Dünyanın bir çox ölkәsindә Atatürkün abidәsinin ucaldıldığını bilirsinizmi?

Atatürkün adı bir çox ölkәdә ucaldılan abidələrdə, heykəllərdə və ya mәkanlarda yaşadılır.

1419417
Dünyanın bir çox ölkәsindә Atatürkün abidәsinin ucaldıldığını bilirsinizmi?
Atatürk Anıtı İsrail.jpg
şili atatürk anıtı

 

Dünyanın bir çox ölkәsindә Atatürkün abidәsinin ucaldıldığını bilirsinizmi?

Atatürkün adı  bir çox ölkәdә  ucaldılan abidələrdə, heykəllərdə və ya mәkanlarda yaşadılır.

Bu ölkәlәrdәn biri dә Çilidir. Santiaqo bәlәdiyyәsi tәrәfindәn   şәhәrdәki parkların birinә Atatürkün sözlәrinin yer aldığı abidә ucaldılıb.  Abidәdә bu sözlәrә yer verilib: ‘‘Türkiyә Cümhuriyyәtinin qurucusu , vәtәninin fәdakar vә sadiq xidmәtçisi, bәnzәri olmayan qәhraman, bәşәriyyәtin ideal nümunәsi…Bütün hәyatını Türk xalqına hәsr edib. Xatirәsi xalqının qәlbindә bir mәşәl kimi yanır!’’

İsrailin Yehud şәhәrindә dә Mustafa Kamal Atatürkün xatirәsinә ucaldılan abidәdә onun ‘‘Yurdda sülh, cahanda sülh’’ süzünün altında ‘‘Türk xalqı  vә Türkiyәni sevәn İsrail xalqı sәnә sonsuzadәk minnәtdar olacaq’’cümlәsi yer alır.

Kubadakı ilk vә yeganә xarici dövlәt başçısının abidәsi Mustafa Kamal Atatürkә aiddir. İlk abidәnin altında Türk vә İspan dillәrindә ‘‘Türkiyә Cümhuriyyәtinin qurucusu- Yurdda sülh, cahanda sülh’’ sözlәri yer alır. 2011-ci ildә Kuba rәsmilәrinin istәyi ilә heykәtәraş Metin Yurdanur tәrәfindәn hazırlanan ikinci Atatürk abidәsi dә paytaxt Havananın әn özәl prospektlәrindәn olan Puerto prospektindә ucaldılıb.



Әlaqәli Xәbәrlәr