İdlibdə rejim və müttəfiqlərinə sülh üçün təzyiq etmək
Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “İdlibdə rejim və müttəfiqlərinə sülh üçün təzyiq etmək” başlıqlı yazısı

Həftənin analizi_07_2020
Suriyada Əsəd rejiminə sadiq qüvvələr Rusiya və İranın artaraq davam edən dəstəyilə Astana prosesinin ziddinə İdlibdəki hücumlarını davam etdirir. Strateji M4-M5 quru yoluna nəzarəti ələ keçirəcək şəkildə irəliləyən rejim qüvvələri Serakibdən əl-Eys qəsəbəsinədək olan bölgələri ələ keçirəndə, son bir ildə bölgədən deməli bir milyon yarıma yaxın insan ev-eşindən edildi. İdlibə istiqamətli genişmiqyaslı hərbi əməliyyat rejim və müttəfiqlərinin artıq siyasi həlldən çox hərbi qələbə axtarışına üz tutduqlarını təsdiq edərkən, Türkiyə isə atdığı hərbi addımlarla buna icazə verməyəcəyini ortaya qoydu.
Rejim qüvvələri son iki həftədir İdlibdəki hücumlarını artırarkən, qurudan İrana bağlı şiə milislər, havadan isə Rusiyanın güclü dəstəyini götürərək müxalifətə qarşı irəliləməkdə davam etdi. İdlibin ən böyük qəsəbəsi olan Maaret əl Numana nəzarətin ələ keçirilməsindən sonra şimala üz tutaraq M4-M5 quru yollarını bir-birinə bağlayan strateji əhəmiyyətə sahib Serakibi də ələ keçirdilər. Yüz minlərlə insan atəş altındakı bölgələrdən Türkiyə sərhəddi istiqamətində qaçmağa başladı. Türkiyə bu vəziyyəti görərək İdlib daxilində ciddi mənada hərbi gücünü artıraraq rejim qüvvələrinə qarşı ultimatum vermək məcburiyyətində qaldı. Ancaq rejimin birbaşa Serakib və Teftanaz kimi bölgələrdə Türkiyə əsgərlərinə hücum etməsi nəticəsində Türkiyə Suriya vətəndaş müharibəsinin başlanışından bəridir ilk dəfə genişmiqyaslı olaraq rejim qüvvələrini hədəf almaq məcburiyyətində qaldı. Prezident Ərdoğan tarix verərək, əgər fevral ayının axırınadək rejim qüvvələri Soçi razılaşması sərhədlərindən kənara çıxmayacağı təqdirdə isə biz hərbi müdaxilə edərik dedi.
Prezident Ərdoğanın əlaqədar açıqlamaları və Türkiyə Silahlı Qüvvələrinin İdlibə ciddi səviyyədə hərbi yığınaq etməsi Türkiyənin bölgəyə dair hərəkət tərzinin dəyişdiyini və artıq yeni dövrə daxil olduğumuzu göstərir. Türkiyə hələ də Rusiya ilə razılaşma zəminini yaradaraq rejimin Soçi sərhədlərindən kənara çəkilməsini arzu edir, ancaq əgər bu reallaşmayacağı təqdirdə isə Türkiyə və müxalif ünsürlər rejimi Türkiyənin 12 müşahidə məntəqəsindən kənara oturdacaq bir hərbi əməliyyat başladacaqlar kimi görünür. Ancaq bu ehtimalın reallaşması elə mümkün deyil. Rejimlə yanaşı Rusiyanın son dövrdə Suriya sahəsində atdığı addımlar Türkiyənin milli maraqlarına zərər verir. Rusiyanın Türkiyənin bir müttəfiq olaraq dəyərini başa düşməsinin vaxtı gəlib çatdı. Türkiyənin hərbi həll yolu ilə bağlı maliyyətini yüksəltməsi, sülhün daşıdığı əhəmiyyətin başa düşülməsi və Rusiya tərəfindən də bunun dərk edilməsi baxımından vacib görünür.