Liviya böhranı

SETA-da vәzifәli dosent Murat Yeşiltaşın ''Liviya böhranı'' ilә bağlı qәlәmә aldığı analitik yazısı.

1346210
Liviya böhranı

Həftənin analizi_04_2020

Ötən həftə Almaniyanın paytaxtı Berlində Liviya ilә bağlı keçirilәn konfrans ölkәdәki  qarşıdurmaların hәlәlik dayanmasını tәmin etsә dә  Liviya böhranının həll olunmasına imkan verən nəticələr doğurmadı. Liviyadakı böhranın aradan qaldırılması üçün  ilk növbədə müvafiq aktyorlar, Liviyadakı regional aktyorlar  və yerli aktyorlar razılıq әldә etmәlidirlәr.

Berlindә keçirilәn zirvә görüşü  aktyorların razılıq әldә etmәlәri  üçün diplomatik zәmin yaratsa da, tәrәflәr razılıq әldә edә bilmәdi.

2019-cu ilin aprel ayından etibarən  Hafterin rəhbərliyindә olan  Liviya Milli Ordusu  beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtini devirmәk üçün hәrbi әmәliyyatlar keçirir. Hafter başda Birləşmiş Ərəb Əmirlikləri olmaqla Misir, Sәudiyyә Әrәbistanı vә Fransa tәrәfindәn dәstәklәnir.

Fransanın Hafteri dәstәklәmәsi isә istehzadır. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransa Hafterin Liviyada törətdiyi hәrbi cinayətləri dəstəkləyir və BMT-nin tanıdığı hökumətə qarşı edilən qeyri-qanuni bir əməliyyata göz yumur.

Birləşmiş Ərəb Əmirlikləri və Misir Hafterin  ən böyük dəstəkçilərindən biridir.  Birlәşmiş Әrәb Әmirliklәrinin Liviyadakı hәrbi bazası vә Hafterә verdiyi dәstәk sayәsindә Hafterә sadiq olan qüvvәlәr ölkәnin önәmli bir hissәsini nәzarәtinә keçirdi. Misir dә bu müddәt әrzindә  Hafterә hәrbi mәnada dәstәk verdi, hәtta öz әsgәrlәrini bölgәyә yerlәşdirdi. Birlәşmiş Әrәb Әmirliklәri, Misir vә Sәudiyyә Әrәbistanı Liviyada avtoritar və hərbi rəhbərliyin hökm sürmәsini istәyir. Bu ‘‘Әrәb baharı’’dan sonra hәmin ölkәlәrin siyasәtinә çevrilib.

Berlinndә keçirilәn zirvә görüşündәn  sonra  açıqlanan 55 müddәalıq  bəyannamə  bölgәdәki mövcud hərbi tarazlığın Hafter və tərəfdarlarının xeyrinə ola bilәcәyini  ortaya qoyur.  Çünki  bəyannamə Hafterin qanunsuz hərbi müdaxilələrinə məhəl qoymur və Hafteri qanuni bir aktyor halına gətirir. Misir vә Birlәşmiş Әrәb Әmirliklәri  başda olmaqla çox sayda xarici aktyor  Hafterin Tripolidә siyasi vә hәrbi tәsirinin  davamlı olmasını istәyir.

Berlindә keçirilәn zirvә görüşünün sonunda  yayımlanan bәyannamәdә  Liviyaya iri çaplı silahlarla bağlı tәtbiq edilәn embarqonun davam etmәsi vә ölkәdәki xarici qüvvәlәrin bölgәdәn çıxması ilә bağlı bir müddәa olsa da, Birlәşmiş Әrәb Әmirliklәrinin buna әmәl etmәdiyini deyә bilәrik. Bu bölgәdәki vәziyyәti daha da çәtinlәşdirir.

Liviya böhranı ərzində Milli Hәmrәylik  Hökumətinin yanında olan  Türkiyə isə Berlindә keçirilәn  zirvә görüşündә  siyasi həlldən yana olduğunu göstәrib. Belәliklә Türkiyә yayımlanan bәyannamәnin bütün müddәaları ilә razı olmasa da, Liviya Milli Hәmrәylik Hökumәtinin yanında olduğunu göstәrib. Türkiyәnin müdaxilәsi olmasaydı Hafterә sadiq qüvvәlәr Tripolini әlә keçirә bilәrdi.

2019-cu ilin 27 noyabr tarixindә Liviya ilә Türkiyә arasında imzalanan müqavilә bunu tәmin etmiş oldu.  Artıq Türkiyə Liviyada həm hərbi, həm də diplomatik olaraq ən əhəmiyyətli tərəflərdən biridir. Türkiyә Berlindә keçirilәn zirvә görüşündә Liviyadakı problemin diplomatik yolla hәll edilmәsi ilә әlaqәdar güclü çağırışlar edib.

Berlindә keçirilәn zirvә görüşündә konkret nәticәlәr әldә olunmasa da, bundan sonra izlәnәcәk  yol xәritәsi müәyyәnlәşdirilib. Hafter vә tәrәfdarlarının  problemin  hәrbi yolla hәll edilmәsi mәsәlәsindә israr edәcәyi tәqdirdә  Liviya böhranı daha da dәrinlәşә bilәr. Bu sәbәbdәn Berlindәki zirvә görüşü bir fürsәt olaraq qiymәtlәndirilmәlidir.

 


Etiketlәr: #Liviya böhranı

Әlaqәli Xәbәrlәr