Orta Asiyada baş verәn tәbii fәlakәtlәr

‘‘Avrasi gündәmi’’ proqramının bu günkü hissәsindә son hәftәlәrdә Orta Asiyada baş verәn tәbii fәlakәtlәr vә onların nәticәlәrini qiymәtlәndirәcәyik.

1412149
Orta Asiyada baş verәn tәbii fәlakәtlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә son hәftәlәrdә Orta Asiyada baş verәn tәbii fәlakәtlәr vә onların nәticәlәrini qiymәtlәndirәcәyik.

Yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyası ilә mübarizә aparan Orta Asiya Cümhuriyyәtlәri son hәftәlәrdә baş verәn tәbii fәlakәtlәrlә qarşı-qarşıyadır. İlk öncә bölgәdә baş verәn tәbii fәlakәtlәrә nәzәr salaq.

2020-ci ilin 23 aprel tarixindә Qazaxıstanın Şәrqi Qazaxıstan әyalәtindәki Semey meşәsindә yanğın baş verdi. Yanğın nәticәsindә dörd min  hektara yaxın әrazi yandı.

Aprelin 27-dә Türkmәnistanın Lebap vilayәtindә әsәn şiddәtli külәk nәticәsindә çox sayda yaşayış mәntәqәsinә vә infrastruktura ciddi ziyan dәydi.

Aprelin 28-dә isә Özbәkistanın Buxara vilayәtindә əsən şiddәtli külәk nәticәsindә bir nәfәr hәyatını itirdi, 30 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr aldı.

Aprelin 29-da Özbәkistanın Cizak vilayәtindә yağan leysan yağışları daşqınlara sәbәb oldu. Tәbii fәlakәt nәticәsindә iki uşaq hәlak oldu.

Mayın 1-dә leysan yağışları vә külәk sәbәbindәn Özbәkistanın Sırdәrya vilayәtindә yerlәşәn Sardona su bәndi dağıldı. Qәza nәticәsindә Özbәkistan vә Qazaxıstanda yüzlәrlә ev su altında qaldı, bölgәdәn 75 min adam tәxliyә edildi, tәxminәn 60 adam da xәstәxanaya yerlәşdirildi.

Mayın 2-dә Qırğızıstanın Batken şәhәrindә leysan yağışları daşqına  sәbәb oldu.Tәbii fәlakәt nәticәsindә onlarla ev vә әkin sahәsi su altında qaldı. Buna bәnzәr tәbii fәlakәtlәrin may ayının ilk on günü әrzindә  davam etmәsi gözlәnilir. Tәbii fәlakәtin yaşandığı bir çox bölgәdә fövqәladә vәziyyәt elan edildi.

Qeyd edәk ki, baş verәn tәbii fәlakәtlәr bölgәdәki әkin sahәlәrinә ciddi ziyan verir. Aprel ayının 9-da Orta Asiyanın bәzi ölkәlәrindә şaxta olub vә  qar yağıb. Havanın qarlı vә şaxtalı keçmәsi kәnd tәsәrrüfatı üçün çox әlverişsizdir. Demәk olar ki, bölgәdәki ölkәlәr bu il әrzaq qıtlığı tәhlükәsi ilә üzlәşә bilәr.

Leysan yağışları davam edərsə  bölgədəki uran tullantıları anbarlarında sürüşmə baş verә bilәr vә  oradakı zəhərli maddələr suya qarışa bilәr. Bu vəziyyət insanların sağlamlığı üçün təhlükə yaradır. Bundan əlavə  yağışlar bəzi yaşayış məntəqələrinin boşaldılmasına səbəb ola bilər.

Hansı tərəfə baxmağınızdan asılı olmayaraq, bu fəlakətlər böyük maddi yük deməkdir. Təbii fəlakətlərin ölkә iqtisadiyyatlarına verdiyi ziyan  hələlik hesablanmayıb.

Bu vəziyyətdən ən az zərərlə çıxmaq üçün  bölgədəki ölkələrinin ''COVID-19'' ilə mübarizədə olduğu kimi bir-birləri ilə həmrəyliyini davam etdirmələri çox vacibdir. Bölgədәki  ölkələr bu il meydana gələ biləcək әrzaq qıtlığını  ya bir-birlərindən, ya da üçüncü bir ölkədən ortaq tədarük yolu ilə aradan qaldıra bilər. Bu çәrçivәdә Türkiyәni Türküstana bağlayan Orta Dәhlizin daha aktiv hala gәtirilmәsi böyük әhәmiyyәt kәsb edir.



Әlaqәli Xәbәrlәr