Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin liderlәrinin gürüşü

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin liderlәrinin 2020-ci ilin 17 aprel tarixindә keçirdiklәri fövqәladә liderlәr görüşünü qiymәtlәndirәcәyik.

1403448
Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin liderlәrinin gürüşü

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin liderlәrinin 2020-ci ilin 17 aprel tarixindә keçirdiklәri fövqәladә liderlәr görüşünü qiymәtlәndirәcәyik.

Liderlәr görüşü Avrasiya İqtisadi Birliyinin dönәm sәdri Belarus prezidenti Aleksandr Lukaşenkonun tәşәbbüsü ilә 2020-ci ilin 14 aprel tarixindә videokonfrans vasitәsilә keçieilib.

Zirvә görüşünә Belarus, Qazaxıstan, Qığızıstan, vә Rusiya Federasiyasının liderlәri, hәminin Ermәnistan baş naziri vә Avrasiya İqtisadi Birliyinin baş katibi qatılıblar.

10 aprel tarixindә dә tәşkilata üzv ölkәlәr vә Moldovanın hökumәt başçıları videokonfrans vasitәsi ilә iclas keçirmişdi.

İclasda tәşkilata üzv dövlәtlәrin pandemiyaya qarşı apardığı mübarizә vә bundan sonra görülәcәk tәdbirlәr müzakirә edildi. Zirvә görüşündә liderlәr  iqtisadi inteqrasiya, strateji әhәmiyyәtә malik  məhsulların gömrükdәn  problemsiz şәkildә keçirilmәsi, rəqəmsallaşdırma prosesinin sürətləndirilməsi və ‘‘COVİD-19’’ ilə birgə mübarizənin aparılması barədə razılığa gəldilər.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәr 2020-ci ilin 31 mart tarixindә  qida təhlükəsizliyini təmin etmək məqsədi ilə xaricә yardım mәqsәdilә göndәrilәcәk әrzaqlar istisna olmaqla 30 iyun 2020-ci ilədək bəzi ərzaq məhsullarının ixracına qadağa qoymuşdu.

Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәr ‘‘yaşıl dәhliz’’ proqramını güvvәyә mindirәrәk epidemiya dövründә mәhsulların gömrükdә saxlanılmamasını tәmin etmәyә çalışır. Rusiya prezidenti Vladimir Putinin epidemiya dövründә bәzi mәhsullara rüsum tәtbiq edilmәmәsi ilә bağlı tәklifi qarşıdakı dövrdә hәyata keçirilә bilәr. Pandemiyanın yayılmağa davam edәcәyi tәqdirdә Avrasiya İqtisadi Birliyinin Avrasiya İnkişaf Bankı vә Avrasiya Sabitlik vә İnkişaf Fondundan dәstәk ala bilәcәyi mәsәlәsi gündәmdәdir. Liderlәr epidemiya dövründә üzv dövlәtlәrin mәrkәzi bankları vә müvafiq qurumlarının eyni zamanda işlәmәlәri ilә bağlı göstәriş verdilәr. Avrasiya İqtisadi Birliyi yanında Pandemiya Әleyhinә Koordinasiya Şurası fәaliyyәtlәrini davam etdirir.

İclasdan sonra dövlәt başçıları birgә bәyannamә yayımladılar. Bәyannamәdә dünyadakı bütün qarşıdırmaların dayandırılması, tәktәrәfli sanksiyaların lәğv edilmәsi vә ‘‘Covid-19’’qarşı birgә mübarizәnin әhәmiyyәtinә diqqәt çәkilib.

Rusiya indiyәdәk koronavirusla mübarizә çәrçivәsindә Avrasiya İqtisadi Birliyinә üzv  dövlәtlәrә 70000 test dәsti göndәrib. Birliyin lider ölkәsi mövqeyindә olan Rusiya dәrman tәdarükü mәsәlәsindә dә Avrasiya İqtisadi Birliyinә kömәk edәcәyini, ‘‘Covid-19’’a qarşı peyvәndin hazırlanması tәqdirdә dә bunu tәrәfdaşları ilә paylaşacağını bildirib.

Zürvә görüşündәn sonra Lukaşenko dövlәt başçılarını 2020-ci ilin 19 may tarixindә Minskdә keçirilmәsi planlaşdırılan  Avrasiya İqtisadi Birliyinin fövqәladә iclasına dәvәt edib. Dövlәt başçılarının iclasa qatılıb-qatılmayacaqları ölkәlәrindә epidemiyanın hәmin tarixlәrdәki vәziyyәtinә bağlıdır.

 2020-ci ilin 19 may tarixindә keçirilәcәk iclada Birliyini 2025-ci ilәdәk olan iqtisadi inteqrasiyasını nәzәrdә tutacaq fәaliyyәtlәr müzakirә olunacaq. Bu plan tәşkilatın iqtisadi inteqrasiyası baxımından böyük әhәmiyyәt kәsb edir.

Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin epidemiyanın qarşısını necә alacağı, Şәrq ilә Qәrb arasında körpü olub-olmayacağı böyük maraq doğurur.

Qırğızıstan prezidenti Ceenbekovun iclasda ifadә etdiyi kimi pandemiya dövrü hamımız üçün bir imtihan olacaq.



Әlaqәli Xәbәrlәr