DEAŞ pandemiya dövründə fəaliyyətlərini artırmaq həvəsindədir

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “DEAŞ pandemiya dövründə fəaliyyətlərini artırmaq həvəsindədir”adlı analitik yazısı.

1412879
DEAŞ pandemiya dövründə fəaliyyətlərini artırmaq həvəsindədir

Son həftələrdə İraq və Suriyada terror təşkilatı DEAŞ-ın- hücum qrafikində kəskin artım müşahidə olunur. Bunun arxasında terror təşkilatı DEAŞ tərəfindən qəbul edilən yeni bir strategiyanın dayandığını söyləmək mümkündür. 
Təşkilat yeni terror aktları törətmək,onunla maraqlananları həvəsləndirmək və Orta Şərq, Afrika və Asiyadakı qeyri-sabit bölgələr üçün alternativ bir aktyor olduğu təəssüratını gücləndirmək üçün koronavirus pandemiyasından istifadə edir. Bu strategiyanı səhraya əsaslanan  partizan strategiyası olaraq təsvir etmək mümkündür. Bu strategiyanın bir hissəsi olaraq  Fərat çayının şərqində və qərbində əvvəlki şəbəkələrini bərpa etməyə cəhd göstərən DEAŞ-ın böyük strategiyası isə regional gücünü bərpa etməkdir. 
Terror təşkilatı DEAŞ-ın koronavirus pandemiyası dövründə həyata keçirməyə cəhd göstərdiyi strategiyanın xarici halqalardakı səviyyəsini isə koronanın yaratdığı qeyri-sabitlikdən qlobal bir dirçəlişə üz tutma arzusu təşkil edir. Pandemiya başladığından bəri DEAŞ dünya miqyasında təhlükəsizlik tətbiqləri zəiflədiyi üçün Əfqanıstan, Qərbi Afrika, Mərkəzi Afrika, Sahel, Misir və Yəməndəkı əməliyyatlarına sürət qazandırıb.
İraq, Maldiv adaları və Filippindəki hücumlarla da xüsusilə epidemiyanın yaratdığı boşluqdan istifadə etdiyi görülür. Bu ölkələrdən başqa Qərbə yönəldilmiş hücum çağırışlarını da təcavüzkar şəkildə elan etdi.
Terror təşkilatı DEAŞ-ın korona pandemiyasının səbəb olduğu böhranı bir fürsət olaraq görərək terror hücumları strategiyasında dəyişikliklvr etdiyi aydın olur. Bu fürsət xüsusilə İraq və Suriyanın DEAŞ əleyhinə koalisiyanın davam edən əməliyyat və yerli ünsürlərin təlimindən ibarət DEAŞ ilə mübarizə siyasətlərində pandemiya səbəbilə dəyişiklik etmələrindən sonra daha çox ortaya çıxıb. Terror təşkilatı bu vəziyyətdən sürətli şəkildə istifadə etməyə başlayaraq torpaqsız-xilafət dövründən sonra həyata keçirdiyi yeni uyğunlaşma strategiyasını yenidən həyata keçirdi. Fransanın İraqla razılaşaraq öz qoşunlarını ölkədən çıxartması, ABŞ personalını bəzi hərbi bazalardan çıxartması və təlim fəaliyyətlərini dayandırması İraqdakı DEAŞ ilə mübarizəni zəiflətsə də, təşkilatın İraqdakı hücumları sürətlə artdı. Digər tərəfdən, DEAŞ-ın yenə daxili halqa kimi təsvir etdiyi və hərbi olaraq özünü mövqeləndirdiyi Suriyada YPG-SGD-nin nəzarəti altında Fəratın şərqində olan və zəif torpaq nəzarətinin olduğu İraqdakı hücumları davam etdirmək imkanı yaradır. 
Terror təşkilatı DEAŞ-ın İraqdakı fəaliyyətinin artması geniş coğrafi ərazidə yayılan sünni ərəb torpaqlarında baş verir. Hücumların nümunələri DEAŞ üzvlərinin təhlükəsiz şəkildə keçə biləcəyi təchizat və dəstək şəbəkələrinin də mövcudluğunu təsdiqləyir. Bu vəziyyət DEAŞ-ın bir zamanlar nəzarət etdiyi bölgələrdə "görünməz xilafət" tərzində tayfa quruluşlarından istifadə etməklə mümkün olur..
Terror təşkilatı DEAŞ 2020-ci ilin aprel ayında dünyanın müxtəlif bölgələrindəki (Döyüşçülərin toplanması) fəaliyyətlərini yekunlaşdıran iki infoqrafiya yaydı. 
 2-8 aprel 2020-ci il tarixlərini əhatə edən infoqrafiya bu dövrdə 60 hücumun edildiyini göstərir. Ən çox itki Qərbi Afrikada olsa da, DEAŞ-ın fəaliyyətlərinin yarısı İraqda həyata keçirilib. 16 aprel 2020-ci ildə DEAŞ 9-15 aprel 2020-ci il tarixində qlobal miqyaslı hadisəni yekunlaşdıran daha bir infoqrafiya yayıb. Bu dövrdə  33-ü İraqda olmaqla cəmi 49 hücum həyata keçirilib. İraqdakı hücumların əhəmiyyətli bir hissəsi aprel ayında, korona səbəbiylə komendant saatı məhdudiyyətləri olduğu zaman reallaşıb. Bununla yanaşı İraqda hökumətlə əlaqəli qarışıqlıq, mübahisəli ərazilərdəki qarşıdurmalar, epidemiya səbəbiylə bölgədəki əsgər sayının azalması və ABŞ-ın dəyişən mövqeyi DEAŞ üçün imkanlar verir. Bu vəziyyət kəşfiyyat hesabatlarında əks olunan İraqdakı DEAŞ silahlılarının sayının 3000-ə yaxın olduğunu və bu dövrdə hücumların daha da necə artdığını izah edir. Suriyadakı qeyri-müəyyənlik DEAŞ üçün bu fürsəti çox gücləndirir. Suriya həbsxanalarından qaçan 500-ə yaxın DEAŞ silahlısı İraqda gizli terror kampaniyası aparmaq üçün kifayət bir rəqəm kimi diqqət çəkir. Koronavirus pandemiyasından əvvəlki dövrlə müqayisədə isə DEAŞ əleyhinə İraqda həyata keçirilən əməliyyatların bir ayda orta hesabla 20 faiz olması terror təşkilatı DEAŞ-ın artan bir təhlükə olduğunu sübut edir.
Yenə də DEAŞ hücumlarının növlərindəki artım yerində insanları təngə gətirməkdən daha mürəkkəb hücumlara üz tutduğunu göstərir. Hücumları əvvəllər yerli səlahiyyətlilərin sui-qəsdlərinə və daha az mürəkkəb hücumlara yönəldilsə də, koronavirus pandemiyası ilə birlikdə terror təşkilatı DEAŞ-ın daha çox EYP hücumu, polis və əsgərlərə pusqu qurduğu müşahidə olunur. 

İraqda olduğu kimi DEAŞ-ın Suriyadakı hücumlarını da daha da artırdığı müşahidə olunur. Suriyadakı ən ciddi hücumlardan biri DEAŞ terrorçularının Sukhna qəsəbəsi və yaxınlığındakı rejim mövqelərini hədəf aldığı 9 apreldə baş verib. Rusiya hava hücumlarının dəstəyinə baxmayaraq, Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, iki gün davam edən qarşıdurmada 32 rejim əsgəri həyatını itirdikdə, 26 DEAŞ terrorçusu öldürülüb. İndiyə qədər nə DEAŞ, nə də başqa bir təşkilat hücumun məsuliyyətini üzərinə götürməyib.
DEAŞ təxminən bir ildir ki, Suriya ordusu, şiə milisləri və SDG-yə istiqamətli  ciddi fəaliyyət göstərir. Bu fəaliyyətlərin ortaya qoyduğu nümunə göstərir ki, DEAŞ bomba yerləşdirilmiş avtomobillərlə hücumlarını artırdı və tez-tez pusqu qurmaq, mina yerləşdirmək və silahlı aktlar kimi hücumlardan istifadə etdi. Nəticədə terror təşkilatı DEAŞ-ın korona epidemiyasını bir fürsət olaraq gördüyü aydın olur. Ən çox diqqət çəkən isə İraqın daha çox hədəf alındığı, ikinci yerdə isə Suriyanın olmasıdır. Ancaq İraqın daha yaxından təqib etmək lazımdır.



Әlaqәli Xәbәrlәr