ABŞ-ın Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ bağlı yürütdüyü siyasǝt
Proqramımızın bu günkü hissǝsindǝ Özbǝkistanda keçirilǝn Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ ABŞ-ın xarici işlǝr nazirlǝri sǝviyyǝsindǝki yığıncağını (C5+1) vǝ Amerika Birlǝşmiş Ştatlarının Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ bağlı yürütdüyü siyasǝti qiymǝtlǝndirǝcǝyik.
Avrasiya gündǝmi_08
Proqramımızın bu günkü hissǝsindǝ Özbǝkistanda keçirilǝn Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ ABŞ-ın xarici işlǝr nazirlǝri sǝviyyǝsindǝki yığıncağını (C5+1) vǝ Amerika Birlǝşmiş Ştatlarının Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ bağlı yürütdüyü siyasǝti qiymǝtlǝndirǝcǝyik.
2020-ci ilin 3 fevral tarixindǝ Özbǝkistanın paytaxtı Daşkǝnddǝ Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ ABŞ-ın xarici işlǝr nazirlǝri sǝviyyǝsindǝki yığıncağı keçirildi. 2015-ci ildǝn etibarǝn keçirilǝn yığıncağa Amerika Birlǝşmiş Ştatları, Qazaxıstan, Qırğızıstan, Özbǝkistan, Tacikistan vǝ Türkmǝnistanın xarici işlǝr nazirlǝri qatılıb. Yığıncaqda Amerika Birlǝşmiş Ştatlarının Mǝrkǝzi Asiya ölkǝlǝri ilǝ olan münasibǝtlǝri, energetika, regional tǝhlükǝsizlik, beynǝlxalq terrorizm , ekstremizmlǝ mübarizǝ, sǝrhǝd tǝhlükǝsizliyi vǝ Әfqanıstan problemi kimi mövzular müzakirǝ olunub. Özbǝkistan prezidenti Şavkat Mirziyoyev ölkǝsinǝ sǝfǝr edǝn Amerika Birlǝşmiş Ştatları dövlǝt katibi Mayk Pompeonu qǝbul edib.
Mayk Pompeo Özbǝkistana etdiyi sǝfǝrdǝn sonra Amerika Birlǝşmiş Ştatlarının Mǝrkǝsi Asiya ölkǝlǝri ilǝ bağlı 2019-2025-ci illǝr arasındaki strategiyası yayımlanıb. Hǝmin strategiyaya ǝsasǝn, Amerika Birlǝşmiş Ştatları bölgǝ ölkǝlǝrinin daha müstǝqil olmasını arzulayır. Tǝhlükǝsizlik vǝ iqtisadi ǝlaqǝlǝrin inkişaf etdirilmǝsi dǝ ABŞ-ın yeni strategiyasının ǝsas başlıqları arasındadır. Amerika Birlǝşmiş Ştatları Әfqanıstandakı yükünü azaltmaq üçün Mǝrkǝzi Asiya ölkǝlǝrini bu mǝsǝlǝyǝ cǝlb etmǝk niyyǝtindǝdir. Çin vǝ Rusiyanı ǝhatǝ etmǝk üçün dǝ Türkmǝnistanın strateji mövqeyi Vaşinqton üçün böyük ǝhǝmiyyǝt kǝsb edir.
Amerika Birlǝşmiş Ştatları NATO vasitǝsilǝ bölgǝ ölkǝlǝri ilǝ tǝhlükǝsizlik sahǝsindǝ ǝmǝkdaşlığını güclǝndirir. Rǝsmi Vaşinqtonun bölgǝdǝ mülki ictimaiyyǝtin güclǝndirilmǝsi ilǝ bağlı fǝaliyyǝtlǝri hǝr ölkǝdǝ istǝdiyi sǝviyyǝdǝ deyil. Amerika Birlǝşmiş Ştatları rǝhbǝrliyi yenǝ dǝ demokratiyanı güclǝndirmǝk vǝ problemlǝrin qarşısını almaq adı altında bölgǝ ölkǝlǝrinǝ dǝstǝk vermǝyǝ davam edir.
Son dövrdǝ Amerika Birlǝşmiş Ştatlarının Qazaxıstan vǝ Özbǝkistanla daha yaxın ǝmǝkdaşlıq etmǝk istǝdiyi müşahidǝ olunur. Sözügedǝn ölkǝlǝr bölgǝnin ǝn böyük dövlǝtlǝri hesab olunur. Bu sǝbǝbdǝn Amerika Birlǝşmiş Ştatları dövlǝt katibi Mayk Pompeo Qazaxıstana vǝ Özbǝkistana sǝfǝr etdiyindǝ ABŞ şirkǝtlǝrinin bu ölkǝlǝrdǝki fǝaliyyǝtlǝrini vurğulamışdı. Çinin Sincar bölgǝsinǝ daha yaxın ola bilmǝk üçün dǝ Amerika Birlǝşmiş Ştatları bölgǝ ölkǝlǝri ilǝ xüsusilǝ dǝ Qazaxıstanla ǝlaqǝlǝrini inkişaf etdirmǝlidir.
Amerika Birlǝşmiş Ştatları Şavkat Mirziyoyev prezident seçildikdǝn sonra Daşkǝnd rǝhbǝrliyi ilǝ münasibǝtlǝri inkişaf etdirmǝyǝ ǝhǝmiyyǝt verir.
Qeyd edǝk ki, ABŞ dövlǝt katibi Mayk Pompeo koronavirusla mübarizǝ çǝrçivǝsindǝ Özbǝkistana kömǝk edǝcǝklǝrini açıqlayıb. Amerika Birlǝşmiş Ştatlarının Daşkǝnddǝki sǝfiri Daniel N. Rosenblum da Özbǝkistana tǝtbiq olunan ‘‘Jackson-Vanik’’ qanununun artıq ǝhǝmiyyǝtini itirdiyini bildirib. Amerika Birlǝşmiş Ştatları Özbǝkistanın Avrasiya İqtisadi Birliyinǝ deyil, Dünya Ticarǝt Tǝşkilatına üzv olması üçün sǝylǝr göstǝrir.
Amerika Birlǝşmiş Ştatları rǝhbǝrliyi hǝm Әfqanıstan probleminin hǝlli, hǝm dǝ qlobal rǝqiblǝrini ǝhatǝ etmǝk üçün Mǝrkǝzi Asiya bölgǝsindǝki mövcudluğunu güclǝndirmǝk mǝcburiyyǝtindǝdir.
Rusiya vǝ Çinin bölgǝdǝki mövcud mövqeyi Amerika Birlǝşmiş Ştatlarının Mǝrkǝzi Asiya bölgǝsindǝ tǝsirli olmasını çǝtinlǝşdirǝn ǝhǝmiyyǝtli faktor olaraq diqqǝt çǝkir. Digǝr tǝrǝfdǝn Şanxay Әmǝkdaşlıq Tǝşkilatına üzv olan Hindistan vǝ Pakistan da bölgǝdǝki gücünü göstǝrmǝk üçün son illǝrdǝ sǝylǝr göstǝrir.
Sovet İttifaqı dağıldıqdan sonra Türkiyǝ Türküstan coğrafiyasındakı qardaş dövlǝtlǝrǝ sahib çıxaraq onlara dǝstǝk olmağa çalışıb. Hazırda Türkiyǝnin bölgǝ ölkǝlǝri ilǝ olan ǝlaqǝlǝri ǝn yüksǝk sǝviyyǝdǝdir. Amerika Birlǝşmiş Ştatları Mǝrkǝzi Asiyada öz gücünü göstǝrǝ bilmǝk üçün Türkiyǝnin dǝstǝyinǝ möhtǝçdır.
Әlaqәli Xәbәrlәr
Türkiyə neft hasilatında rekorda imza atılıb
Türkiyə tarixində ilk dəfə neft hasilatında rekorda imza atılıb.
Bir saat 60 dəqiqədir, çünki … (mətin və audio)
Nə üçün bir saat 20 və ya 100 deyil, 60 dəqiqədir? Niyə bir sutkada 24 saat var?