Türkiyә ‘‘Covid-19’’ la mübarizәdә beynәlxalq hәmrәyliyә böyük әhәmiyyәt verir

''Avrasiya gündəmi'' proqramının bu günkü hissəsində ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Türkiyәnin Avrasiya ölkәlәri ilә hәmrәyliyini qiymәtlәndirәcәyik.

1394758
Türkiyә ‘‘Covid-19’’ la mübarizәdә beynәlxalq hәmrәyliyә böyük әhәmiyyәt verir

''Avrasiya gündəmi'' proqramının bu günkü hissəsində ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Türkiyәnin Avrasiya ölkәlәri ilә hәmrәyliyini qiymәtlәndirәcәyik.

‘‘Covid-19’’  sürәtlә yayılmağa davam edir. Bu növ pandemiya dövründә dünyada beynәlxalq hәmrәyliyin ön plana çıxması әhәmiyyәt kәsb edir. Bu çәrçivәdә Türkiyәnin yürütdüyü siyasәt bütün dünya üçün nümunәdir. Aprel ayının әvvәlindәn etibarәn Türkiyәdәn yardım istәyәn ölkәlәrin sayı 100-ә çatıb. Türkiyә rәhbәrliyi imkanlar daxilindә bu ölkәlәrә yardım әlini uzadır.

Türkiyә ‘‘Covid-19’’un yayılmağa başladığı Çinә yardım edәrәk sözügedәn virusla mübarizәdә ölkәlәrarası hәmrәyliyin nә dәrәcәdә әhәmiyyәtli olduğunu nümayiş etdirib.Son günlәrdә Avrasiya coğrafiyasındakı ölkәlәrdә dә ‘’Covid-19’’ sürәtlә yayılmağa başlayıb vә Türkiyә  dә bu coğrafiyadakı ölkәlәrә yardımlarını davam etdirir.

2020-ci ilin 21 mart ayında Bolğarıstan müdafiә naziri Krasimir Karakaçanov ‘‘Covid-19’’un yayılmasının qarşısını alan tibbi lәvazimat mәsәlәsindә ölkәsinә Avropanın deyil Türkiyәnin yardım etdiyini söylәyib.

Azәrbaycan sәhiyyә naziri Oqtay Şirәliyev martın 25-dә yeni növ koronavirusu müәyyәn edәn test dәstlәrinin Türkiyәnin vasitәçiliyi ilә әldә etdiklәrini  açıqlayıb. Ege Universiteti aprelin 1-dә azәrbaycanlı  hәkimlәrә  yeni növ koronavirusla mübarizә mәsәlәsindә tәhsil verilәcәyini vә daha sonra onların Azәrbaycana göndәrilәcәyini bildirib.

Mart ayının 26-da Türkiyәnin Bişkek şәhәrindә inşa etdiyi Kırğız-Türk Dostluq Xәstәxanasının yeni növ koronavirusla mübarizә çәrçivәsindә Qırğızıstana tәhvil verildiyi açıqlanıb. Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin Bişkekdәki ofisi keçәn il Qırğızıstanın Batken Xәstәxanasının yoluxucu xәstәliklәr şöbәsinin  tәmir  işlәrini hәyata keçirmişdi. Mәlumata әsasәn, koronavirusa tutulmuş xәstәlәr bu xәstәxanada müalicә olunur.

Mart ayının 27-dә Macarıstan xarici işlәr vә ticarәt naziri Peter Szijjarto ölkәsinin ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә ötәn günlәrdә Türk Şurasından  yardım istәdiyini  vә Türkiyәnin tibbi maska istehsalında istifadә edilәcәk 8 ton materialın Macarıstana ixrac edilmәsinә icazә verdiyini bildirib.

Mart ayının 31-dә mәrkәzi Ankarada yerlәşәn bir inşaat şirkәti Qazaxıstana ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә 1000 әdәd tibbi lәvazimat bağlaması göndәrib. Avrasiya coğrafiyasında fәaliyyәt göstәrәn Türk şirkәtlәri yerli hakimiyyәt orqanlarına vә xalqa yardım etmәk üçün sәylәr göstәrir.

Aprel ayının 1-dә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüşdә ‘‘Covid-19’’la mübarisәdә әmәkdaşlıq mәsәlәsi müzakirә olunub.

Eyni gün prezident Әrdoğan ukraynalı hәmkarı Vladimir Zelenski ilә telefon әlaqәsi saxlayıb. Görüşdә Vladimir Zelenskinin Türkiyәdәn süni tәnәffüs aparatı ilә xüsusi geyim yardımı istәdiyi bildirilib.

Aprelin 2-dә Müstәqil Sәnayeçi vә İş Adamları Dәrnәyi  ilә Türk vә Gürcü İş Adamları Dәrnәyinin üzvlәri Türkiyәnin Gürcüstandakı sәfirliyinin koordinasiyası ilә 200 ailәyә humanitar yardım edib.Ölkәdә fәaliyyәt göstәrәn Türk iş adamları Gürcüstan hökumәtinin ‘‘Covid-19’’la mübarizә aparan yardım fonduna ciddi şәkildә  dәstәk verib.Yeri gәlmişkәn qeyd edәk ki, TİKA keçәn il Batum Yoluxucu Xәstәliklәr Xәstәxanasını tәmir edәrәk Gürcüstan hökumәtinә  tәhvil vermişdi.

TİKA-nın fәaliyyәtlәrindәn söz açılmışkәn bu agentlik 2018-ci ildә Tacikistandakı Tursunzadә Mәrkәzi Yoluxucu Xәstәliklәr Xәstәxanasının Pediatriya Şöbәsini tәmir etmişdi vә xәstәxananın 3-cü mәrtәbәsindә 33 çarpayılı infeksiya söbәsi yaratmışdı.

Türkiyә ölkәlәrinә qayıda bilmәyәn tәlәbәlәrә dә sahib çıxır. Türkiyәdәki iş adamlarının da dәstәyi ilә 300-dәn çox qazax tәlәbә ölkәlәrinә göndәrilmişdi.

Әziz ocucularımız Türkiyә ‘‘Covid-19’’ la mübarizәdә beynәlxalq hәmrәyliyә böyük әhәmiyyәt verir. Türkiyәnin Avrasiya bölgәsinә etdiyi yardım qarşıdakı dövrdә ikitәrәfli münasibәtlәrin daha da inkişaf etmәsinә, rәsmi Ankaranın bölgәdәki mövqeyinin güclәnmәsinә töhfә verәcәk.



Әlaqәli Xәbәrlәr