"Covd-19" pandemiyası dövründə hərbi qarşıdurmalar

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “"Covd-19" pandemiyası dövründə hərbi qarşıdurmalar” adlı analitik yazısı.

1408335
"Covd-19" pandemiyası dövründə hərbi qarşıdurmalar

Yeni növ koronavirus pandemiyası qlobal böhrana çevrildi və ABŞ başda olmaqla bütün dünya ölkələrini sarsıtdı. Buna baxmayaraq Ortaşərq miqyasındakı toqquşmalar səngimədən davam edir. BMT münaqişələrin davam etdiyi bölgələrdə atəşkəsə çağırsa da, Liviya, Suriya və Yəməndə qan axır. Livanda iqtisadi problemlər və korrupsiyaya qarşı etirazlar başlasa da, İraqdakı hökumət neftdən asılı iqtisadiyyatını düzəldə bilmir. Bu ölkələrdən xüsusilə Liviya, Suriya və Yəmən pandemiya ilə mübarizə etmək əvəzinə daxili qarşıdurmaya təslim oldu. Bu ölkələrin heç birində epidemiyanın hansı səviyyədə olduğuna dair real rəqəmlərə çatmaq qeyri-mümkündür. Sözügedən münaqişə bölgələrində epidemiya ilə daxili qarşıdurma bir-birinə qarışmış görünür. Beynəlxalq qurumlar isə xəbərdarlıqdan başqa mövqe ortaya qoymurlar.
Suriyada ən azı dörd fərqli bölgənin ayrı-ayrı pandemiya ilə mübarizə aparmağa cəhd göstərdiyini söyləmək mümkündür. Rejimin nəzarətindəki bölgələrdə "Covid-19" virusuna yoluxanların sayı cəmi 45 nəfər idi. İdlib bölgəsində Ramazan ayının başlaması ilə məscidlərdə təravih namazlarında iştirakın yüksək olduğu müşahidə olunur. Bu, İdlibdə epidemiya olmadığı mənasını daşımır.  İdlibin əhali sayının çox olması, davam edən münaqişə dinamikası və qaçqın düşərgələrinin sıxlığını nəzərə alsaq, qorxulu mənzərə ilə hər an qarşılaşmaq mümkündür. Suriya Milli Ordusunun nəzarət etdiyi bölgələrdə isə Türkiyənin köməyilə epidemiyanı məhdudlaşdırmaq üçün ciddi səy göstərilir. Amerikanın dəstəklədiyi YPG/PYD tərəfindən nəzarət edilən bölgələrdə qeydə alınan virusa yoluxanların sayı olduqca az görünür. Bəlkə də Suriyada 10 ildir davam edən vətəndaş müharibəsinin girdabından çıxa bilməyən Suriyaya korona epidemiyasından uzaq olmaq taleyin xeyir-duası ola bilər. Bütün bölgə "Covid-19" pandemiyasının caynağında olduğu bir vaxtda Suriyada qarşıdurmalar fasilələrlə davam edir. Bu fəallığın davam etdiyi bölgələrdən biri də epidemiyadan əvvəl də isti toqquşmaların davam etdiyi İdlibdir.  İdlib yalnız münaqişənin fasilələrlə davam etməsi və yenidən toqquşmaların başlaması baxımından deyil, ehtimal olunan bir epidemiyanın sürətli şəkildə xeyli sayda insana yoluxması baxımından da əhəmiyyətlidir.  Türkiyənin Rusiya ilə Moskvada qəbul edilən razılaşmadan sonra M4 və M5 magistral yollarının şimal bölgəsində hərbi gücünü artırmağa davam etdiyi müşahidə olunur. Bu, yeni koronovirus epidemiyasındandan sonrakı tədbir kimi görünsə də, rəsmi Ankara başqa addımlar da atacaq. Mümkün bir təhlükəsiz zonanın yaradılması heç vaxt Ankaranın gündəmindən düşməyib. Ancaq HTŞ-nin Türkiyəyə qarşı rəftarında son günlərdə sərtləşən bir meyl olduğu aydındır. HTŞ daxilindəki bəzi qruplar hələ də Moskva razılaşmasını qəbul etmir və onun pozulması üçün əllərindən gələni edirlər. Ən son HTŞ silahlıları Türkiyəni hədəf alan hücum reallaşdırdı və Türkiyənin bir əsgəri şəhid edildi. Əlbəttə bu vəziyyət nəticəsində Türkiyə ehtimal olunan korona epidemiyasından sonra HTŞ-yə istiqamətli daha sərt bir rəftar göstərəcək. Rejimin hücumları ilə İdlibdə didərgin düşən 1 milyona yaxın insan İdlibin şimalında ilişib qalıb. Rejimin hava zərbələrinin davam etdiyini nəzərə alsaq, İdlib xalqının evdə qalması virusdan qorunmaq üçün məntiqli bir seçim deyil. Digər tərəfdən Türkiyə dəstəkli Suriya Milli Ordusunun (SMO) nəzarət etdiyi bölgələrdə PKK-YPG terror hücumlarına davam edir. Xüsusilə "Sülh çeşməsi" əməliyyat bölgəsi olaraq adlandırılan Rasulayn və Tel Abyad arasındakı əraziyə girməyə çalışan YPG ünsürlərinin sıxlıqla can itkisi olur. elementləri tez-tez itirirlər. YPG bu bölgələrdə kənd ərazilərindəki terror müharibəsini davam etdirir, mülki şəxsləri hədəf alır və şəhərin təhlükəsiz olmadığı təəssüratını yaratmaqla sabitliyin qarşısını almağa çalışır. Afrin'də PKK/YPG fərqli bir metoda müraciət etdiyi görünür.
 Aprelin 28-də minalanmış bir yanacaq anbarı ilə edilən hücumdan sonra 50-dən çox mülki şəxs həyatını itirdi. Türkiyənin nəzarət etdiyi bölgələrdə terror hücumlarını davam etdirən terror təşkilatı PKK-nın başı isə Suriyanın şimal şərq bölgələrində dərddə girib. Çünki bu bölgələrdə son həftələrdə DEAŞ-ın terror aktlarında ciddi artım var. DEAŞ xüsusilə Suriya və İraq sərhədləri boyunca səhra bölgələrində gizlənərək terror hücumlarını davam etdirir. Bu, istər-istəməz ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın YPG-yə daha çox yardım göstərməsinə səbəb olur. "Covid-19" pandemiyasını ört-basdır edən Suriya rejimi böyük iqtisadi tənəzzül ilə qarşı-qarşıyadır. Neftin qiymətinin düşməsi və davam edən sanksiyalar isə Rusiya və İranı iqtisadi baxımdan təngə gətirib. Pandemiyadan sonrakı Suriyada yeni bir prosesin başlaması məlum deyil, lakin bütün tərəflər bunu pandemiyadan sonra yenidən mövqe tutma fürsəti kimi görürlər. 
Vəziyyət Liviyada daha kritik görünür. 22 martda baş vermiş pandemiya səbəbiylə BMT atəşkəsə çağırsa da, üsyançı Hafter atəşkəsə əməl etməməyi və hücumlarını davam etdirməyi üstün tutdu. 
"Covid-19" pandemiyası ilə mübarizə aparmaqda çətinlik çəkən Tripolidə sağlamlıq komplekslərini bilərəkdən hədəfə aldı. Ancaq Milli Həmrəylik Hökumətinə bağlı olan Liviya Ordusu Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Hafterinin paytaxt Tripolinin nəzarətini ələ keçirməsinə icazə vermədi. Daha da əhəmiyyətlisi, Hafter bəzi önəmli bölgələrdə geri çəkilmək məcburiyyətində qaldı və ağır itkilər verdi. Yenə də Tripolinin cənub məhəllələrində nəzarəti saxladığı müşahidə olunur. İstədiklərini əldə edə bilməyən Hafter bu dəfə də 28 apreldə mərkəzi Tobrukda olan məclisi buraxdığını bildirərək özünü Liviyanın dövlət başçısı elan etdi.
Ancaq rəsmi Moskvanın açıqlaması ilə Hafter addımının nəticə verməyəcəyini gördü. Rusiyanın xarici işlər naziri Lavrov Hafterin sözügedən təşəbbüsünün "düzgün addım olmadığını" açıqladı. 
Benqazi xalqı və məclisi də bu vəziyyətdən məmnun olmadığı; yeni bir Qəddafini istəmədiklərini göstərən keyfiyyət zəif olsa da etiraz etdilər. Nəticədə Hafter istədiyini əldə edə bilməyən, getdikcə zəifləyən biri oldu. Ancaq bu, Liviyada işlərin yaxşı olduğu mənası daşımır. Pandemiya, münaqişə, neft qiymətləri, zibil böhranı, elektrik qıtlığı gündəmdə ikən Liviya miqyasında əhalinin müqaviməti zəifləyib. Bu da, sosial iğtişaşları tez bir zamanda ortaya çıxaracaq bir təzyiq yaratdı. Beynəlxalq müqavilələrdə nəzərdə tutulan heç bir yol xəritəsi həyata keçirilməyib. Bu səbəbdən Liviyada işlər getdikcə mürəkkəbləşir.
Yəmən isə pandemiya başlamadan əvvəl ictimai sağlamlığı olaraq ən pis vəziyyətdə olan münaqişə bölgələrindən biri idi. Hələlik,  sadəcə bir yoluxma faktının qeydə alındığı ölkələr sırasındadır Yəmən.
Səudiyyə Ərəbistanının "Covid-19" epidemiyasına qarşı mübarizəni birinci yerə qoyması, görünür, Yəməndəki hərbi fəaliyyətini bir müddət dondurub. Ancaq bu, hərbi münaqişələrin başa çatdığı mənası daşımır.
Yeni növ koronavirus pandemiyası Orta Şərq coğrafiyasındakı qarşıdurmanı dayandırmadı, ancaq münaqişələrin istiqamətini dəyişmək üçün bir namizəd bir proses kimi nəzərə alınmalıdır.



Әlaqәli Xәbәrlәr