İdlib və xilas edilən bölgələrin koronavirus ilə mübarizəsi

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “İdlib və xilas edilən bölgələrin koronavirus ilə mübarizəsi” başlıqlı yazısını təqdim edirik.

1395422
İdlib və xilas edilən bölgələrin koronavirus ilə mübarizəsi

Yeni növ koronavirus bütün dünyada sürətlə yayılmağa davam etdiyi bir vaxtda, uzun illərdir vətəndaş müharibəsi nəticəsində ciddi dağıntılara məruz qalan Suriyada epidemiyanın yarada biləcəyi təxribat ciddi narahatlıq doğurur.  Əsəd rejiminin və terror təşkilatı PKK-nın nəzarətində olan bölgələrlə yanaşı İdlib və digər azad edilmiş bölgələr baxımından da koronavirusa ciddi təhdid olaraq nəzər salınmalıdır. Nə qədər də Türkiyə bu bölgələrə bütün imkanlarıyla dəstək olmağa cəhd etsə də başda Ümumdünya Səhiyyə Təşkilatı olmaqla beynəlxalq cəmiyyət virusla mübarizə edə bilmək üçün beş milyondan çox insanın yaşadığı müxalif bölgələrə yardım etmək məcburiyyətindədir.
Uzun illərdir ən ağır döyüş şərtlərinə məruz qalan İdlib və Türkiyənin birbaşa nəzarət etdiyi Afrindən Resulayna gedib çıxan bölgələrdə beş milyondan çox vətəndaş yaşamaq üçün mübarizə aparır. Rejim və terror təşkilatı PKK-nın fasilələrlə hücumlarına məruz qalan bu bölgələr hazırda koronavirus epidemiyası ilə qarşı-qarşıyadır. Nə qədər də Türkiyə İdlib xaricindəki müxalif bölgələrdə əlindən gəldiyi qədər səhiyyə sistemini bərpa etsə də əhali sıxlığı və döyüş şərtləri nəzərdə tutulduqda hələ də ciddi çətinliklər davam edir. İdlibdə isə vəziyyət daha pisdir. Bölgədə üç milyondan çox insan yaşayır. Bölgə 2019-cu ilin avqustundan bəri rejimin, Rusiya və İranın hədəfinə çevrilib. Bölgəyə qarşı təşkil edilən hərbi əməliyyatlarda ən az bir milyon yarım insan didərgin edildikdə, bunların bir milyonu Türkiyə-İdlib sərhəd xəttindəki düşərgələrdə, çox çətin şərtlər daxilində yaşamağa cəhd edirlər. Üç yüz min idlibli isə digər xilas edilmiş bölgələrdə qaçqın kimi yaşayırlar. Əməliyyat zamanı bölgədəki sağlamlıq infrastrukturu ilk növbədə xəstəxanalar və poliklinikalar olmaqla rejim və dəstəkçiləri tərəfindən hədəfə alındı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bölgədəki 300 sağlamlıq bölməsinin ən az yarısı bu hücumlarda məhv edildi. 
Nəticədə istər səhiyyə infrastrukturunun böyük miqyasda dağıdılması və əhalinin sıxlığı və qaçqın düşərgələri baxımından sosial məsafə qaydalarının tətbiq edilməməsi İdlibi koronavirus qarşısında müdafiəsiz edir. Bu çərçivədə beynəlxalq ictimaiyyət bütün imkanları ilə İdlib və digər müxalif bölgələrə kömək etməlidir. Əks təqdirdə yüz minlərlə insan ölə bilər.



Әlaqәli Xәbәrlәr