“Bahar qalxanı” hərəkatı

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Bahar qalxanı” hərəkatı adlı analitik yazısı.

1371949
“Bahar qalxanı” hərəkatı

Son həftələrdə mərkəzi İdlib olmaqla baş verənlər Suriya münaqişəsinin yeni bir mərhələyə daxil olduğunu göstərir. Rusiyanın dəstəklədiyi Əsəd rejiminə bağlı quru və hava ünsürlərinin İdlibdə strateji mövqedəki M4 və M5 yollarının nəzarətini ələ keçirmək təşəbbüslərinə Türkiyənin sərt müqavimət göstərməsi İdlibi bir anda dünyanın gündəminə oturtdu. Ən son 27 fevral tarixində Əsəd rejiminə sadiq hava ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini hədəfə alması nəticəsində Türkiyənin 33 hərbi qulluqçusunun şəhid edilməsi İdlib böhranını daha da dərinləşdirdi və Türkiyənin rejimə çox sərt və gənişmiqyaslı cavab verməsinə gətirib çıxardı. Hava hücumu Rusiya tərəfindən edildi. Bu, məlumdur. Buna rəğmən rəsmi Ankara hücuma Əsəd rejiminin məsuliyyəti kimi baxdı və İdlib ətrafında rejimə ciddi itkilər verdirdi. Bu vəziyyət Suriya müharibəsində iki dövlətin bu səviyyədə qarşı-qarşıya gəlməsi mənası daşıyır. Bununla yanaşı, Türkiyənin əməliyatı Suriya böhranı ilə maraqlanan bütün ölkələrin məqamlarını gözdən keçirməsinə səbəb oldu.

Türkiyə “Bahar qalxanı” adı altında keçirdiyi əməliyyat ilə həqiqi gücünü də göstərdi. Suriya vətəndaş müharibəsi müddətində bu səviyyədə Türkiyə ilə qarşı-qarşıya gəlməmişdi. Türkiyə hava məkanının Türk döyüş təyyarələrinə bağlı olmasına baxmayaraq, silahlı pilotsuz uçuş aparatlarından (SPUA) istifadə edərək Suriya hava məkanına daxil oldu və Suriya rejiminə məxsus İdlib ətrafındakı bütün hərəkəti ünsürləri məhv etdi.  Əməliyyatın ikinci günündə Suriya rejimi öz sıralarında vuruşan 2500-dən çox (rəsmi rəqəmlər) əsgərini və milis ünsürlərini itirdi. Bununla yanaşı 100-ə yaxın tankını Türk hava hücumlarında itirdikdə, iki ədəd SU-24 və L-36 növ döyüş təyyarəsi də Türkiyə tərəfindən düşürüldü. Rejimin itkiləri bunlarla məhdud deyil; hava müdafiə sistemləri, topçu batareyaları və çox sayda zirehli texnikası da rejimin itkiləri arasındadır. Bununla da Türkiyə sadəcə əsgərinə istiqamətli hücuma bərabər səviyyədə cavab vermək əvəzinə rejimin ağır itkilərinə səbəb olacaq hərbi taktika və strategiya təqib etdi. Rəsmi Ankara xüsusilə SPUA hücumları ilə müharibə tarixində yeni bir mərhələyə daxil olunmasını təmin etdi.  

Strategiyanın yekun hədəfi isə xeyli açıqdır; rejimi orginal Soçi xəttinə geri çəkilməyə məcbur etmək. Ancaq sahədən gələn xəbərlər rejimin ağır itkilərinin olmasına baxmayaraq mövqelərindən çəkilməyəcəklərini göstərir. Nəticədə M4 və M5 yollarına eyni anda nəzarət etməyə yarayan  strateji əhəmiyyətə malik Serakip bölgəsinə nəzarətin davamlı əl dəyişməsi nümunə kimi göstərilə bilər. Ayrıca görünür ki, rəsmi Moskva əməliyyatın ilk günündə rejimin ağır itkiləri qarşısında hər hansı mövqe ortaya qoymasa da daha sonra dəqiq mövqe ortaya qoydu. Serakip bölgəsinə Rusiya hərbi polisini cəlb edən rəsmi Moskva Türkiyənin əməliyyatının əhatə dairəsini genişlətmə ehtimalı qarşısında öz mövcudluğunu ön plana çıxarıb. Bu, istər-istəməz Türkiyənin daha diqqətli rəftar etməsinə səbəb olur. Çünki hər iki ölkə də birbaşa qarşı-qarşıya gələcək toqquşma mühitindən tərəf deyillər.

Türkiyə  orginal Soçi müqaviləsinin sərhədləri barədə təkidlə dayandıqda, rəsmi Moskvanın niyyətinin daha fərqli olduğunu görürük. Hər iki ölkənin də toqquşmanı şiddətləndirməkdən tərəf olmadıqları isə aydın olub.  

5 martda bir araya gələn Putin və Ərdoğan İdlib böhranında yeni atəşkəs xəttini işə salmaqla böhranın dərinləşməsinin qarşısını alaraq, 2018-ci ildə imzalanan Soçi razılaşmasına daha 3 maddə əlavə etdi. Atəşkəsin elan edilməsi ilə M4 magistral yolunun şimalına və cənubuna 6 km dərinlikdə təhlükəsizlik dəhlizin yaradılması barədə razılıq əldə edildi.

Digər tərəfdən M4 yolu xəttində Türkiyə-Rusiya birgə patrul xidmətlərinin başlanması ilə bağlı razılıq əldə edildi. Beləcə, Türkiyə rejimin və Rusiyanın daha çox irəliləməsinin qarşısını alaraq yeni bir qaçqın böhranının ortaya çıxmasına oldu və müxaliflərin mövqelərini qorumaq üçün zaman qazanmış oldu.

Moskva sammitində İdlib böhranının daimi həlli olmasa da, müvəqqəti bir formula ilə böhranın dərinləşməsinin qarşısı alındı. Rusiyanın və rejimin bundan sonra yeni bir hücum başlatmayacağının zəmanəti olmasa da Türkiyə gələcəkdə mövcud sahə üzərində hakimiyyətini gücləndirərək İdlib böhranının yenidən qarşısını ala bilər. Moskva sammitinin ən vacib nəticəsi odur ki, Türkiyə-Rusiya münasibətlərinin digər cəhətləri daha əhəmiyyətli görülərək İdlib səbəbindən riskə atılmadı. Ancaq günün sonunda ikitərəfli münasibətlər İdlib böhranından yara alaraq çıxdı.

 



Әlaqәli Xәbәrlәr