Liviyada dəyişən güc tarazlığı

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “Liviyada dəyişən güc tarazlığı” başlıqlı yazısını təqdim edirik.

1404641
Liviyada dəyişən güc tarazlığı

Liviyada uzun müddətdir davam edən qarşıdurmalar son dövrdə Türkiyənin Milli Həmrəylik Hökumətinə (MHH) verməyə başladığı hərbi dəstəklə yeni bir mərhələyə qədəm qoyarkən, ilk dəfə MHH qüvvələri üsyançı Hafterə qarşı irəliləməyə başladı. MHH qüvvələri qərb xəttindəki strateji əhəmiyyətə malik şəhərlərin nəzarətini ələ keçirdikdə Tunis sərhəddinə çatdılar. Son günlərdə isə Terhunanı ələ keçirmək üçün böyük bir hərbi əməliyyat başlatdı.
Üsyançı Hafter Misir, Səudiyyə Ərəbistanı, Fransa, İsrail və son olaraq Rusiyanın, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəyi ilə BMT nəzdində  qanuni  hökumət olan MHH-yə qarşı üsyan başlatmışdı. General ölkənin şərq tərəfində, Misir sərhədi xəttində yerləşən Tobruk şəhərində alternativ bir idarəetmə quraraq, əvvəllər qeyd etdiyimiz ölkələrin dəstəyi ilə Derne və Benqazi kimi bölgələrin nəzarətini ələ keçirməyə nail oldu və daha sonra Tripoli və Misrata kimi MHH-nin əlindəki böyük şəhərləri hədəf almağa cəhd göstərdi. Hafter Liviyanın daxili tarazlığından çox eynilə bu ölkələrin maraqları naminə Liviyaya hakim olmaq yollarını axtarmaq dalınca gedirdi. MHH qüvvələri isə BMT-nin nəzdində qanuni hakimiyyət olsa da, kifayət qədər beynəlxalq dəstək təmin edə bilmədi. MHH-nin islami xarakteri ilə yanaşı BƏƏ kimi ölkələrin beynəlxalq təşkilatlar üzərindəki təsiri, xüsusən də ABŞ prezidenti Tramp nəzdində yürütdükləri lobbi fəaliyyətləri MHH-nin əlini zəiflədirdi.
Türkiyə isə Hafteri dəstəkləyən koalisiyanın qarşısında dəqiq bir mövqe tutaraq qanuni hökumətdən tərəf oldu. Liviyada Misir və ya Suriya təcrüblələrinin yaşanmaması üçün səy göstərərkən, Liviyanın sadəcə liviyalıların suverenliyi altında qalmasını təmin etmək üçün siyasi addımlar atdı. Ancaq nəticədə Hafterə sadiq qüvvələrin Tripolini təhdid etməsilə MHH qüvvələri ilə hərbi razılaşma əldə etdi və sahədəki hərbi reallığı dəyişəcək addımlar atdı. Türkiyənin hərbi birliyi təlim və məsləhət vermək məqsədliə Liviyada yerləşdirilərkən, Tripoli və Misrata hava məkanlarında nəzarəti təmin etdi. MHH qüvvələri inkişaf etmiş hərbi texnikalar tərəfindən dəstəklənərkən, xüsusilə TB2 pilotsuz uçuş aparatları Hafter qüvvələrinin hərbi üstünlüyünə son qoydu.
Nəticədə Türkiyənin sahədə öz gücünü göstərməsilə  Hafter və dəstəkçilərinin Tripolini ələ keçirmə xəyalları puça çıxarkən, MHH qüvvələri qarşı hücuma başladaraq Tunis sərhədinə nəzarəti yenidən ələ keçirdilər. Ölkənin qərb tərəfindəki strateji hava bazası mühasirəyə alınarkən, Tripolinin cənub şərqindəki əhəmiyyətli şəhər Terhunanın nəzarətini ələ keçirmək üçün də hərtərəfli əməliyyata başlandı. Sahədəki reallıqlar Liviya Milli Həmrəylik hökumətinin lehinə dəyişdi.



Әlaqәli Xәbәrlәr