Türkmǝnistan prezidentinin Azǝrbaycana sǝfǝri

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Türkmǝnistan prezidenti Qurbanqulu Berdimǝhǝmmǝdovun Bakıya etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

1380638
Türkmǝnistan prezidentinin Azǝrbaycana sǝfǝri

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Türkmǝnistan  prezidenti Qurbanqulu Berdimǝhǝmmǝdovun Bakıya etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

Türkmǝnistan prezidenti Qurbanqulu Berdimǝhǝmmǝdov 2020-ci ilin 11 mart tarixindǝ Azǝrbaycanın paytaxtı Bakıya sǝfǝr edib. Qurbanqulu Berdimǝhǝmmǝdov  Bakıda Azǝrbaycan prezidenti İlham Əliyev tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb.Daha sonra prezidentlǝr arasında tǝkbǝtǝk görüş keçirilib. Görüşdǝn sonra iki ölkǝ arasında 17 müqavilǝ imzalanıb. Yeri gǝlmişkǝn qeyd edǝk ki, İlham Əliyevin 2018-ci ilin 21-22 noyabr tarixlǝri arasında Türkmǝnistana etdiyi sǝfǝr çǝrçivǝsindǝ iki ölkǝ arasında 21 müqavilǝ imzalanmışdı.

Azǝrbaycan ilǝ Türkmǝnistan arasındakı münasibǝtlǝrin son illǝrdǝ inkişaf etdiyini deyǝ bilǝrik. Hǝr iki ölkǝ dǝ nǝqliyyat vǝ energetika sahǝlǝrindǝ böyük nailiyyǝtlǝrǝ imza atmaq istǝyir. Bu çǝrçivǝdǝ 2017-ci ilin may ayında ''Türkmǝnbaş'' vǝ ''Alat'' limanların açılışı olub. Rǝsmi Bakı vǝ Aşqabad  bu sahədə intensiv əməkdaşlığı inkişaf etdirməyə müvəffəq olsalar Şərq ilə Qərbi birbirinə bağlaya bilərlər. Bu çərçivədə Afqanıstanı Türkmənistana, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə bağlayan ''Lapis Lazuri'' marşrutunun inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bakı və Aşqabad arasında fəal nəqliyyat şəbəkəsinin qurulması Türkiyənin də faydasına olacaq. Hər üç dövlətin tranzit ölkə mövqeyini möhkəmləndirəcəyi aydındır. Azərbaycan ilə Türkmənistan keçən il Buxarestdə imzalanan Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün səylər göstərir. Dilə gətirilməsə də qapalı qapılar arxasında liderlərin Türkmənistan təbii qazını Qərbə nəql ediləsi məsələsini müzakirə etdikləri aydındır.

Xəzər dənizində inşa ediləcək  təbii qaz boru kəməri Türkmənistanın təbii qaz bazarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Bu layihənin həyata keçirilməsi iki ölkə arasındakı münasibətləri inkişaf etdirəcək və ticarət həcmini artıracaqdır. İkitərəfli münasibətlərin inkişafına töhfə verəcək digər bir sahə də xalçaçılıqdır. Hər iki ölkənin bu sahədə ciddi təcrübəsi var.

Azərbaycan indiyə qədər qonşu ölkələrlə uğurlu şəkildə  yaratdığı üçtərəfli mexanizmini rəsmi Aşqabadla da yarada  bilər. Bu çərçivədə yüksək səviyyəli Türkmənistan-Azərbaycan-Türkiyə görüşləri yenidən canlandırılmalıdır. Nazirlər səviyyəsindəki üçtərəfli görüşlər Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan, Pakistan, Çin və İranla həyata keçirilə bilər. Bu üçtərəfli görüşlər  ənənəvi hal alsa, rəsmi Aşqabad ilə Bakı arasındakı münasibətlər möhkəm təməl üzərində qurulacaqdır.

Türkmənistan neytrallıq statusunu qoruyarkən bölgədəki ölkələrlə, xüsusən də qardaşları ilə əməkdaşlığı daha da inkişaf etdirməlidir. Əks təqdirdə, Türkmənistanın yüksək rifah səviyyəsinə malik ölkə olmasının çətin olacağını deyə bilərik. Bu səbəbdən Türkmənistanın Türk Respublikaları arasındakı inteqrasiya prosesində fəal iştirak etməsi məqsədəuyğun olar.



Әlaqәli Xәbәrlәr