İstanbulun dünyanın ən qədim şəhərlərindən biri olduğunu bilirsinizmi?

İstanbulla əlaqədar bir çox rəvayət var...

1344597
İstanbulun dünyanın ən qədim şəhərlərindən biri olduğunu bilirsinizmi?
İstanbul_02.jpg
İstanbul_03.jpg

Bunları bilirsinizmi? 05_2020

 

  Yer üzündə iki qitədə torpağı olan tək şəhər İstanbuldur.

  Həm Avropa, həm Asiya qitəsinə düşən, Roma, Bizans və Osmanlı kimi bir çox imperiyaların mədəniyyət paytaxtı olmuş İstanbul dünyanın ən qədim şəhərlərindən biridir.

  Türkiyənin ən sıx və izdihamlı bu şəhəri dünyanın da ən sıx və izdihamlı beş şəhərindən biridir. İstanbul 15 milyondan çox əhalisi ilə Belçika, Yunanıstan, Tunis və Portuqaliya kimi ölkələrini belə keçir.

  Bu vəziyyət son əsrlə bağlı deyil. İstanbul hələ 16-cı əsrin əvvəllərindən ən izdihamlı şəhərlər arasında yer tutur.

  Ən sürətlə inkişaf edən turist şəhərlərindən biri olması ilə yanaşı ən sürətlə inkişaf edən ticarət mərkəzlərindən də biridir.

  İstanbulla əlaqədar bir çox rəvayət var. Bunlardan biri Haliçlə bağlıdır. Rəvayətə görə, Halıç sahilinin dibi qızılla dolu imiş. Bir zamanlar yaponlar sırf bu qızılları tapmaq üçün Haliçi pulsuz təmizləmək istəyiblər. Ötən əsrin 50-ci illərindən şəhərə böyük köçlərə səbəb olan və dildən dilə gəzən "İstanbulun daşı, torpağı qızıl" sözü bəlkə də bu rəvatətin əks-sədasıdır.

 



Әlaqәli Xәbәrlәr