İdlibdə humanitar böhran

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “İdlibdə humanitar böhran” başlıqlı yazısı.

1349685
İdlibdə humanitar böhran

Həftənin analizi_5

Əsəd rejimi Rusiya və İranın dəstəyilə uzun müddətdir İdlibə hücum etməkdə davam edir. Sadəcə son iki ay ərzində 200 mindən artıq insan ev-eşiyindən edildikdə, minlərləsi isə həyatını itirdi yaxud da yaralandı. Rejim və müttəfiqləri sadəcə hərbi hədəfləri birbaşa dinc vətəndaşları hədəf alaraq bölgəni əvvəl insanlardan təmizləyib sonra isə ələ keçirməyə cəhd göstərir. Suriyalı müxalifət üçün son qala mövqeyindəki İdlibdə əksəriyyəti ev-eşiyindən edilmiş çətin şərtlərdə dörd milyona yaxın insan yaşadıqda, Türkiyə isə bütün gücü ilə buradakı humanitar böhranın qarşısını almağa cəhd göstərir.  

2018-ci ilin sentyabr ayında imzalanan Soçi razılaşmasına baxmayaraq rejimin İdlibə qarşı hücumları fasilələrlə davam etdi, sonra isə rusların havadan hücumlarının başlaması ilə İdlib yenidən toqquşmaların mərkəzinə çevrildi. Rejim 2019-cu ildə başlatdığı hücumlarından sonra Həmanın şimalında irəliləyiş oldu, bu proses Morekdəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bazasının mühasirədə olması və Xan Şeyxun məntəqəsinin müxalifət tərəfindən itirilməsilə nəticələnmişdir.

Bu prosesdən etibarən davam edən fasiləli hücumlar və Rusiyanın hava hücumları nəticəsində yüz minlərlə dinc vətəndaş ev-eşiyindən edildi. İdlib hövzəsində bütün hücumlarla ev-eşiklərindən edilən dinc vətəndaş sayı 1,6 milyona yaxınlaşıb. Bununla yanaşı 322 milyon dollarlıq maddi zərərin  yarandığı ifadə edilir. Son dövrdə edilən hücumlar nəticəsində TSQ-ya məxsus Surmandakı müşahidə bazası rejim qüvvələri tərəfindən mühasirəyə alınıb. 2019-cu ilin dekabr ayından etirabən edilən hücumlar nəticəsində təqribən 400 min dinc əhalinin Türkiyə sərhədinə gəldiyi ifadə edilir. Rejim İdlibin cənub-şərqinə və Hələbin qərbinə etdiyi son hücumlarla “M5” yoluna nəzarəti, bundan əlavə olaraq da Maarat əl Numan şəhərini ələ keçirdi. Rusiya və rejimin İdlibdə qısa müddətli planlarının “M4” və “M5” yollarına nəzarət edərək, İdlib şəhər mərkəzini də qurudan bombalaya biləcəyi nöqtəyə gətirməyi hədəf aldığı düşünülür.

Bütün bunlarla yanaşı Rusiya, İran və rejimin İdlib hücumlarının digər bir motivasiyası isə mülki yaşayış məntəqələrini məhv edərək, bölgə xalqını köçə məcbur etmək və münasibətilə Suriyada nəzarət edilə biləcək bir demoqrafiya əldə etməkdir. Bunun üçün dinc vətəndaşlar ya köçə məcbur edilir yaxud da öldürülür. İdlibin müxalif geniş xalq kütlələrinin və silahları qrupların olması münasibətilə də hədəfə alındığı söylənə bilər. Türkiyə isə 12 müşahidə məntəqəsi ilə rejim və müttəfiqləri qarşısında İdlibdəki humanitar böhrana mane olmasa da bir qədər azaltmağa cəhd göstərir. Türkiyə bir tərəfdən Rusiya üzərindəki siyasi/diplomatik gücündən istifadə etmək üçün yollar axtarır, digər tərəfdən isə beynəlxalq ictimai rəy yaradaraq İdlib məsələsində böhranı yatızdırmağa cəhd göstərir. Ancaq təəssüf ki, beynəlxalq ictimaiyyət İdlibdəki milyonlarla dinc vətəndaşı görməməkdə davam edir.



Әlaqәli Xәbәrlәr