası yanında İmmiqrasiya üzrә  Koordinasiya Qropunun yaradılması mәsәlәsindә razılıq әldә olunub.

2020-ci ilin 10 aprel tarixindә keçirilәn Türk Şurasına üzv dövlәtlәrin liderlәrinin  fövqәladә iclasında xarici ölkәlәrdәn olan şuraya üzv dövlәtlәrin vәtәndaşlarına lazımi yardımın göstәrilmәsi mәsәlәsindә razılıq әldә olunmuşdu.

Bu istiqamәtdә Türk Şurasına üzv dövlәtlәr pandemiya dövründә vәtәnlәrinә qayıtmaq istәyәn vәtәndaşların göndәrilmәsi  mәsәlәsindә bir-birlәrinә lazımi yardım göstәrmәyә davam edir. Hәtta başqa ölkәnin  vәtәndaşlarının  gәtirilmәsi mәsәlәsindә şuraya üzv dövlәtlәr birgә hәrәkәt edir.

Məsələn  Qazaxıstan Cənubi Asiya ölkәlәrindәki vәtәndaşları ilә birlikdә Qırğızıstan vәtәndaşlarını da gәtirib. Türkiyə də üçüncü ölkələrdə olan  vәtәndaşları ilә birlikdә Azərbaycan vətəndaşlarını da Türkiyәyә gәtirib . Bu cür humanitar əməkdaşlıq Türk Dünyasının  beynəlxalq aləmdə birlikdə hərəkət etməsi üçün çox vacibdir.

Әziz oxucularımız Türkiyә öz bölgәsinә çox sayda xarici ölkә vәtәndaşını qәbul edәn ölkәdir. Türkiyədəki xarici vətəndaşların pandemiya dövründә ölkələrinə qayıtmaq əvəzinə Türkiyədə qalmağa üstünlük vermәsi rәsmi  Ankaranın bu proses әrzindә mәqsәdәuyğun addım atdığını vә bu prosesi yaxşı idarә etdiyini göstәrir. Türkiyә bundan sonra da qonşu vә könül coğrafiyasının cazibә mәrkәzi olmağa davam edәcәk. Türk Şurası yanında yaradılan Koordinasiya Qrupu da Türk diasporlarının problemlәri ilә maraqlanır.



Әlaqәli Xәbәrlәr