Türkiyә ilә Orta Asiya ölkәlәri arasındakı әmәkdaşlıq

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin Orta Asiya ölkәlәri ilә dәmir yolu nәqliyyatında etdiyi әmәkdaşlıq mәsәlәsini qiymәtlәndirәcәyik.

1416784
Türkiyә ilә Orta Asiya ölkәlәri arasındakı әmәkdaşlıq

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyәnin Orta Asiya ölkәlәri ilә dәmir yolu nәqliyyatında etdiyi  әmәkdaşlıq mәsәlәsini qiymәtlәndirәcәyik.

Aprel ayında Türkiyәdәn Orta Asiya Cümhuriyyәtlәrinә dәmir yolu vasitәsilә iki yük qatarı göndәrildi.

2020-ci ilin 18 aprel tarixindә 82 konteynerdәn ibarәt vә 940 metr uzunluğunda olan yük qatarı Qarsdan Özbәkistana doğru yola düşdü. Gürcüstan, Azәrbaycan,Türkmәnistan vә Özbәkistandan keçәn bu qatar bu istiqamәtdә çox miqdarda Türk mәhsulu daşıyan ilk qatar olma xüsusiyyәtinә malikdir.

2020-ci ilin 20 aprel tarixindә isә Bilecik şәhәrinin Bozüyük qәsәbәsindәn Qırğızıstanın Oş şәhәrinә  30 vaqon, 60 konteynerdәn ibarәt vә alüminium kabellәr daşıyan qatar yola düşdü.

Eyni gün Türk Şurasına üzv ölkәlәrin nәqliyyat nazirlәri videokonfrans formatında iclas keçirdi. Nәqliyyat sahәsindә yaşanan problemlәrin hәll edilmәsinin müzakirә edildiyi iclasda Türk Şurası Nәqliyyat Koordinasiyası Komitәsi adı altında bir missiyanın yaradılması ilә әlaqәdar  qәrar qәbul edildi.

2020-ci ilin 6 may tarixindә Türk Şurasına üzv vә müşahidәçi ölkәlәrin iqtisadiyyat nazirlәri dә videokonfrans formatında yığıncaq keçirdi. Yığıncağa Şuraya üzv ölkәlәrin gömrük mәsәlәlәri üzrә rәsmilәri dә qatıldı vә tәrәflәr arasında yaşana bilәcәk maneәlәrin aradan qaldırılması ilә bağlı ortaq bir planın hazırlanması mәsәlәsindә razılıq әldә olundu. Yığıncaqda hәmçinin multimodal daşımaların inkişafı, Bakı-Tbilisi-Qars dәmir yolunun aktiv şәkildә istifadә edilmәsi mәsәlәlәri dә müzakirә olundu.

Son aylarda dünyada yayılan pandemiya daşımaçılıq sektoruna mәnfi tәsir göstәrdi. Bu sәbәbdәn  ölkәlәr  dәmir yolu ilә yük daşımaya üstünlük verir. Türkiyә Şәrq vә Qәrb arasındakı tranzit ölkә olam hәdәfi çәrçivәsindә uzun illәrdir Orta Koridor marşrutunu inkişaf etdirir. Pandemiya dövründә bu marşrut üzәrindәki dәmir yolunda canlanma müşahidә olunub. Bu çәrçivәdә Türkiyәnin istehsal etdiyi mәhsullar Orta Asiyadakı ölkәlәrә ixrac edilib.

Sözügedәn mәhsullar Xәzәr dәnizi üzәrindәn bölgәyә çatdırılır. Bu marşrutun daha aktiv şәkildә istifadә edilmәsi üçün Xәzәr dәnizini әhatә edәn dәmi yolunun inşa edilmәsi çox önәmlidir. Hәmin dәmir yolunun inşa edilәcәyi tәqdirdә Xәzәr dәnizi vә әtrafındakı  çirklәnmә  minimum sәviyyәyә enәcәk.

Türkiyә-Türküstan dәmir yolunun canlanması irәlilәyәn dövrdә bu marşrutun Çini vә Cәnubi Asiyadakı  ölkәlәri Avropaya birlәşdirәn әn qısa xәtt  olmasını tәmin edәcәk.



Әlaqәli Xәbәrlәr