Muzdlu özəl hərbi hissələr

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “Muzdlu xüsusi hərbi hissələr” başlıqlı yazısı.

1341667
Muzdlu özəl hərbi hissələr

Həftənin analizi_03_2020

Orta Şərq başda olmaqla toqquşma bölgələrində son illərdə dövlətlərin qarşı-qarşıya gəlmək istəməyib, vəkil ünsürlərindən istifadə etdikləri zaman-zaman isə muzdlu xüsusi hərbi hissələrə müraciət etdikləri müşahidə olunur. ABŞ-ın “BlackWater” şirkəti xatırlanan ilk ad olmaqla yanaşı Rusiya mənşəli “Wagner” şirkətinin də müxtəlif toqquşma bölgələrində öz mövcudluğunu göstərməyə başlaması diqqət çəkir. Rusiya “Wagner” şirkəti üzərindən Suriya, Liviya, Orta Afrika hətta Venesuela kimi ölkələrdə həm sahədəki müttəfiq ünsürlərini dəstəkləyir, həm də öz nüfuz sahəsini gənişlətməkdə cəhd göstərir.

Hal-hazırda müharibələrin və toqquşmaların təbiətinin dəyişərək hibritləşməsi və bu çərçivədə təhlükəsizliyin və müdafiənin sözün əsl mənası ilə xüsusiləşməsi və bazarla iç-içə olması yeni tərz hərbləri formalaşdırır.  Xüsusi şirkət məfhumunun ortaya çıxması və hal-hazırda inkişaf etmiş və inkişaf yolunda addımlayan bir çox ölkə tərəfindən istifadə olunması da bu prosesin nəticəsidir. Ölkələrin xüsusi iş qolları ilə birgə hərəkət etməyə başlaması ilə xüsusi hərbi şirkətlər müharibələrdə iştirak edərək təhlükəsizlik və müdafiə siyasətlərində istifadə edilməyə başlanmışdır.

ABŞ-la yanaşı Rusiyanın özəl hərbi və təhlükəsizlik şirkətlərindən istifadə olunmasının son illərdə yayğınlaşması bu şirkətlərin xüsusilə Orta Şərqdəki və Şimali Afrikadakı fəaliyyətləri beynəlxalq sahədə diqqət çəkdi. Həmin şirkətlərin adından bəhs ediləni isə “Wagner” qrupudur. Şirkətin dövlətin daxil olmadığı silahlı təşkilat olaraq Suriya və Liviyadakı vətəndaş müharibələrinə daxil olaraq fəal şəkildə müharibənin bir hissəsi olduğu görüldü. “Wagner” qrupunun sahibinin Kremlin ilə yaxın əlaqədə olduğu və hətta ona məxsus “Concord Food Catering”in Kremlinə yemək servisi təmin etdiyinə görə “Putinin aşbazı” ləqəbi verilmiş məşhur iş adamı Yevgeny Prigojin olduğu düşünülür. Qrupun hərbi profilinin əksəriyyətlə Orta Asiya, Balkanlar və Qafqazdan olan ölkələrdən 35-50 yaş arasındakı sabiq əsgərlərdən ibarət olduğunu söyləyə bilərik. Araşdırma hərbi kadrın böyük əksəriyətinin Çeçenistan, Gürcüstan və başqa bölgələrdə toqquşmuş və isti toqquşma təcrübəsi olan və maddi problemlər yaşayıb mülki həyatla uyğunlaşa bilməyən şəxslər olduğunu göstərir. “Wagner” qrupunun korporativ baxımdan məlum olan nizamlı kadrı olmaması ilə yanaşı, mənsubu olan əsgərlərin sayının 5 minə yaxın olduğu bildirilir. Rusiyanın 2015-ci ilin sentyabr ayında Suriyaya hərbi olaraq müdaxilə etməsindən sonra sahədə rol almağa başladığı düşünülən “Wagner” qrupunun Suriya sahəsində  müxtəlif fəaliyyətlər göstərdiyi məlumdur. Strateji obyektləri; qaz və neft sahələrini qorumaqla yanaşı döyüşçü kimi Suriyanın müxtəlif nöqtələrində toqquşduqları da mətbuata əks etmişdir. Rusiya Suriya sahəsindəki qazanclarını Şərqi Aralıq dənizində və Afrika qitəsində də davam etdirmək istəmiş və bu çərçivədə Hafter cəbhəsindəki boşluğu yaxşı qiymətləndirərək, Liviyada davam edən müharibənin fəal aktyorlarından biri mövqeyini əldə etmişdir. Nəticədə 2020-ci ilə daxil olduğumuz bu günlərdə Milli Həmrəylik Hökuməti ilə Hafter ünsürləri arasındakı atəşkəsin qabaqcılı olaraq qarşımıza çıxmışdır. Son söz kimi müharibələrin və toqquşma dinamikalarının təbiətinin dəyişdiyi bir dövrdə Rusiya yeni prosesə uyğunlaşaraq “Wagner” kimi şirkətlər vasitəsilə özünə hərəkət sahəsi qazanmağa cəhd göstərir.



Әlaqәli Xәbәrlәr