Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın Ukrayna sǝfǝri

‘‘Avrasiya gündәmi’’ proqramının bu hissәsindә Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın Ukraynaya etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın Ukrayna sǝfǝri

Avrasiya Gündəmi_07

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu hissәsindә Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın Ukraynaya etdiyi sǝfǝri qiymǝtlǝndirǝcǝyik.

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan 2020-ci ilin 3 fevral tarixindǝ Ukraynaya sǝfǝr edib. Yeri gǝlmişkǝn, qeyd edǝk ki, Türkiyǝ ilǝ Ukrayna arasındaki diplomatik ǝlaqǝlǝr  1992-ci ilin 3 fevral tarixindǝ qurulub. Türkiyǝ prezidenti Kiyevdǝ rǝsmi mǝrasimlǝ qarşılanıb. İki ölkǝ liderlǝri tǝkbǝtǝk görüş keçirib. Daha sonra VIII Türkiyǝ-Ukrayna Yüksǝk Sǝviyyǝli Streteji Şurasının iclası baş tutub. Tǝrǝflǝr arasında ǝmǝkdaşlığa dair yeddi müqavilǝ imzalanıb, hǝmçinin Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğanın iştirakı ilǝ Ukrayna-Türkiyǝ Biznes Forumu tǝşkil edilib.

Son dövrdǝ iki ölkǝ arasındaki münasibǝtlǝrin  inkişaf etdiyini deyǝ bilǝrik. Tǝhlükǝsizlik sahǝsindǝki ǝmǝkdaşlığın iki ölkǝ arasındaki münasibǝti yüksǝk sǝviyyǝyǝ çatdırdığını qeyd edmǝk lazımdır. Bu çǝrçivǝdǝ Ukraynanın Türkiyǝdǝki sǝfiri Andrey Sibiqa Türkiyǝnin Ukrayna ordusuna 200 milyon Türk lirǝsi mǝblǝğindǝ vǝsait ayıracağını  bildirib.

Türkiyǝ Ukraynadan  ‘‘Antonov-178’’tipli  tǝyyarǝ almaq niyyǝtindǝdir. Türkiyǝnin  müdafiǝ naziri  mart ayında Ukraynaya sǝfǝr edǝcǝk. Keçirilǝcǝk görüşlǝrdǝ terrorla mübarizǝ vǝ tǝhlükǝsizlik mǝsǝlǝlǝri müzakirǝ olunacaq. Tǝhlükǝsizlik sahǝsindǝki ǝmǝkdaşlığın inkişaf etdirilmǝsi hǝr iki ölkǝyǝ dǝ çox şey qazandıracaq.

 İki ölkǝ arasında viza rejiminin sadǝlǝşdirilmǝsinǝ dair ǝldǝ olunan müqavilǝ öz bǝhrǝsini vermǝyǝ başlayıb. Keçǝn il Ukraynadan Türkiyǝyǝ 1,5 milyon turist gǝlib. Beş il bundan ǝvvǝl Ukraynadan Türkiyǝyǝ tǝxminǝn 700 min turist gǝlirdi.

Sağlamlıq turizmi sahǝsindǝ dǝ Türkiyǝ ukraynalıların ǝn çox üstünlük verdiyi ölkǝdir. İki ölkǝ arasında sürücü vǝsiqǝlǝrinǝ dair ǝldǝ olunan müqavilǝ dǝ turizmin canlanmasına töhfǝ verǝcǝk.

Kiyevdǝ keçirilǝn biznes forumunda azad ticarǝtǝ dair müqavilǝnin  bu il imzalana bilǝcǝyi açıqlanıb. Azad ticarǝtǝ dair müqavilǝ qüvvǝyǝ minǝrsǝ iki ölkǝ arasındaki ǝlaqǝlǝrin yeni bir sǝviyyǝyǝ çatacağını  vǝ iki ölkǝ rasındakı ticarǝt hǝcminin 10 milyard dollara yüksǝlǝcǝyini söylǝyǝ bilǝrik. Hazırda iki ölkǝ arasındaki ticarǝt hǝcmi 4 milyard dollardır. Baharda keçirilmǝsi planlaşdırılan Türkiyǝ-Ukrayna Ticari vǝ İqtisadi Әmǝkdaşlıq Komissiyasının yığıncağında  bu mǝsǝlǝ ilǝ bağlı irǝlilǝyiş ǝldǝ oluna bilǝr.

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Ukraynada Krım tatarları, Qaqauz vǝ Ahıska Türklǝri ilǝ ayrı-ayrılıqda görüşlǝr keçirib. Ukraynadakı Türk xalqlarının tǝmsilçilǝri Türkiyǝ ilǝ  Ukrayna arasındaki  münasibǝtlǝrin inkişaf etmǝsinǝ töhfǝ verir.

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib  Әrdoğan Kiyevǝ etdiyi sǝfǝr çǝrçivǝsindǝ  ölkǝsinin  Ukraynanın torpaq bütövlüyü ilǝ bağlı mövqeyini bir daha vurğulayıb. Әrdoğan rǝsmi qarşılama merasimindǝ ‘‘Slava Ukraine’’ (Yaşasın Ukrayna) ifadǝsini işlǝdib.

Qeyd edǝk ki, Türkiyǝ Rusiyada saxlanılan Ukrayna vǝtǝndaşlarının azad edilmǝlǝri üçün danışıqlar apara bilǝr. Türkiyǝ prezidentinin Ukraynaya etdiyi sǝfǝr sǝmǝrǝli keçib. Ukrayna ilǝ ǝmǝkdaşlığın inkişaf etdirilmǝsi Türkiyǝnin Qara dǝnizdǝ vǝ şimalındakı mövqeyini güclǝndirǝ bilǝr.

 

 



Әlaqәli Xәbәrlәr